Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt  Şəhər Komitəsi Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçisidir

28/04/2026

Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin mühasibi Səfərəliyev Rövşən Yediyar oğlunun 65 illik yubileyi münasibətilə görüş...
27/04/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin mühasibi Səfərəliyev Rövşən Yediyar oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilmişdir.
Görüşdə onun uzun illər ərzində maliyyə sahəsində göstərdiyi səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, dərin biliyi və zəngin təcrübəsi xüsusi qeyd olunmuş, kollektivdə qazandığı hörmət, mehribanlığı və yüksək mədəniyyəti vurğulanmışdır.
ETİHİ Sumqayıt Şəhər Komitəsi adından Rövşən müəllimə uzun ömür, möhkəm can sağlığı, xoşbəxtlik və gələcək həyatında uğurlar arzulayırıq.
Görüşün sonunda yubilyar təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

Təbrik edirik!
24/04/2026

Təbrik edirik!

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən iki ümumtəhsil məktəbinin şagirdləri maksimum nəticə göstərərək böyük uğura imza atıblar. Belə ki, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Samir Tağızadə v...

24/04/2026
24/04/2026

Sanatoriya-kurort yollayışları üçün elektron qeydiyyat sistemi (e-ahik.az üzərindən) artıq Azərbaycanda tam rəqəmsal şəkildə həyata keçirilir.
Hörmətli ittifaq üzvlərimiz, müraciət qaydaları və mərhələlər barədə ətraflı məlumat videoçarxda təqdim olunur.

23/04/2026
23/04/2026

🇦🇿 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Sumqayıt şəhər ümumtəhsil məktəbləri arasında mini futbol yarışı keçirilib ⚽️
Sağlam rəqabət və idman ruhu şəraitində baş tutan yarışda: 🥇 27 nömrəli tam orta məktəb – I yer
🥈 4 nömrəli məktəb – II yer
🥉 22 nömrəli məktəb – III yer
Qalib komandalar fəxri fərman, medal və pul mükafatları ilə təltif olunublar.
Bundan əlavə, ETİHİ Sumqayıt Şəhər Komitəsi tərəfindən qalib komandalara ziyafət təşkil edilib.
🏆 Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq!
Daha ətraflı: https://sumgayit.etihi.org/xeberler/umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-103-cu-ildonumune-hesr-olunmus-mini-futbol-yarisi-kecirilib

23/04/2026

📚 Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.
Bu əlamətdar tarix bizə kitabların dəyərini, bilik və mədəniyyətin yayılmasındakı mühüm rolunu, eyni zamanda müəllif hüquqlarının qorunmasının vacibliyini bir daha xatırladır.

KitabVəMüəlliflikHüququGünü

“Təfəkkür” liseyində uzunillik pedaqoji fəaliyyəti ilə seçilən Fərzəliyeva Rəna Rəşid qızının 65 illik yubileyi münasibə...
17/04/2026

“Təfəkkür” liseyində uzunillik pedaqoji fəaliyyəti ilə seçilən Fərzəliyeva Rəna Rəşid qızının 65 illik yubileyi münasibətilə səmimi və xoş ovqatlı görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, yubilyar illər ərzində təhsil sahəsində öz zəhməti və peşəkarlığı ilə seçilmiş, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə və onların hərtərəfli inkişafına mühüm töhfələr vermişdir. Onun pedaqoji fəaliyyəti dövründə qazandığı nailiyyətlər, kollektivdə formalaşdırdığı sağlam mühit və şagirdlərlə qurduğu səmimi münasibətlər xüsusi vurğulanmışdır.
Bildirildi ki, Rəna müəllimə məsuliyyəti, işinə olan sevgisi və insanlara göstərdiyi diqqət və qayğı ilə hər zaman seçilən pedaqoqlardan olmuş, həm həmkarlarının, həm də yetirmələrinin dərin hörmətini qazanmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi Rəna müəlliməni yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, gələcək fəaliyyətində uğurlar və uzun ömür arzulayır.
Tədbirin sonunda yubilyara gül dəstəsi, təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunmuş, ünvanına xoş sözlər və səmimi arzular səsləndirilmişdir.
Daha ətraflı: https://sumgayit.etihi.org/xeberler/tefekkur-liseyinin-muellimi-ferzeliyeva-rena-resid-qizinin-yubileyi-kecirilib

15/04/2026

Bu gün görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə böyük töhfələr vermiş Zərifə Əliyevanın anım günüdür. 🇦🇿

Dərin ehtiram və sevgi ilə anırıq.

Address

14-cü Məhəllə, 20 Yanvar Küçəsi, "İstək" Liseyi
Sumqayıt
5000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category