Charity Activities for Second Karabakh War Victims - CASE

Charity Activities for Second Karabakh War Victims - CASE İkinci Qarabağ müharibəsində zərərçəkmiş mülki şəxslərə, eləcə də, şəhid, yaralı və qazi ailələrinə yardımların təşkil olunması, onların çatdırılması.

Organization and delivery of aid to civilians injured in the Second Karabakh War, as well as the families of martyrs, wounded and veterans.

Bəzi dostlarla birgə, son antiterror əməliyyatında şəhid olan hərbçilərimizin ailələrinə, həmçinin də, yaralanan qazilər...
01/10/2023

Bəzi dostlarla birgə, son antiterror əməliyyatında şəhid olan hərbçilərimizin ailələrinə, həmçinin də, yaralanan qazilərimizə maddi yardım göstərmək istəyirik. Bunu öz gücümüzə və digər vətənpərvər dostlarımızın hesabına etməyi düşünmüşük. Bəzi dostlara bu haqda şəxsən bildirmişəm. Hər kəsə ayrıca mesaj yazmağım fiziki olaraq mümkünsüz olduğuna görə burada paylaşmaq qərarına gəldik. Ümid edirik ki, az da olsa, bir işə yaraya biləcəyik! 2020-ci il müharibəsindən sonra da, bu təşəbbüsü göstərmişdik və çox ailələrə yardım edə bilmişdik!

Əgər sizin də, imkanınız varsa, siz də bu xeyirxah təşəbbüsümüzə qoşula bilərsiz. Kimin nəyə gücü çatırsa, o qədər də töhfə verə bilər. Eləcə də, əgər mümkünsə, ətrafınızdakı ərkiniz çatan dost-tanışa da söyləyin, onlar da bu işə sizin vasitənizlə maddi dəstək versinlər. Doğrusu, xüsusilə şəhid ailələrinə az məbləğdə yardım eləməyə üzümüz gəlmir! Ona görə, bu işə daha çox şəxsin qoşulmağını istəyirik! Maraqlananlar mənə mesaj bölümünə, ya da ki, bu statusun şərh bölməsinə yaza bilər! Mənimlə, həm də, 050 222 95 95 nömrəsilə əlaqə saxlamaq olar!

2020-ci ilin sentyabr ayından başladığımız İkinci Qarabağ Müharibəsinin Qurbanları üçün Xeyriyyə Fəaliyyətləri hələ dava...
13/04/2023

2020-ci ilin sentyabr ayından başladığımız İkinci Qarabağ Müharibəsinin Qurbanları üçün Xeyriyyə Fəaliyyətləri hələ davam edir. Öz şəxsi vəsaitimiz, xüsusilə də, yardım sevər dostlarımızın ödədikləri ianələr hesabına hər bayramda ehtiyacı olan bəzi Tərtərdəki ailələrə sovqat və pul yardımı eləyirik.

Yardım kampaniyası yeni başlayanda təşviq olsun deyə bunu publik şəkildə edirdik. Müharibədən bir il vaxt keçdikdən və yaralar az da olsa sarıldıqdan sonra, ancaq məhdud sayda olan xeyir sevər dost dediyim, insanlar arasında planlarımızı və görülən işlər haqqında məlumatı bölüşərək həmin xeyriyyə fəaliyyətini davam etdirirdik. İndi vəziyyət dəyişib, ianələr getdikcə azalır. Odur ki, yenə publik olaraq bu haqda daha geniş auditoriyaya müraciət etmək məcburiyyətindəyəm. Xeyir iş üçün etməyə dəyər!

Ramazan Bayramı ilə əlaqədar olaraq kimsə bizim Tərtərdəki bu xeyirxah fəaliyyətimizə öz dəstəyini vermək istəsə mənə mesaj bölümünə, və yaxud bu statusun şərh bölümünə yaza bilər. Anonim olaraq yardım etmək istəyənlər isə, öz adıma olan Kapital Bank kartıma köçürə bilər: 4169 7388 0152 9946.

Məbləğ önəmli deyil. Kimin nəyə gücü çatırsa onu da verə bilər. Dama-dama göl olar deyib, artıq 3 ilə yaxındır ki, bu xeyriyyə işlərini davam etdiririk. Çox istərdik ki, insanların ehtiyacı olduğu müddətdə bu yardım fəaliyyətini Allahın izni ilə davam edə bilək!

Bu gün Tərtərdəki bəzi kasıb ailələrə yenə bayram payı olaraq ərzaq və pul yardımı edildi. Bu dəfə biz xüsusilə uşaqları...
21/03/2023

Bu gün Tərtərdəki bəzi kasıb ailələrə yenə bayram payı olaraq ərzaq və pul yardımı edildi. Bu dəfə biz xüsusilə uşaqlarını atasız böyüyən ailələri və eləcə də, tək yaşayan yaşlı insanları az da olsa sevindirə bildik. Bizim yardım kampaniyasına kömək edən o xeyirxah insanlardan da, Allah həmişə razı olsun!!!

Dostlar! Biz bu yardım kampaniyasını 2020-ci ildə, sentyabr ayının sonlarında, müharibə başlayanda, əvvəl ancaq şəhid və qazi ailələrinə yardım etmək üçün başlatdıq, daha sonra da 44 gün boyunca ən çox raket atəşinə sinə gəlmiş Tərtərdə evi dağılan imkansız mülki şəxslərə kömək göstərdik. İndi isə, çox şükür ki, dağılan evlər dövlət tərəfindən bərpa edilib, şəhid və qazi ailələrinə təqaüd verilir, amma kasıb, sosial təminatı olmayan mülki əhalimiz hələ də qalmaqdadır. Odur ki, indi daha çox həmin əhali qrupuna kömək eləməyə çalışırıq, imkan daxilində.

Kampaniyamız artıq 3-cü ildir ki, davam edir və bu zaman ərzində yüzlərlə ehtiyacı olan ailələri əhatə eləyə bilmişik. Düzdür, müharibə vaxtı və yaxud da müharibə təzə bitən vaxtlarda olduğu kimi intensiv yardım eləmək imkanımız yoxdur. Ancaq ən az hər bayramda nələrsə etməyə çalışırıq, xeyirxah, mərd insanların, öz dostlarımın sayəsində. Sağ olsunlar!

Onu da qeyd edim ki, işimlə əlaqədar olaraq son il yarımdan biraz artıq müddətdə mən özüm şəxsən bu kampaniyanı birbaşa əlaqələndirməsəm də, bu işlərə ümumi nəzarət etmişəm. İndi isə, artıq yenə aktiv şəkildə kampaniyanı şəxsən əlaqələndirirəm. Bu işlərə dəstək vermək istəyən olsa şəxsən mənə mesencerdən yaza, yaxud 050 222 95 95 nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilər. Bir daha hər birinizi əziz Novruz Bayramı münasibətilə təbrik eləyirəm!

Bu status ilahır çərşənbəsi günü paylaşılsa da, texniki problem üzündən səhifədən silinib. Odur ki, bu gün yenidən payla...
20/03/2023

Bu status ilahır çərşənbəsi günü paylaşılsa da, texniki problem üzündən səhifədən silinib. Odur ki, bu gün yenidən paylaşırıq:

Bu həm də yardımlaşma günüdür. İmkan daxilində ehtiyacı olan ailələrə yardım eləmək lazımdır. İlaxır çərşənbəniz mübarək olsun! Ən xoş arzularımızla!

Tərtərdə bəzi kasıb ailələrə imkan daxilində pul və ərzaq yardım olundu. Bu işə dəstək verən dostlara təşəkkür eləyirəm. Allah əvəzini versin. İmkan olsa bayram günlərində də nələrsə etməyə çalışacağıq!

31/12/2022

Dünən və bugün Tərtərdə bəzi imkansız ailələrə biraz pul və ərzaq yardımı elədik. Hələ müharibə zamanı yaratdığımız və ondan sonra 1 il ərzində aktiv şəkildə fəaliyyət göstərən könüllü xeyriyyə fəaliyyətini dostlar həm özümüz, həm də ki, bəzi xeyriyyəçi insanların köməyi ilə, imkan daxilində hələ də, davam etdirirlər. Bu işə dəstək olan çox dəyərli, xeyirxah dostlara bir daha təşəkkür edir, onların ruzi-bərəkətlərinin çox olmasını diləyirik!

Yardımın azı-çoxu olmur! Əsas olan xoş niyyətdir! Odur ki, kimin nəyə gücü çatırsa, onu da edə bilər!
Elədiyiniz xeyirxahlıq sizə geri dönəcək, inşallah!!!

İnşallah o gün olsun ki, bir daha bizim torpaqlarda müharibə olmasın, qan tökülməsin, şəhid və yaralı xəbərləri gəlməsin. Əsl bayram həmin gün olacaq!

Bu statusları reklama görə deyil, təşviq olsun deyə paylaşıram. Ümid edirəm ki, hər kəs doğru anlayır! Yardımlaşma və paylaşmaq hər zaman savabdır!!!

10/07/2022

Qurban Bayramı münasibətilə Tərtərdə bəzi şəhid, qazi ailələrinə, həmçinin də, maddi imkansız mülki şəxslərə bayram sovqatını payladıq. Bu nəcib işdə öz köməyini əsirgəməyən, əməyi olan hər bir kəsə təşəkkür edirik. Allah onlardan razı olsun, ruzilərini artırsın. Edilən yaxşılıq artıqlamasılə geri dönəcək!

Bunları reklam üçün deyil, təşviq üçün paylaşıram! Yardımlaşma və paylaşmaq hər zaman savabdır!!!

26/12/2021

Tərtərdə 1 şəhidin ailəsinə 100 AZN, 2 mülki şəxs ailəsinin (ailə başçısını itirmiş, kasıb) hərəsinə 100 AZN, 1 mülki şəxs ailəsinə 40 manatlıq ərzaq və 1 mülki şəxs ailəsinə isə, isti geyim əşyaları yardımı olundu. İnşallah proses gələcəkdə davam edəcək!

Allah bütün yardım eləyən, vəsilə olan insanlardan razı olsun, onların ruzi-bərəkətini qat-qat artırsın!!!

Bu statusları reklama görə deyil, təşviq olsun deyə paylaşıram. Ümid edirəm ki, hər kəs doğru anlayır!

08/11/2021

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Azərbaycanın mədəniyyət paytaxtının azad edilməsinin 1-i ildönümündə ürəyimdən yenə bütün qəhrəmanlarımızı yad etmək keçdi. Şuşanın azadlığı böyük hadisədir və bunu bizə yaşadanlara minnətdarlıq borcumuz var. Onları unutmamalıyıq!

İnşallah o gün olsun ki, bir daha bizim torpaqlarda müharibə olmasın, qan tökülməsin, şəhid və yaralı xəbərləri gəlməsin. Əsl bayram həmin gün olacaq!

27/09/2021

Əziz dostlar! Dəyərli izləyicilər! Bildiyiniz kimi, son bir ildə öz təşəbbüsüm ilə və sizin də, dəstəyinizlə İkinci Qarabağ Müharibəsində zərər çəkənlər üçün yardım kampaniyası təşkil eləmişdim. Bu müddət ərzində yüzlərlə insanımıza kömək edə, az da olsa onların yaralarına məlhəm ola bildik. Bu ay yeni bir işə başladığım üçün artıq həm vaxt, həm də həmin təşkilatın daxili qaydalarına görə özüm birbaşa bu fəaliyyət ilə məşğul ola bilməyəcəm. Amma bütün bu müddətdə çalışdığım əzmkar komandamız, bu işə könüllü olaraq töhfə vermiş dostlarımız həmin yardım fəaliyyətini davam etdirəcəklər. Əgər lazım olsa komandadakı dostlarla yardım etmək istəyən xeyirxah insanları əlaqələndirə bilərəm. Yəni, mən olmasam da, ehtiyac olduğu müddət boyunca bu fəaliyyət davam eləyəcək. Təcrübəli komanda var!

Müharibənin birinci ildönümündə, bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə, şəfa diləyirəm. Bir daha müharibə olmasın, insanlar ölməsin, hər kəs sülh və əminamanlıq içində yaşasın, bunlar mənim arzularımdır, kaş ki, bütün gözəl arzular reallaşsın!

12/09/2021

Tərtərdə yaşayan 2 imkansız mülki şəxsin ailəsinə birinə 30, digərinə isə 20 AZN maddi kömək edildi.

Allah bütün yardım eləyən, vəsilə olan insanlardan razı olsun, onların ruzi-bərəkətini qat-qat artırsın!!!

Bu statusları reklama görə deyil, təşviq olsun deyə paylaşıram. Ümid edirəm ki, hər kəs doğru anlayır!

Tərtərdə olan müharibədən zərər çəkən və maddi vəziyyəti kasıb olan insanlara yardım məqsədi ilə, 1 tanımadığım xeyirxah...
12/09/2021

Tərtərdə olan müharibədən zərər çəkən və maddi vəziyyəti kasıb olan insanlara yardım məqsədi ilə, 1 tanımadığım xeyirxah şəxs 5 AZN köçürüb. Sağ olsun, belə nəcib işdə yardımcı olduğuna görə! Bu ay ərzində kampaniyaya köçürülən ikinci ianədir!!!

Allah bütün yardım eləyən, vəsilə olan insanlardan razı olsun, onların ruzi-bərəkətini qat-qat artırsın!!!
Müharibə bitib, yalnız yaralar isə hələ sağalmayıb! Odur ki, imkan daxilində bu yaralara məlhəm olaq!

Yardımın azı-çoxu olmur! Əsas olan xoş niyyətdir! Odur ki, kimin nəyə gücü çatırsa, onu da edə bilər!
Elədiyiniz xeyirxahlıq sizə geri dönəcək, inşallah!!!

Bu statusları reklama görə deyil, təşviq olsun deyə paylaşıram. Ümid edirəm ki, hər kəs doğru anlayır!

Tərtərdə olan müharibədən zərər çəkən və maddi vəziyyəti kasıb olan insanlara yardım məqsədi ilə, 1 tanımadığım xeyirxah...
05/09/2021

Tərtərdə olan müharibədən zərər çəkən və maddi vəziyyəti kasıb olan insanlara yardım məqsədi ilə, 1 tanımadığım xeyirxah şəxs 2 AZN köçürüb. Sağ olsun, belə nəcib işdə yardımcı olduğuna görə! Bu ay ərzində köçürülən ilk ianədir. Ardı olar, inşallah!

Allah bütün yardım eləyən, vəsilə olan insanlardan razı olsun, onların ruzi-bərəkətini qat-qat artırsın!!!
Müharibə bitib, yalnız yaralar isə hələ sağalmayıb! Odur ki, imkan daxilində bu yaralara məlhəm olaq!

Yardımın azı-çoxu olmur! Əsas olan xoş niyyətdir! Odur ki, kimin nəyə gücü çatırsa, onu da edə bilər!
Elədiyiniz xeyirxahlıq sizə geri dönəcək, inşallah!!!

Bu statusları reklama görə deyil, təşviq olsun deyə paylaşıram. Ümid edirəm ki, hər kəs doğru anlayır!

Address

Terter

Telephone

+994502229595

Website

Alerts

Be the first to know and let us send you an email when Charity Activities for Second Karabakh War Victims - CASE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share