Qəbələ Rayon İcra Hakimiyyəti yanında İctimai Şura2

Qəbələ Rayon İcra Hakimiyyəti yanında İctimai Şura2 Şura tərəfindən keçirilən tədbirlərin sosial şəbəkədə işıqlandırılması.

Qəbələ rayonunda növbəti səyyar qəbul Tüntül kəndində      keçirilmişdir Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi...
21/03/2025

Qəbələ rayonunda növbəti səyyar qəbul Tüntül kəndində keçirilmişdir

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Tüntül kəndində səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti yanında İctimai Şura nümayəndələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Tüntül kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qəbələ rayonunun Həmzəli kəndində növbəti səyyar qəbul keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Ab...
17/03/2025

Qəbələ rayonunun Həmzəli kəndində növbəti səyyar qəbul keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Həmzəli kəndində Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nümayəndələri ilə birgə səyyar qəbul keçirmiş, kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləmişdir. Tədbirdə icra başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Address

Qəbələ
Qəbələ
AZ3600

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Rayon İcra Hakimiyyəti yanında İctimai Şura2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share