Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsi, Labor Union, Yardımlı rayonu, Yardımlı.

12/05/2026
10/05/2026

🇦🇿 Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.
Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.


10/05/2026
08/05/2026
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Yardımlı rayonu üzrə təhsil müəssisələrin...
30/04/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Yardımlı rayonu üzrə təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvləri üçün növbəti istirahət proqramı təşkil olunub.
Belə ki, 25-26 aprel tarixlərində 20 nəfər ittifaq üzvünün iştirakı ilə Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə səfər baş tutub.
Səfər çərçivəsində iştirakçıların həftəsonunun maraqlı və yaddaqalan keçməsi, onların mənəvi istirahətinin təmin olunması, eyni zamanda qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.



Yardımlıda görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədb...
28/04/2026

Yardımlıda görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

28 aprel 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Təhsil Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Akademik Zərifə Əliyeva adına 1 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısının birinci müavini Azər Xamiyev, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, Təhsil Sektorunun müdiri Kamal Təhməzli, rayon veteranlar təşkilatının sədri Zakir İmanov və rayon ağsaqqallar şurasının sədri Etibar Əməşov, ictimaiyyət nümayəndələri və bağçanın kollektivi iştirak ediblər.
Əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub
Çıxış edənlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva görkəmli alim, qayğıkeş həkim və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi xalqımızın yaddaşında daim yaşayır. Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar və qazandığı nailiyyətlər bu gün də öz aktuallığını qoruyur.
Daha sonra körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən hazırlanmış mahnı və şeirlər səsləndirilib.
Tədbirin sonunda körpələr evi-uşaq bağçasının balaca fidanlarına və işçilərə hədiyyələr təqdim olunub.


ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib.21 aprel 2026-cı il  ETİHİ Yardımlı rayon komitəsi Yar...
24/04/2026

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib.

21 aprel 2026-cı il ETİHİ Yardımlı rayon komitəsi Yardımlı şəhər M.R.Xaniyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Qurbanov Salman Poladxan oğlunun anadan olmalarının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə Yardımlı rayon təhsil sektorunun nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.
Çıxış edən iştirakçılar yubilyarını doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və pedoqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Yubilyar Salman müəllim ona göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürünü bildirib və qeyd etdi ki, 65 illik yubileyi münasibətilə təşkil olunan görüş və ünvanlanan xoş sözlər onun üçün çox dəyərlidir.
Tədbirin sonunda yubilyara səmərəli peqoqoji fəaliyyəti və 65 illik yubileyi münasibətilə ETİHİ Yardımlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.



23/04/2026
Yardımlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə şahmat yarışı keçirili...
11/04/2026

Yardımlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə şahmat yarışı keçirilib.

10 aprel 2026-cı il tarixdə ETİHİ-nin Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyi keçirilib.
Tədbirdə ETİHİ Yardımlı Rayon Komitəsinin nümayəndələri, UGİŞM-in əməkdaşları və ilk təşkilatlarda fəailiyyət göstərən 16 nəfər şahmat həvəskarları iştirak edib.
Gərgin və maraqlı keçən yarışın qalibləri
I yer-Ağayev İsa Siyab oğlu -Yardımlı rayonu Ostayır kənd M.A.İmanov adına tam orta ümumtəhsil məktəbin müəllimi.
II yer- Cəbili Nəci Mürsəl oğlu-Yardımlı rayonu Arvana kənd tam orta ümumtəhsil məktəbin müəllimi.
III yer-Kamilov Rəsul Rauf oğlu Yardımlı rayonu Bürzünbül kənd tam orta ümumtəhsil məktəbin müəllimi oldu.
Yarışın ümumi nəticələrinə görə Ağayev İsa Respublika Komitəsinin təşkil edəcəyi final yarışında iştirak etmək hüququ qazandı.
Bütün qaliblər ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən diplomla və hədiyyələrlə mükafatlandırıldı.


Address

Yardımlı Rayonu
Yardımlı
65/00

Website

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category