Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi

  • Home
  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi, Labor Union, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi 179, .

17/12/2025

Bu gün Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və hərbi sənayemizin inkişafı yolunda fədakarlıqla çalışan Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır.

16/12/2025
16/12/2025

ETİHİ Respublika Komitəsi ilə Push30 yenidən ittifaq üzvlərinə yeni fürsətlər təklif edir.
“Sağlam təhsil işçisi — sağlam gələcək”lahiyəsindən müəllimlər və tələbələr də istifadə etmək imkanı qazanacaq.

Linkdən keçid edərək qoşula bilərsiniz ⬇️

https://forms.gle/dvESWaYckJfFTvE3A
https://docs.google.com/forms/d/e/1FAIpQLSdPo9pGbPW6TqKkVN5-RzF-a9h9i5UaRswLKLWjCiOzNkVrqg/viewform?fbclid=IwVERDUAOtGdxleHRuA2FlbQIxMABzcnRjBmFwcF9pZAwzNTA2ODU1MzE3MjgAAR7c4lSr1ZSCN4xloGrSlZYShfElM6UPURNh8s66pp7cByoUqsmzT2fz7_mM-w_aem_3SWsDTg449ZdmIYGOJQK2Q

16/12/2025

16 dekabr - Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür!

14 dekabr tarixində Xırdalan 3 nömrəli tam orta məktəbin kollektivi üçün Quba rayonuna gəzinti təşkil olundu. Qış mənzər...
15/12/2025

14 dekabr tarixində Xırdalan 3 nömrəli tam orta məktəbin kollektivi üçün Quba rayonuna gəzinti təşkil olundu.

Qış mənzərələri fonunda keçirilən gəzinti iştirakçılar üçün həm istirahət, həm də xoş xatirələrlə yadda qalan bir gün oldu. Səmimi mühit, birgə vaxt və təbiətin gözəlliyi kollektivi daha da yaxınlaşdırdı.

Bu cür gəzintilər müəllimlərin asudə vaxtının səmərəli təşkili və kollektiv ruhunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Abşeron Təhsil İctimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Xatirəsini Dərin Ehtiramla AnıbBu gün, 12 Dekabr – Müasir mü...
12/12/2025

Abşeron Təhsil İctimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Xatirəsini Dərin Ehtiramla Anıb
Bu gün, 12 Dekabr – Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür. Bu əlamətdar gündə Abşeron rayon ictimaiyyəti, Liderin dövlətçilik yoluna sədaqətin və onun xatirəsinə olan böyük ehtiramın ifadəsi olaraq abidəsini ziyarət edib.

Ziyarətdə ETİHİ Abşeron Rayon Komitəsinin Sədri Fəxrəddin Eyvazov, habelə rayon ərazisində çalışan təhsil işçiləri, məktəb direktorları və təhsil alan şagirdlər iştirak ediblər.

Bütün iştirakçılar Ulu Öndərin həyat və fəaliyyət yolunu dərin minnətdarlıqla yad edərək, dahi rəhbərin abidəsi önünə tər çiçəklər düzüblər. Bu anım ziyarəti, Heydər Əliyev ideyalarının və Azərbaycan dövlətçiliyinin təməlinin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əbədiyaşar Liderin xatirəsi hər zaman qəlblərimizdə yaşayacaqdır.

Dərin hörmət və ehtiramla...Bu gün, 12 Dekabr, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Anım Günü...
12/12/2025

Dərin hörmət və ehtiramla...

Bu gün, 12 Dekabr, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür. Onun xalqına, dövlətinə və gələcəyinə olan böyük sevgisi bizə miras qalan ən qiymətli sərvətdir.

Heydər Əliyev ideyaları və dövlətçilik yolu hər zaman gələcəyə atılan addımlarımızda yol göstəricimizdir.

Ruhun şad olsun, Ulu Öndər!

Saray 4 nömrəli məktəbdə Həmkarlar İttifaqının ilk təşkilatı yaradıldıYeni tədris ilində fəaliyyətə başlayan Saray qəsəb...
08/12/2025

Saray 4 nömrəli məktəbdə Həmkarlar İttifaqının ilk təşkilatı yaradıldı

Yeni tədris ilində fəaliyyətə başlayan Saray qəsəbəsi 4 nömrəli tam orta məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdə məktəb kollektivi və ittifaq nümayəndələri iştirak etmişdir.

Yığıncaqda həmkarlar ittifaqının məktəbdə fəaliyyəti, üzvlərin sosial müdafiəsi və gələcək iş istiqamətləri müzakirə edilmişdir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov çıxış edərək təşkilatın missiyası barədə məlumat vermişdir.

Açıq səsvermə nəticəsində İsmayılova İlahə məktəbin ilk təşkilat sədri seçilmişdir.

Yeni təşkilatı və seçilmiş sədri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq hər zaman müəllim kollektivinin yanındayıq.

Address

Abşeron Rayonu, Xırdalan şəhəri, Nizami Küçəsi 179

AZ0100

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon komitəsi:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share