Haqqımızda
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İB (AİİATRM) Azərbaycanda mövcud olan beynəlxalq, milli təşkilatlar, dövlət idarəetmə, yerli
özünüidarəetmə qurumları və İcma Fəaliyyət Qrupları ilə əməkdaşlıq edərək ölkədə
məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət proqramlarınlın həyata
keçirilməsi və vətəndaş cəmiyyəti quruculuğunun
gücləndirilməsi istiqamətində fəaliyyət
göstərən müstəqil qeyri-hökümət təşkilatıdır. Yaranma tarixi:
Təşkilat 2001-ci ildə “İcma Təşəbbüs Qrupu” kimi fəaliyyətə başlamış, 2002-ci ildə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan İcma İnkişafı üzrə
Araşdırmalar, Təlim və Resurs Mərkəzi” (AİİATRM) kimi qeydiyyata alınmışdır. Davamlı inkişafın təmin edilməsi məqsədilə icmalarda bacarıqların artırılması, onların
səfərbər olaraq inkişaf etməsi üçün mühitin yaradılması;
2. Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi üçün öz problemlərini müəyyən etməyi
və onlara müdaxilə etməyi bacaran, özünün mövcud potensial resursundan istifadə edən
səlahiyyətlənmiş və davamlı inkişafa malik icmalar formalaşdırmaq;
3. Bələdiyyələrin bacarıqlarının artırılmasında və inkişafında, bələdiyyə, icma və
hökumətin bir araya gələrək ümumi problemlərin həllində əməkdaşlığının inkişafında
məqsədyönlü iş aparmaq;
4. Vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi inkişaf istiqamətində dövlət proqramlarının
həyata keçirilməsində icmaların iştirakının təmin olunmasında davamlı fəaliyyət göstərmək;
5. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasında hökumətlə birlikdə
məqsədyönlü iş aparmaq və məcburi köçkünlərin cəmiyyətə aktiv inteqrasiyasına dəstək
olmaq. Bu istiqamətdə xüsusilə də gənclərə və İcma Fəaliyyət Qruplarına texniki yardım
göstərməklə onların öz problemlərinin həlli istiqamətində bacarığlarının artırılmasına şərait
yaratmaq. Missiyamız:
Öz vəzifələrini səmərəli, keyfiyyətli, davamlı şəkildə yerinə yetirilməsi üçün bilik və bacarıqlarının artırılmasında icma inkişafı əməkdaşlarına, bələdiyyələrə, vətəndaş cəmiyyəti qurucularına bütün sahələrdə dəstək göstərmək;
araşdırmalar, monitorinq və qiymətləndirmə, təlimlər, idarəetmə, seminarlar, bacarıqların
artırılması üzrə məsləhətlər, texniki dəstək və digər müvafiq fəaliyyətlər göstərməkdir. Bu fəal iştirak əsas problemlərin müəyyən edilməsinə və
onların həlli üçün mümkün olan yolların axtarılmasına imkan verir. Fəaliyyətimizin prioritet istiqamətləri aşağıdakı kimidir:
* İcmaların formalaşması, səfərbərlik və davamlı icma inkişafı
* Vətəndaş Cəmiyyətin quruculuğu
* Təhsil və bacarıqların artırılması, peşə təhsili və məşğulluq
* Araşdırmalar, Monitorinq və Qiymətləndirmələrin aparılması
* İnfrastrukturun bərpası və alternativ enerji mənbələri6. Dövlət programlarında təmsil
olunma və iştirak
* Gənclərin, xüsusi ilə də məcburi köçkün gənclərin peşə bacarıqlarının artırılması
* Böyük Qayıdışa dəstək və davamlı icma inkişaf təlimləri
Fəaliyyətlərimiz
Mərkəz yaranan tarixdən ölkədə icma inkişafına və vətəndaş cəmiyyətinin qurucularına
dəstək məqsədilə mümkün olan bütün imkanlardan istifadə edir, icmaların bacarıqlarının və
biliklərinin artırılmasına, öhdəliklər və münasibətlər anlayışının yaradılmasına dəstək olur, bu
da öz növbəsində onların fəaliyyətində və cavabdehliyində effektiv və davamlı şəkildə əks
olunur. Mərkəz həmçinin infrastruktur layihələri də həyata keçirmişdir. Yaponiya səfirliyi ilə
məktəb, uşaq baxçaları, içməli su təchizatı, məişət tullantılarının idarə olunması, yataqxana
təmiri kimi 30-a qədər layihə həyat keçirilmişdir ki, benefisiantlar həssas təbəqədən olan
aztəminatlı insanlar olmuşdur. AİİATRM 2002-ci ildə MDB ölkələri üzrə ilk dəfə olaraq “İcma Inkişafı üzrə Təlimat
Kitabı”nı azərbaycan, inglis və rus dillərində hazırlayıb nəşr etdirmişdir. Azərbaycan icmaları
üçün ilk yeni təlimat toplusu olan bu kitab 2500 tirajla nəşr olunaraq Dünya Bankı İnstitutunun
“İcmanın Gücləndirilməsi Şəbəkəsi” layihəsinin xətti ilə Orta Asiyada və Gürcüstanda geniş
yayılmışdır. Bu kitabın bazasında Özbəkistanda da belə bir kitab hazırlanaraq Azərbaycanın
icma modelindən istifadə olunmuşdur. Kitabın Dünya Bankı İnstitutunun dəstəyi ilə Bişkək,
Alma-ata şəhərlərində təqdimat mərasimləri keçirilmişdir. Məcburi Köçkün icmaları ilə işlərimiz:
1. 2005–ci ildə İngiltərə-Azərbaycan Dostluq cəmiyyətinin xətti ilə Imişli rayonu məcburi
köçkün şəhərciyində İlk Tibbi Yardım məntəqəsinin təmiri, dərman preparatları və avadanlıq ilə
təmin edilməsi layihəsi və Sabirabad rayonunun Şəhriyar Fin tipli qəsəbəsində MK şəhərciyində
12 saylı Cəbrayıl, 25 saylı Zəngilan və 31 saylı Füzuli məktəbinin təmiri və avadanlıqlarla təchiz
olunması layihəsi icra edilmişdir.
2. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə 2005-ci ildə Dərnəgül qəsəbəsində məcburi
köçkünlərin müvəqqəti məskunlaşdıqları 3 yataqxanada əsaslı təmir işləri aparılmış, Xocavənd
rayonu Yeni Tuğ qəsəbəsində məktəb binası, əlavə sinif otaqlarının tikilib istifadəyə verilməsi,
Ağdam rayonunun sərhədyanı kəndlərində su təçhizatı layihələri icra edilmişdir.
3. Humanitar yardım layihələri kimi BMT QAK, UMCOR, Dünya Ümidi, Counterpart
təşkilatlarının xətti ilə 10 min məcburi köçkünə müntəzəm olaraq yardım paylanmışdır. Bu yardımlar donor təşkilatların, RİH-lərində fəaliyyət göstərən “Dövlətqaçqınkom”un yerli
şöbələrinin iştirakı ilə həyata keçirilmişdir.
4. Qaradağ rayonunda Sahil qəsəbəsində salınan yeni qəsəbədə 2005-2008-ci illərdə
məcburi köçkün icmalarının səfərbər olunması, layihədə iştirak etməsi, müxtəlif təlimlərin
verilməsi istiqamətində iş aparılmışdır. Bu çərçivədə iclaslar təşkil olunmuş, evlərin paylanması
icmanın və yerli icra orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
5. Norveç Humanitar Müəssisəsinin, İsveçrə Əməkdaşlıq Təşkilatının, CHF və digər
donorların xətti ilə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binalarda “İcma
Mərkəzləri” yaradılmış və bu mərkəzlərdə gənclərə peşə təlimlərinin öyrədilməsi həyata
keçirilmişdir.
6. Beynəlxalq Xilasetmə Komitəsi və Norveç Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə
Xətai və Yasamal rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə uşaqlar üçün
3 stomoloji mərkəz təşkil olunmuşdur.
7. Kanada səfirliyinin maliyyə dəstəyi ilə Oğuz, Şəki və Qəbələ rayonları üzrə məcburi
köçkün icmalarının yerləşdiyi 3 ərazidə “İdman və gənclərin inkişafı” layihəsi çərçivəsində idman
mərkəzlərinin yaradılması layihəsi həyata keçirilmişdir.
8. Dünya Bankı ilə “MK gənclərin dəstəklənməsi” layihəsi icra olunmuşdur.
9. Gəlirgətirən Fəaliyyətlər Poqramının Pilot Layihəsi icra olunmuşdur.
10. 2013–2019-cu illəri əhatə edən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir
İmkanlarının Dəstəklənməsi Layihəsi” icra olunmuşdur. Dünya Bankı İnstitutu ilə əməkdaşlıq:
2004-ci ildə Dünya Bankı İnstitutunun Orta Asiya və Azərbaycan üzrə həyata keçirdiyi
İcmanı Gücləndirmə Şəbəkəsi (İGŞ) layihəsinin Azərbaycanda tətbiq edilməsi məqsədilə
AİİATRM Milli Tərəfdaş kimi seçilmişdir. Şəbəkənin ümumi məqsədi icma-əsaslı təşəbbüslərin
effektivliyinin artırılması üçün keyfiyyətli bacarıqların yaradılması və icmanın gücləndirilməsi
üzrə biliklərin mübadiləsinə çıxışı üçün əlverişli şəraitin təmin edilməsidir. Layihənin icrası
zamanı Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan və Qırğızıstan icmaları arasında 23
video konfrans keçirilmişdir. Ölkədə fəaliyyət göstərən icmalara 32 təlim verilmiş və bu
istiqamətdə müxtəlif təcrübələrə aid 6 modul hazırlanmışdır. Bundan əlavə ölkə daxilində icmalararası təcrübə mübadilə görüşləri keçirilmişdir. Bu
görüşlərdə Naxçıvan, Lənkaran, Şəki, Qəbələ, Gəncə, Guba icmalarından 77 nəfər iştirakçı
Mərkəzi Aran və Cənub regionundakı icmalara səfərlər etmişdir. Dünya Bankı ilə əməkdaşlıq
Dünya Bankının Azərbaycan ofisi ilə 2006-cı ildən başlanmış əməkdaşlıq fəaliyyətimizə
aşağıdakı istiqamətlər daxildir:
- kiçik qrantların idarə olunmasında inzibati işlər və koordinasiya
- məcburi köçkün gənclərin dəstəklənməsi
- məcburi köçkülər üçün məşğulluq üzrə pilot layihələr
- məcburi köçkünlərin yaşayiş şəraiti və gəlir imkanlarinin dəstəklənməsi layihəsi.
1. 2006-ci ildə Dünya Bankının Azərbaycan ofisi tərəfindən maliyyələşən Kiçik Grantlar
Proqramının (2006-2007) idarə edilməsi və yerli QHT-lərə kiçik qrantların verilməsi
prosesində inzibati təşkilat rolunda çıxış etməyi ilk dəfə olaraq yerli qeyri-hökümət
təşkilatına, yəni AİİATRM-nə həvalə etmişdir. 2007 - 2008-ci ildə nəzərdə tutulan bu
proqrama Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də qoşularaq öz layihələrinin
idarə olunmasını AİİATRM-nə həvalə etmişlər. Bu fəaliyyətdə AİİATRM idarə etmə,
monitorinq və qiymətləndirmə vəzifələrini icra etmişdir.
2. Dünya Bankının xətti ilə ayrılmış Yaponiya Sosial İnkişaf Fondunun qrant vəsaiti
hesabına 2008-2012-ci illər ərzində MKSİF tərəfindən həyata keçirilən “Məcburi Köçkün
Gənclərin Dəstəklənməsi Layihəsi” Dünya Bankı tərəfindən keçirilən müsabiqədə “Dövlət
siyasəti kontekstini və icra çağırışlarını ən yaxşı nəzərə alan layihə” kateqoriyasında “İş
yerləri üzrə bilik platforması” mükafatına layiq görülmüşdür. Bununla əlaqədar, cari ilin 20
may tarixində MKSİF-in“gənclərin dəstəklənməsi” və “gəlirgətirən fəaliyyətlər” proqramları
üzrə meneceri və məsləhətçi xidmətləri göstərən “Azərbaycan İcma İnkişafı üzrə
Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin layihə əlaqələndiricisi ABŞ-ın
Vaşinqton şəhərində Dünya Bankının baş ofisində keçirilən mükafatlandırma
mərasimində iştirak etmişdirlər.
3. Gəlirgətirən Fəaliyyətlər Poqramının Pilot Layihəsi çərçivəsində 5 müxtəlif regiondan olan
8 icmadan cəmi 3 məcburi köçkün icması pilot layihəsi üçün seçilmişdir.
4. Məcburi köçkünlərin yaşayiş şəraiti və gəlir imkanlarinin dəstəklənməsi layihəsi 2013 –
2019-cu illəri əhatə edir. “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının
Dəstəklənməsi Layihəsi” çərçivəsində məcburi köçkünlərin məşğulluğunun təmin
olunması məqsədilə, 400 icmada birləşmiş məcburi köçkün ailələr gəlirgətirən
fəaliyyətlərlə bağlı təlimlərə cəlb olunmuşdur. Bu icmalar əsasında qurulmuş yeni
sahibkarlıq subyektlərinə (MMC-lərə) gəlirgətirən fəaliyyətlərə başlamaq üçün qrantlar
ayrılmışdır. Bu layihədə məşğulluq məsələsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
5. Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında bağlanmış sazişə əsasən icra olunan
2022-2026-cı illəri əhatə edən “Regional Yollar və İnkişaf Layihəsi”nin “ “Yerli İnkişaf və
Loqistika” komponenti üzrə məsləhətçi AİİATRM seçilmişdir.
Əməkdaşlıq edilən əsas donorlar:
Dünya Bankı, Dünya Bankı İnstitutu, Yaponiya səfirliyi, AR Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, JFPR, Asiya İnkişaf Bankı,
BMT İnkişaf Proqramı, BP Əməliyyat Şirkəti, BMT QAK, İsveçrə Əməkdaşlıq və İnkişaf
Təşkilatı, USAİD, Tacikistanın “Ağaxan Fondu”
, Avrasiya Fondu, Böyük Britaniya Səfirliyi,
Kanada Səfirliyi, WINGS Global Fondu – Slovakiya, Dünya Ərzaq Proqramı, UNİCEF BQHT,
BMT Qadın İnkişaf Fondu, Danimarka Qaçqınlar Şurası, Dünya Baxış BQHT, TASİS Proqramı,
Uşaqları Qoruyun BQHT, Norveç Qaçqınlar Şurası BQHT, Beynəlxalq Xilasetmə Komitəsi,
City Alliance - Asiya İnkişaf Bankı, CHF BQHT, Dünyanı Öyrənmək BQHT,
“Azərbaycan –
İngiltərə Dostluq Cəmiyyəti”
, London şəhəri, STATOİL, Exxon Əməliyyat Şirkəti, Beynəlxalq
Xilasetmə Komitəsi və sair. Nəşrlərimiz:
Təşkilat fəaliyyəti dövründə aşağıdakı nəşrləri hazırlamışdır:
1. İcma İnkişafı üzrə Təlimat Kitabı - 2003
2. “MK-lərin sıx məskunlaşdıqları ərazilərdə əsas ehtiyac olan mikrolayihələr” kitabı – 2004,
BMT QAK, Dövlətqaçqınkom
3. “İCMA” qəzeti (5 000 tirajla) - 2005, Dünya Bankı İnstitutu
4. MK-lər üçün Əmək hüquqlarının müdafiəsi üzrə Yaddaş Kitabçası- 2007, Dünya Bankı,
”PRAXİS” və AİİATRM
5. Elektron Hökumət anlayışı kitabı – 2007, Dünya Bankı, Demokratik İslahatçı Gənclər
Birliyi, İİ Mərkəzi
Beynəlxalq konfranslarda iştiraklarımız:
1. Məsafədən idarə olunma və biliklərin idarə olunması Qırğızıstan, Bişkək 2003
2. Ən yaxşı icma xidmətləri üzrə konfrans Alma Ata , 2004
3. İcma Şəbəkəsinin Azərbaycan və Orta Asiya ölkələri üzrə illik hesabat konfransı. Qazaxıstan, Alma-ata 2004
4. İcma inkişafı üzrə təcrübə mübadiləsi Bosniya 2005
5. Icmanın Gücləndirmə Şəbəkəsi üzrə illik konfrans Slovakiya Bratislava 2005
6. Şimali və Mərkəzi Asiya ölkələri üzrə “Minilliyin İnkişaf Məqsədləri” mövzusunda
Beynəlxalq konfrans Qırğızıstan, Bişkək 2007
7. QHT-lərin uzunmüddətli fəaliyyətinin qurulmasında bacarıqların verilməsi üzrə beynəlxalq
konfrans Qırğızıstan, Bişkək, 2007
8. Təcrübə mübadilə görüşü Macarıstan, Budapeşt 2007
9. İcma Fondlarının yaradılması üzrə ölkələr arası təcrübə mübadiləsi, Slovakiya,
Bratislava, 2008
10. İcma Fondlarının yaradılması üzrə ölkələr arası təcrübə mübadiləsi, Kanada 2008
11. Tacikistanın “Ağaxan Fondu” ilə təcrübə mübadiləsi Azərbaycan Tacikistan 2008
Üzv olduğumuz şəbəkələr:
1. Dünya Bankının “İcmanın Gücləndirmə Şəbəkəsi” - 2003-cü il
2. Xəzərətrafı QHT-lər Şəbəkəsi - 2005-ci il
3. Şimali və Orta Asiyada Minilliyin İnkişaf Məqsədləri üzrə QHT Şəbəkəsi -2007-ci il
Mətbuat xidməti: Rəmziyyə Ağazadə