20/03/2026
Azərbaycan Ətraf Mühit İcmasının təsisçilərinin birgə qərarı ilə Bikəxanım Kərimli 2026-2027 dövrü üçün icmanın rəhbəri vəzifəsinə təyin olunub. Bununla bağlı Günel Atakişiyeva, Vəfa Musayeva və Ülvi Məmmədov birgə qərar qəbul edib.
Bikəxanım Kərimli Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin məzunu olaraq təbiətə olan sevgisini peşəkar fəaliyyətə çevirən gənc və təşəbbüskar ekoloqlardandır. O, ekologiyanın qorunması istiqamətində maarifləndirmə fəaliyyətlərini aktiv şəkildə həyata keçirərək cəmiyyətin bu sahədə biliklərinin artırılmasına töhfə verir. Müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən keçirilən tədbirlərdə, düşərgələrdə təlimçi kimi iştirak etmiş, iştirakçılara ekoloji tullantılardan yaradıcı sənət əsərlərinin hazırlanmasını öyrətmişdir. Bu yanaşma həm ekoloji düşüncənin formalaşmasına, həm də davamlı həyat tərzinin təşviqinə xidmət edir. Hazırda Azərbaycan Hava Yolları (AZAL) QSC-də Keyfiyyətə nəzarət üzrə mütəxəssis kimi çalışır.
Yeni rəhbər olaraq Bikəxanımın rəhbərliyi ilə icmanın daha geniş kütlələrə çatacağına, innovativ və təsirli ekoloji təşəbbüslərin həyata keçiriləcəyinə inanırıq. Bikəxanım Kərimliyə yeni vəzifəsində uğurlar arzulayırıq!