Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı

Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının rəsmi facebook səhifəsi

19/06/2026
19/06/2026

Süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, sürətli və kompleks xarakter alıb. Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək müna...

19/06/2026
19/06/2026

Hörmətli Nadir Adilov,
Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının rəhbər heyəti və mediatorları
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Həyatınızın hər günü xeyirxah əməllərlə, xoş hadisələrlə və yeni nailiyyətlərlə zəngin olsun.
İnanırıq ki, qarşılıqlı anlaşma, dialoq və barışıq mədəniyyətinin təşviqi istiqamətində gördüyünüz işlər bundan sonra da cəmiyyətimizdə sülhün, həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəkdir. Çünki insanların bir-birini dinləməsi və anlaması hər zaman ən möhkəm körpüləri qurur, ən çətin münaqişələrin həllinə yol açır.
Doğum gününüz mübarək, yeni yaşınız sizə sağlamlıq, sevinc və uğur gətirsin!Allah yar və yardımçınız olsun!

19/06/2026

📌 Çin Xalq Respublikasına səfər edəcək mediatorların növbəti qrupu ilə görüş keçirilib

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsindəki əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasında təşkil edilən növbəti seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasını 5 nəfər mediator təmsil edəcəkdir.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov seminarda iştirak edəcək mediatorlarla görüşüb. Görüşdə bu seminarlara qatılacaq mediatorlarla təlimat qaydaları əsasında söhbət və müzakirə aparılıb, onlar bu mötəbər seminarlarda iştirakları münasibətilə təbrik edilib. Nadir Adilov qeyd edib ki, seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.

Qeyd olunan seminarlarda Mediasiya Şurasının nümayəndələrinin və mediatorların iştirakı müxtəlif sahələrdə yaranan mübahisələrin mediasiya yolu ilə həlli imkanları barədə daha geniş və əhatəli biliklərin formalaşmasına töhfə verəcəkdir. Nümayəndələrimizin bu tədbirlərdə iştirakı onların peşəkar və sahəvi biliklərinin artırılmasına, beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl yanaşmaların mənimsənilməsinə şərait yaradacaqdır. Eyni zamanda, əldə olunan bilik və təcrübələrin gələcək fəaliyyətlərdə tətbiqi mediasiya institutunun inkişafına və praktik fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.

Çin Xalq Respublikasında təşkil ediləcək seminarlarda Mediasiya Şurasını, Şuranın İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Region Mediatorları Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayılov, Bakı 24 Saylı Mediasiya Təşkilatının direktoru Ülkər Zülfüqarova və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru Aybəniz Səmədova təmsil edəcəkdir.

19/06/2026

📌 Mediasiya Şurasının üzvü Feyzulla Mehdiyev "FİFA agentləri arasında mübahisə və əməkdaşlıq" platformasında çıxış edib

6-7 iyun tarixlərində QOLAT Sport Services & Agency tərəfindən AFFA-nın tərəfdaş olduğu "Football Conference Baku 2nd edition" adlı beynəlxalq tədbir təşkil olunub.

Tədbirdə bir çox ölkələrdən - Türkiyə, Xorvatiya, Gürcüstan, Libya, Portuqaliya, İspaniya, Çexiya, Qazaxıstan, Estoniya, Albaniya və ABŞ-dan müxtəlif xarici futbol adamları - məşqçilər, skautlar, futbol agentləri, eləcə də yerli futbol məşqçiləri, skautlar, idman jurnalistləri və digər futbol sferasından nümayəndələr iştirak edib.

Tədbirdə həmçinin Mediasiya Şurasının üzvü, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Feyzulla Mehdiyev tədbirdə FİFA-nın lisenziyalı Futbol Agenti, eyni zamanda mediator olaraq speaker qismində çıxış edib. Onu da qeyd edək ki, Feyzulla Mehdiyev Futbol agenti Said Bağırovun rəhbərlik etdiyi QOLAT Sport Services & Agency ilə əməkdaşlıq edir.

Cari tədbirdə "Fifa agentləri arasında mübahisə və əməkdaşlıq" adlı platformada çıxış edən Feyzulla Mehdiyev yaranan mübahisələrin mediasiya yolu ilə həllinin mümkünlüyü, hazırki dövrdə də FİFA-nın bir çox əsas reqlamentlərində - oyunçuların statusu və transferi, FİFA Tribunalının Prosessual Qaydaları, Fifa Futbol Agenti Reqlamenti, FİFA-nın Mediasiya Təlimatlarıda yer aldığını, həmçinin mübahisələrin İdman Arbitraj Məhkəməsinə (CAS) verilməmişdən qabaq mediasiyaya üstünlük verilməsindən, mübahisələrin mediasiya yolu ilə həllindən danışıb və mediasiyanın bu cür mübahisələrin həllində daha səmərəli, daha effektiv olduğunu qeyd edib.

19/06/2026

Address

Biləsuvar Rayonu 11 Saylı Cəbrayıl Qəsəbəsi
Jabrail
AZ1400

Alerts

Be the first to know and let us send you an email when Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı:

Share