Gəncliyə Dəstək İctimai Birliyi

Gəncliyə Dəstək İctimai Birliyi “Gəncliyə Dəstək” İctimai Birliyi Birlik 20.11.2006-ci ildə bir qrup fəal gənc tərəfindən təsis edilmişdır.

“Gəncliyə Dəstək” İctimayi Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsiləri əsasında yaradılan, öz fəaliyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ümumazərbaycan qeyri-hökumət təşkilatıdır. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 03 iyul 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır.

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində təlimlər həyata keçirilir“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Resp...
03/06/2026

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində təlimlər həyata keçirilir

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində təlimlər həyata keçirilir. Təlimlər Zərdab rayon Ş.Qurbanov adına 2 saylı tam orta məktəbdə və Dəkkəoba kənd tam orta məktəbində hər birində 30 şagirdin iştirakı ilə təşkil olunub. İştirakçılara papka, dəftər, qələm, buklet paylandı.
Təlimlərdə layihə rəhbəri Vəfa Xəlilli donor və təşkilat haqqında iştirakçılara məlumat verib. Təlimçi Kəmalə Xəlilli şagirdlərlə həmsöhbət olaraq həm ailə dəyərlərini, həm Azərbaycan ailə modelinin əsasını şagirdlərə vurğulayıb. Şagirdlərlə ailə daxili sevginin, mərhəmətin və qayğının önəmindən danışılıb.
Tədbirlər zamanı iştirakçılara ailənin cəmiyyətin əsas sütunlarından biri olduğu, sağlam və möhkəm ailənin formalaşmasında qarşılıqlı hörmət, sevgi, etimad və anlayışın mühüm rol oynadığı barədə məlumat verilib. Təlimlərdə valideyn–övlad münasibətləri, ailədaxili ünsiyyət mədəniyyəti, məsuliyyət hissi və ailə üzvlərinin bir-birinə dəstəyi kimi mövzular geniş müzakirə olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.

27/05/2026

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlim həyata keçirildi“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Res...
27/05/2026

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlim həyata keçirildi

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlimini həyata keçirildi. Təlim Zərdab rayon Gəlmə kənd tam orta məktəbində 30 şagirdin iştirakı ilə təşkil olundu. İştiakçılara papka, dəftər, qələm, buklet paylandı.
Məktəbin direktoru Rasif Qaçayzadə tədbiri açıq elan edərək, layihənin önəmindən danışıb. Layihə rəhbəri Vəfa Xəlilli donor və təşkilat haqqında iştirakçılara məlumat verib. Təlimçi Kəmalə Xəlilli şagirdlərlə həmsöhbət olaraq həm ailə dəyərlərini, həm Azərbaycan ailə modelinin əsasını şagirdlərə vurğulayıb.
Tədbir zamanı iştirakçılara ailənin cəmiyyətin əsas sütunlarından biri olduğu, sağlam və möhkəm ailənin formalaşmasında qarşılıqlı hörmət, sevgi, etimad və anlayışın mühüm rol oynadığı barədə məlumat verilib. Təlimdə valideyn–övlad münasibətləri, ailədaxili ünsiyyət mədəniyyəti, məsuliyyət hissi və ailə üzvlərinin bir-birinə dəstəyi kimi mövzular geniş müzakirə olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir.

“Ailəm – mənim dəyərim” layihəsinə start verildi. Cəmiyyətin təməlini təşkil edən ailə dəyərlərinin qorunması və gələcək...
13/05/2026

“Ailəm – mənim dəyərim” layihəsinə start verildi.



Cəmiyyətin təməlini təşkil edən ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində növbəti mühüm addım atılıb. “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailəm – mənim dəyərim” layihəsinin icrasına başlayıb. İki ay davam edəcək layihə Zərdab rayonunda həyata keçiriləcək.

Layihənin əsas məqsədi şagirdlərdə ailəyə sevgi, hörmət və birlik kimi dəyərlərin formalaşdırılması, valideyn–övlad münasibətlərinin daha sağlam müstəvidə inkişafına dəstək göstərilməsi və cəmiyyətdə ənənəvi ailə institutunun möhkəmləndirilməsidir. Bu təşəbbüs ailənin yalnız sosial institut deyil, həm də mənəvi dayağımız olduğunu bir daha ön plana çıxarır.

Layihə çərçivəsində məktəblilərin maarifləndirilməsi və onların ailə dəyərlərinə bağlılığının artırılması məqsədilə silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Belə ki, Zərdab rayonunun 5 məktəbində “Ailə dərsi” adlı təlimlər keçiriləcək, eyni zamanda “Ailəm” adlı interaktiv və əyləncəli bağlanış tədbiri təşkil olunacaq.

“Ailəm – mənim dəyərim” layihəsi ailə institutuna diqqətin artırılmasına, valideynlərlə övladlar arasında ünsiyyət körpüsünün daha da möhkəmlənməsinə xidmət edərək, sağlam və dəyərlərə bağlı cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.

11/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

11/05/2026
17/04/2026
20/03/2026

Address

Azərbaycan Respublikası , Zərdab şəhəri, R. Kərimov Kücəsi Bina 44, 2-ci Mərtəbə
Zardob
AZ6300

Alerts

Be the first to know and let us send you an email when Gəncliyə Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncliyə Dəstək İctimai Birliyi:

Share