YFU Azerbaijan

YFU Azerbaijan YFU (vai-ef-yu) – Youth For Understanding (Gənclik Anlaşma Tərəfdarıdır) şagird mübadiləsi üzrə ən iri beynəlxalq ictimai təşkilatdır. http://www.yfu.az

YFU Beynəlxalq ictimai təşkilatının əsası 1951-ci ildə Amerika millioneri və ictimai xadimi Reçel Anderson tərəfindən qoyulmuşdur. ABŞ və Almaniya arasında təşkil olunan ilk mübadilə proqramı İkinci Dünya Müharibəsi zamanı düşmən olmuş ölkələr arasındakı münasibətlərin bərpasına yönəlmişdi. O dövrdən bəri artıq 50-yə yaxın ölkə sözügedən təşkilata üzv olmuşdur. YFU 1994-cü ildən etibarən Avropa Tə

hsil Mübadiləsi üzrə Şuranın üzvüdür, 1996-cı ildən isə YUNESKO (UNESCO) tərəfindən ilin yekunlarına görə gənclərin beynəlxalq mübadiləsi sahəsində “Ən yaxşı təşkilat” kimi bəyan edilmişdir. Bütün ölkələrdə YFU proqramı iştirakçı ölkələrin hökumətləri tərəfindən dəstəklənir. Hər ölkə öz yerli təşkilatı ilə təmsil olunur və digər üzv təşkilatların bərabərhüquqlu partnyoru qismində çıxış edir. YFU beynəlxalq təşkilatına Almaniya, İsveçrə, Fransa, Hollandiya, Belçika, Daniya, İsveç, Norveç, Finlyandiya, ABŞ və s. kimi ölkələr daxildir. Azərbaycanda ilk dəfə YFU təşkilatının təqdimatı 2007-ci ildə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri cənab Peer KRİSTOFER STANKİNANIN iştirakı ilə YFU təşkilatının eksperti, beynəlxalq jurnalist xanım Dr. Birgit VETSEL tərəfindən Sumqayıt şəhər Alman Dili Mərkəzində keçirilmişdir.

Address

N. Nərimanov Küç. , 5 Mkr. , Ev 6/53 (14 Mərtəbənin Yaxınlığı)
Sumqayıt
AZ5000

Alerts

Be the first to know and let us send you an email when YFU Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YFU Azerbaijan:

Share