Quba 1 saylı MT

Quba 1 saylı MT Quba 1 saylı Mediasiya Təşkilatının rəsmi FB səhifəsi. Xidmət göstərdiyimiz ərazilər - Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları.

11/06/2026
10/06/2026

📌 Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov:

"Vəkillik və mediasiya institutları bir-birini tamamlayaraq hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə və cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verir."

10/06/2026

📌 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Baghirov:

"Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında formalaşan səmərəli əməkdaşlıq ölkədə alternativ mübahisə həlli mexanizmlərinin inkişafına mühüm töhfə verir. Bu tərəfdaşlıq hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların ədalətə çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Peşəkar həmrəyliyə əsaslanan münasibətlər hüquq ictimaiyyəti arasında qarşılıqlı etimadı gücləndirir, mediasiya institutunun daha da inkişafına şərait yaradır. Birgə fəaliyyət nəticəsində cəmiyyətdə dialoq və barışıq mədəniyyətinin təşviqi istiqamətində mühüm nəticələr əldə olunur."

09/06/2026

Bakı 16 saylı Mediasiya Təşkilatının əməkdaşları olaraq Sizi doğum gününüz münasibətilə təbrik edirik. Size möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

09/06/2026

Bu gün Mediasiya Şurasının İdarə Heyətinin Sədri, hörmətli Nadir Adilov müəllimin doğum günüdür.
Tərtər 1 saylı Mediasiya Təşkilatı kollektivi adından hörmətli Nadir müəllimi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. İnsanlara göstərdiyi diqqətə, peşəkarlığına və dəyərli xidmətlərinə görə təşəkkür edir, həyatının hər zaman sevinc, rifah və nailiyyətlərlə dolu olmasını diləyirik.

09/06/2026

📌 Mediasiya Şurasının üzvü Feyzulla Mehdiyev "FİFA agentləri arasında mübahisə və əməkdaşlıq" platformasında çıxış edib

6-7 iyun tarixlərində QOLAT Sport Services & Agency tərəfindən AFFA-nın tərəfdaş olduğu "Football Conference Baku 2nd edition" adlı beynəlxalq tədbir təşkil olunub.

Tədbirdə bir çox ölkələrdən - Türkiyə, Xorvatiya, Gürcüstan, Libya, Portuqaliya, İspaniya, Çexiya, Qazaxıstan, Estoniya, Albaniya və ABŞ-dan müxtəlif xarici futbol adamları - məşqçilər, skautlar, futbol agentləri, eləcə də yerli futbol məşqçiləri, skautlar, idman jurnalistləri və digər futbol sferasından nümayəndələr iştirak edib.

Tədbirdə həmçinin Mediasiya Şurasının üzvü, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Feyzulla Mehdiyev tədbirdə FİFA-nın lisenziyalı Futbol Agenti, eyni zamanda mediator olaraq speaker qismində çıxış edib. Onu da qeyd edək ki, Feyzulla Mehdiyev Futbol agenti Said Bağırovun rəhbərlik etdiyi QOLAT Sport Services & Agency ilə əməkdaşlıq edir.

Cari tədbirdə "Fifa agentləri arasında mübahisə və əməkdaşlıq" adlı platformada çıxış edən Feyzulla Mehdiyev yaranan mübahisələrin mediasiya yolu ilə həllinin mümkünlüyü, hazırki dövrdə də FİFA-nın bir çox əsas reqlamentlərində - oyunçuların statusu və transferi, FİFA Tribunalının Prosessual Qaydaları, Fifa Futbol Agenti Reqlamenti, FİFA-nın Mediasiya Təlimatlarıda yer aldığını, həmçinin mübahisələrin İdman Arbitraj Məhkəməsinə (CAS) verilməmişdən qabaq mediasiyaya üstünlük verilməsindən, mübahisələrin mediasiya yolu ilə həllindən danışıb və mediasiyanın bu cür mübahisələrin həllində daha səmərəli, daha effektiv olduğunu qeyd edib.

Address

H. Əliyev Pr. İLQAROĞLU Bizness Mərkəzi
Quba
AZ4000

Alerts

Be the first to know and let us send you an email when Quba 1 saylı MT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share