30/03/2026
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) CreART Mədəniyyət Klubları şəbəkəsi nəzdində fəaliyyət göstərən Design Klubunun təşkilatçılığı ilə Tahir Salahovun ev muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələrə muzeydə nümayiş olunan müasir və ənənəvi incəsənət nümunələri, eləcə də görkəmli rəssam Tahir Salahov və digər sənətkarların yaradıcılığı barədə daha dolğun məlumat təqdim edilib.🖌️
Tələbələr ekskursiyada müxtəlif rəsm və dekorativ-tətbiqi sənət əsərləri, tematik ekspozisiyalar, müəllif işləri və incəsənət layihələri ilə yaxından tanış olub.🔎
Ekskursiya xoş təəssüratlarla yadda qalıb.