Finlandiya Azərbaycan evi

Finlandiya Azərbaycan evi Azərbaycan dili dərsləri, milli rəqslər, toplantılar, tədbirlər, görüşlər, sərgilər.

27/05/2026

Əziz soydaşlarımız!

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə və ailələrinizə möhkəm can sağlığı, ruzi-bərəkət, sevinc və əmin-amanlıq arzulayıram.

Qurban bayramı birlik, paylaşmaq, mərhəmət və xeyirxahlıq bayramıdır. Qoy bu əziz gün hər bir evə bərəkət, qəlblərə sevinc və huzur gətirsin.

Qurban bayramınız mübarək!

Hörmətlə,
Ülviyyə Cabbarova
Helsinki Azərbaycan Evinin rəhbəri

Əziz gənclər, diaspor gəncləri üçün maraqlı yay düşərgəsi təşkil olunur 🌟 İştirakçılar üçün bilet, otel, qidalanma və di...
25/05/2026

Əziz gənclər, diaspor gəncləri üçün maraqlı yay düşərgəsi təşkil olunur 🌟 İştirakçılar üçün bilet, otel, qidalanma və digər təşkilati xərclər qarşılanır. İştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər. Hər hansı sualı və ya çətinliyi olanlar mənə birbaşa yaza bilərlər. Məmnuniyyətlə kömək edərəm

Hörmətlə
Finlandiya Azərbaycan evinin rəhbəri
Ülviyyə Ulviyya Cabbarova
0456453262

🇦🇿 Əziz soydaşlar!Sabah keçiriləcək 28 May – Müstəqillik Günü piknikimizin məkanı dəyişdirilmişdir.📍 Yeni məkan: Luukki ...
15/05/2026

🇦🇿 Əziz soydaşlar!
Sabah keçiriləcək 28 May – Müstəqillik Günü piknikimizin məkanı dəyişdirilmişdir.
📍 Yeni məkan: Luukki piknik sahəsi (Espoo)
Sizi ailənizlə birlikdə bu gözəl gündə bizimlə bir arada olmağa dəvət edirik. Açıq havada birlikdə xoş vaxt keçirəcək, Müstəqillik Günümüzü qeyd edəcəyik.
Özünüzlə qril üçün istədiyiniz ərzaqları və piknik üçün lazım olan əşyaları gətirə bilərsiniz.
Görüşənədək! 🇦🇿
Hörmətlə: Helsinki Azərbaycan Evinin rəhbəri Ulviyya Cabbarova

Find local businesses, view maps and get driving directions in Google Maps.

10/05/2026
Helsinki Azərbaycan Evi adındanRamazan Bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edirik.Qoy bu müqəddəs bayram hər bi...
19/03/2026

Helsinki Azərbaycan Evi adından
Ramazan Bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edirik.
Qoy bu müqəddəs bayram hər bir evə sevinc, birlik və bərəkət gətirsin.
Ramazan Bayramınız mübarək olsun! ✨

12 mart tarixində Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görüş keçirildi. Görüş zamanı Azərbaycan haqqı...
12/03/2026

12 mart tarixində Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görüş keçirildi. Görüş zamanı Azərbaycan haqqında ümumi məlumat təqdim olundu, Azərbaycan Evinin fəaliyyəti və dünyada fəaliyyət göstərən Azərbaycan Evlərinin məqsədi barədə danışıldı. Həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verildi.
Görüşdə layihələr üzrə mütəxəssislər Pia Halttunen (milli layihələr) və Jaana Sävel (beynəlxalq layihələr), eləcə də SAMK təşkilatının kommunikasiya üzrə mütəxəssisi Jatta Lehtonen və digər qonağlar iştirak ediblər. Görüş zamanı gələcək əməkdaşlıq və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Osoite

RuoholahdenKatu 16 B
Helsinki

Puhelin

+358456453262

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Finlandiya Azərbaycan evi :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Organisaatio

Lähetä viesti Finlandiya Azərbaycan evi :lle:

Jaa