Şəki İntellektual Oyunlar Klubu

Şəki İntellektual Oyunlar Klubu "Şəki İntellektual Oyunlar Klubu" nun əsas məqsədi gənclərin intellektual inkişafına kömək etməkdir

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri ...
25/04/2026

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirilmişdir.
🗓️ Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə 24 aprel 2026-ci il tarixində Şəki Dövlət Regional Kollecində keçirilmişdir.
📌Oyunda 12 komanda iştirak etmişdir.
📌Onlardan:
🥇 1-ci yerə - ADPU-nin Şəki filialının "NATO" komandası
🥈 2-ci yerə - Şəki Dövlət Regional Kollecinin "GAME LOVER" komandası
🥉 3-cü yerə -Şəki Dövlət Peşə Təhsil Mərkəzinin
"XƏMSƏ" komandası layiq görülmüşdür.
📌Oyunda 70 nəfər iştirak etmişdir.
📜 Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon...
24/04/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Peşə təmayüllü siniflər layihəsinin birgə təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixdə Şəki Dövlət Regional Kollecində Şəkinin şəhər və kənd məktəblərinin Peşə təmayüllü sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində Ulu Öndərimizin müstəsna rolu və misilsiz xidmətləri olub. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gənclərin təhsili, intellektual inkişafı və potensialının üzə çıxarılması sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məhz Ulu Öndərimizin müəyyən etdiyi strateji kursun davamı olduğunu vurğulayıb. Sədr müavini tədbirin keçilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və irsinin daha da dərindən öyrənilməsi olduğunu, bu cür tədbirlərin keçirilməsinin gənc nəslin dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.
Şəki Dövlət Regional Kollecin direktor müavini Rafiq Səmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Ulu Öndərin irsinin öyrənilməsi və təbliğ edilməsi hər bir vətəndaşın borcudur və belə tədbirlərin də keçirilməsi məhz bu məqsədə xidmət edir. İntellektual oyunda iştirak edən şagirdlərə uğurlar arzulayan direktor müavini bu tədbirin digər məqsədinin də məktəb və şagirdlər arasında daha sıx əlaqələrin qurulması olduğunu bildirib.
İntellektual oyunun koordinatoru, Peşə təmayüllü siniflər layihəsinin Şəki rayon Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin qrup rəhbəri Kamran İsayev layihə və oyunun qaydaları haqqında iştirakçılara məlumat verib.

​Gərgin intellektual mübarizə şəraitində keçən oyunda iştirakçılara ümumilikdə 36 sual təqdim olunub. Sualların cavablandırılması nəticəsində qaliblər aşağıdakı ardıcıllıqla müəyyənləşib:
​Birinci yer: 36 sualdan 18-ni düzgün cavablandıran 12 nömrəli tam orta məktəbin komandası;
​İkinci yer: 16 xal və 301 reytinq xalı ilə 7 nömrəli tam orta məktəbin komandası;
​Üçüncü yer: 16 xal və 294 reytinq xalı ilə Qoxmuq kənd tam orta məktəbinin komandası.
Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya kubok təqdim edilib.

İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, onlarda komanda ruhunu aşılamaq və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini gənc nəsil arasında təbliğ etməkdir.

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə ADPU-nin Şəki filialının tələbələri arasında "Tələbə Kuboku-...
02/04/2026

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə ADPU-nin Şəki filialının tələbələri arasında "Tələbə Kuboku- 2026" adlı Nə? Harada? Nə Zaman? intellektual oyununun IV turu keçirilmişdir.
🗓️ Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və ADPU-nin Şəki filialının birgə təşkilatçılığı ilə 02 aprel 2026-ci il tarixində ADPU-nin Şəki filialında keçirilmişdir.
📌Oyunda 13 komanda iştirak etmişdir.
📌Onlardan:
🥇 1-ci yerə - NATO komandası
🥈 2-ci yerə - BARBAROSSA komandası
🥉 3-cü yerə -ATABƏYLƏR komandası layiq görülmüşdür.
📌Oyunda 80 nəfər iştirak etmişdir.
📜 Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə Şəki Tibb Kollecinin tələbələri arasında "Tələbə Kuboku- 202...
17/03/2026

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə Şəki Tibb Kollecinin tələbələri arasında "Tələbə Kuboku- 2026" adlı Nə? Harada? Nə Zaman? intellektual oyununun III turu keçirilmişdir.
🗓️ Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə 16 mart 2026-ci il tarixində Şəki Tibb Kollecində keçirilmişdir.
📌Oyunda 6 komanda iştirak etmişdir.
📌Onlardan:
🥇 1-ci yerə - MED İQ komandası
🥈 2-ci yerə - EVRİKA komandası
🥉 3-cü yerə -ZƏFƏR RUHU komandası layiq görülmüşdür.
📌Oyunda 40 nəfər iştirak etmişdir.
📜 Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.

🎉 13 Mart 2026- cı il tarixində Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibətilə Şəki Dövlət Peşə Təhsil Mərkəzi...
14/03/2026

🎉 13 Mart 2026- cı il tarixində Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibətilə Şəki Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçmə mərhələsi keçirilmişdir.

📅 Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 13 mart 2026-cı il tarixində Şəki Dövlət Peşə Təhsil Mərkəzində baş tutmuşdur.

📌 Oyunda 6 komanda iştirak etmişdir.
📌 Onlardan:

🥇 1-ci yer – Xəmsə komandası
🥈 2-ci yer – Zəka komandası
🥉 3-cü yer – Peşəkar komandası
📍 Ümumilikdə oyunda 30 nəfər iştirak etmişdir.

📜 Qalib komandalar müvafiq diplomlarla mükafatlandırılmışdır.

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə Şəki Dövlət Regional Kollecinin tələbələri arasında "Tələbə ...
06/03/2026

📣Şəki şəhərində “Şəhərsalma və Memarlıq İli” münasibəti ilə Şəki Dövlət Regional Kollecinin tələbələri arasında "Tələbə Kuboku- 2026" adlı Nə? Harada? Nə Zaman? intellektual oyununun I turu keçirilmişdir.
🗓️ Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 06 mart 2026-ci il tarixində Şəki Dövlət Regional Kollecində keçirilmişdir.
📌Oyunda 11 komanda iştirak etmişdir.
📌Onlardan:
🥇 1-ci yerə - Game Lover komandası
🥈 2-ci yerə - Birlik komandası
🥉 3-cü yerə -Boomerang komandası layiq görülmüşdür.
📌Oyunda 65 nəfər iştirak etmişdir.
📜 Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.

09/05/2025

📍⚡️Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki şəhərində müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb.

Daha sonra intellektual oyuna start verilib. Oyunda 17 komandanın iştirak edib, onlara Ümummilli lider Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və ümumi biliklərlə bağlı ümumilikdə 30 sual verilib.

Gərgin və maraqlı keçən mübarizənin sonunda “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok, medallar və diplom təqdim edilib.

3 may 2025-ci il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Şəki ra...
04/05/2025

3 may 2025-ci il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, ASAN Könüllüləri təşkilatının tərəfdaşlığı və Sheki Medianın informasiya dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Təhsil Millətin Gələcəyidir Şəki - 2025 yarışı həyata keçirildi.

İntellektual Oyunda 17 komanda iştirak edirdi.
Oyunda səslənən 30 sualdan 21 sualı düzgün cavab cavablayan "Bizim Cəbiş Müəllim" (müxtəlif məktəb və kurslardan ibarət heyyət) komandası birinci yer, 16 düzgün cavab 254 reytinq xalı ilə 44( Kiş kənd 1 nömrəli tam orta məktəb) komandası ikinci yer, 16 düzgün cavab 247 reytinq xalı ilə Elm Keşikçiləri(Təpəcənnət məktəbi) komandası üçüncü yerin qalibi oldu. Qalib komanda üzvləri kubok, medal və diplomlarla, ikinci və üçüncü yerlərin sahibi komandalar medal və diplomla mükafatlandırıldı.

Address

Sheki

Opening Hours

Wednesday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki İntellektual Oyunlar Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şəki İntellektual Oyunlar Klubu:

Share