15/10/2024
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (.gov.az ) maliyyə dəstəyi ilə və “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi təşkilatçılığı ilə “İKT Akademiyası - 2024” Layihəsi çərçivəsində Ucar rayonunda mobil kurslar yekunlaşdı.
Layihənin əsas məqsədi müxtəlif sahələrdə çalışan Qızlar və qadınların İKT bilikləri və praktiki vərdişlərinə yiyələnməsi və çalışdıqları sahələrdə innovativ metodlardan istifadə etməsi üçün müasir internet resurslarından istifadə bacarıqlarının artırılmasından ibarətdir.
4 mobil kursdan ibarət olan layihə Ucar rayonda yaşayan 25 qız və qadınların yararlanmasına imkan yaradır. Mobil kurslar vasitəsi ilə iştirakçılar kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları,dizayn, e-hökumət, onlayn proqram resurslarından istifadə istiqamətində marifləndirildi.