29/11/2025
22 noyabr 2025-ci il tarixində Qubanın Qarxun kəndində fəaliyyət göstərən "Babadağ" mauqli skaut dəstəsilə növbəti görüş keçirildi. Görüşün mövzusu "Sıra düzülüşü" , "Azərbaycan Respublikasının himni", "ASA- nın himni" nin öyrənilməsi oldu.Bundan başqa skautlara maqnezium çubuğu ilə ocaq yandırma texnikaları da öyrədildi. Skautlara patrul sistemi, düzülüşü barədə məlumatlar verildi. 3 patrul lideri seçilərək onlara patrul sistemində istifadə edilən müxtəlif formalı düzülüş qaydaları əyani şəkildə izah edildi.
Sonda skautlarla pinokyo, dairədə öz partnyorunu tapmaq və əlini tutmaq, gözləri yunub sıra ilə saymaq və s. kimi əyləncəli oyunlar oynanıldı.