Cəbrayılım

Cəbrayılım Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cəbrayılım, Jabrail.

15/06/2026

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Bəyannamədə tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

15/06/2026

Ulu Öndərin ən böyük arzusu

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

13/06/2026

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində fəaliyyət göstərən Horovlu kənd tam orta ümumi təhsil məktəbində “Son zəng” tədbiri keçirilib.

13/06/2026
13/06/2026

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

2021-ci il iyulun 15-də Şuşada tarixi bir Bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycan Respublikası ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında, yəni iki türk qardaşlığının bir millət iki dövlət olduğunu bütün dünyaya bir daha bəyan etdi.
Şuşa Bəyannaməsi Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı münasibətlərin geostrateji əhəmiyyətini artırır, ölkələrarası münasibətin bütün müstəvilərdə davamlı inkişafını təmin etməyə nail olacaqdır. Bu bəyanat ölkələrimiz arasında birgə əməkdaşlıq, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və strateji sahələri əhatə etməklə iki qardaş ölkə arasında misli görülməyən müttəfiqlik zirvəsinə çatdırıldı.
Bəyannamə Qarabağ ərazisində məskunlaşmış erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa və Şuşa ətrafı gözəl turizm imkanları açılmaqla regionun yeni iqtisadi münasibətlərinin formalaşmasına imkan yaradacaqdır. Bəyannamədə ölkəmin beynəlxalq nüfuzunu artıran iqtisadi layihələr, hərbi əməkdaşlıq məsələləri öz əksini tapmışdır.
Bəyannamədə böyük məhəbbətlə xatırlanan türk dünyasının liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə yanaşı illər sonra Ümumilli Liderimiz Heydər Əliyevin: “Bir millət, iki dövlət” kimi kəlamları əsl yerinə düşmüşdür.
Vətən müharibəsində və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində də Azərbaycan Türkiyə əməkdaşlığı misilsiz rol oynayır. Ölkəmizdə böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq iqtisadi dəhliz kimi reallığa çevrilir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətin böyük göstəricisidir. Bundan sonra ölkələr bir birinin təhlükəsizliyini təmin edəcəklər. Ölkənin hərbi qüdrətini artıran mühüm məsələ Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafıdır.
Hələ Qarabağ müharibəsinin ilk günlərində Türkiyə Prezidenti Azərbaycan xalqının tək olmadığını bildirmişdi. Bu bəyannamə bütün qüvvələri, dairələri dayandırdı.

13/06/2026

AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi ölkəni uçuruma aparırdı

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

13/06/2026

Bəyannamənin verdiyi strateji mesaj

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyun ayının 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də, Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.İ qtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir.
Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır. Bəyannamənin imzalanması tarixinin rəmzi mənası da olduqca əhəmiyyətlidir. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm bir ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

13/06/2026

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan xalqının tarixində ən möhtəşəm və tarixi əhəmiyyətli günlərdən biri də 15 iyun - Milli Qurtuluş Günüdür. Məhz həmin gündən başlayaraq Azərbaycan xalqının uzun mübarizədən sonra böyük çətinliklərlə əldə etdiyi müstəqilliyin yenidən itirilməsi təhlükəsi aradan qalxmışdır. Bu təhlükəni qətiyyətlə aradan qaldıran isə dahi Heydər Əliyev şəxsiyyəti, onun son dərəcə müdrik və uzaqgörən siyasəti idi. Ulu Öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi idi.
Həmin dövr çox ziddiyyətli və təhlükəli idi. Azərbaycan müstəqilliyini demək olar ki, yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə əslində idarə olunmurdu. Azərbaycanın müstəqilliyini qəbul etməyən, onun müstəqil bir dövlət kimi yaşamasının əleyhinə olan həm daxili, həm də xarici qüvvələr xüsusi fəallıq göstərərək ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdılar. Həmin illərdə Azərbaycana rəhbərlik edən şəxslər əslində xalq qarşısında nüfuzunu itirmiş, baş verən hadisələri düzgün qiymətləndirməyi bacarmayan adamlar idi. Cənubda separatçi Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirərmək üçün Bakıya doğru hərəkət edirdi. Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləriilə qarşılaşmışdı. Azərbaycanın səriştəsiz rəhbərlərinin məsuliyyətsiz bəyanatları bir çox ölkələrlə münasibətləri hədsiz gərginləşdirmişdi.
Ancaq hər bir xalqın ən çətin günündə üz çevirdiyi, özünə arxa-dayaq hesab etdiyi lideri olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir, onlar xalqın inam və etimadlarını realllaşdırmağa nail olurlar. Çünki liderlik, məhz lazimi anda cəsarət nümayiş etdirmək bacarığıdır.
Azərbaycan xalqının da belə çətin məqamlarda ümid bəslədiyi, xilaskar rolunda gördüyü yeganə şəxsiyyət dünya şöhrətli lider Heydər Əliyev idi. Xalqımız üzünü öz liderinə tutdu, onu köməyə səslədi, lider də xalqın çağırışına səs verdi, xilaskarlıq missiyasını üzərinə götürdü. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu. Ölkədə milli barış və inkişaf dövrü başladı. Tezliklə Dağlıq Qarabağda atəşkəs imzalandı. İqtisadi sahələri tənzimləyən qərarlar qəbul edildi, ordu quruculuğunun təməli qoyuldu.
Bəli, budur liderlik keyfiyyətləri. Qədirbilən Azərbaycan xalqı məhz 15 iyun tarixindən başlayaraq dahi lideri Heydər Əliyevi sanki yenidən kəşf etdi.
15 iyun - xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu gün də xalqımız Ulu Öndər Heydər Əliyev yadigarı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yollarında inamla irəliləyir. Çünki Umummilli liderimizin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir, dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir.”

Address

Jabrail

Alerts

Be the first to know and let us send you an email when Cəbrayılım posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cəbrayılım:

Share