İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Tələbə Gənclər Təşkilatı

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Tələbə Gənclər Təşkilatı İsmayıllı Dövlət Humanitar və Texnalogiya kolleci
Tələbə Gənclər Təşkilatı.

🎓 Bakı Mühəndislik Universitetinə unudulmaz ekskursiya!İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri B...
28/05/2026

🎓 Bakı Mühəndislik Universitetinə unudulmaz ekskursiya!

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri Bakı Mühəndislik Universitetində maraqlı və faydalı bir gün keçirdilər.

Tələbələr universitetin tədris mühiti, laboratoriyaları və kampusu ilə yaxından tanış oldular, yeni bilik və təcrübələr qazandılar. Bu ekskursiya gələcək hədəflərə motivasiya və uğura doğru atılmış önəmli addımlardan biri oldu. 🚀

Səmimi qarşılanmaya görə Bakı Mühəndislik Universitetinə təşəkkür edirik!💙

GələcəyəAddım

28 May — yalnız bir tarix deyil, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, birliyinin və qürurunun simvoludur. 🇦🇿...
28/05/2026

28 May — yalnız bir tarix deyil, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, birliyinin və qürurunun simvoludur. 🇦🇿

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə Şərqdə ilk demokratik respublikanın əsası qoyuldu. Bu müqəddəs irs bu gün də bizim üçün böyük qürur mənbəyidir.

Müstəqillik bizə əmanətdir — qorumaq, yaşatmaq və gələcək nəsillərə daha güclü şəkildə ötürmək hər birimizin borcudur.

  “Gənclər Zərərli Vərdişlərə Yox Deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.26 may 2026-cı il tarixdə İsmayıllı...
28/05/2026

“Gənclər Zərərli Vərdişlərə Yox Deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.

26 may 2026-cı il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Gənclər Zərərli Vərdişlərə Yox Deyir” mövzusunda maarifləndirici tədbir uğurla həyata keçirilmişdir.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Proqram ilk olaraq kollecin Vətən müharibəsində şəhid olmuş məzun tələbələrinin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlamış, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlı, tədris işləri üzrə direktor müavini Ülviyyə Nəzərova Səmədova, Ülviyyə Nəzərova Səmədova müəllim heyəti, tələbələr və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin İcraçı direktoru Xəyal Məmmədəliyev iştirak etmişdir.

İlk olaraq İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, dosent Kəmalə Süleymanlı çıxış edərək qonaqları salamlamış, gənclər arasında zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və onların ictimai fəallığının artırılmasının vacibliyini qeyd etmişdir.

Əsas məqsəd gənclər arasında narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclərin sosial fəallığının artırılması olmuşdur.

Sonda Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin fəaliyyətində və könüllülük proqramlarında fəal iştirak edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin bir qrup fəal tələbəsi Fəxri Fərmanla təltif edilmişdir.

Görüşün yüksək səviyyədə təşkili və keçirilməsi zamanı göstərilən diqqət və dəstəyə görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru hörmətli Kəmalə xanıma Kamala Suleymanli və kollecin bütün kollektivinə səmimi qəbula, əməkdaş

🌙 Müqəddəs Qurban Bayramı münasibətilə hər kəsi təbrik edir, ülvi dəyərlərin qorunduğu, sevgi və həmrəyliyin hökm sürdüy...
26/05/2026

🌙 Müqəddəs Qurban Bayramı münasibətilə hər kəsi təbrik edir, ülvi dəyərlərin qorunduğu, sevgi və həmrəyliyin hökm sürdüyü xoş günlər arzulayırıq. Bayramınız mübarək!

📌 Bu gün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri İlkin Osmanlı tərəfindən...
13/05/2026

📌 Bu gün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri İlkin Osmanlı tərəfindən tələbələr üçün “Müsahibəyə Qeydiyyat və Hazırlıq Prosesi” mövzusunda maarifləndirici təlim təşkil olundu.
Təlim zamanı iştirakçılara düzgün qeydiyyat qaydaları, müsahibədə uğurlu çıxış üçün vacib məqamlar və özünü təqdimetmə bacarıqları haqqında ətraflı məlumat verildi.
Tələbələrimizin inkişafına və gələcək uğurlarına dəstək olan bu cür təşəbbüslərin davamlı olması arzu olunur. ✨

Bu gün müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Xalqımızın rifahı...
10/05/2026

Bu gün müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Xalqımızın rifahı, dövlətimizin güclənməsi və milli dəyərlərimizin qorunması naminə göstərdiyi misilsiz xidmətlər daim böyük ehtiramla yad edilir. Onun uzaqgörən siyasəti və zəngin dövlətçilik irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq tutur.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin TGT kollektivi olaraq Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq!🇦🇿

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ...
09/05/2026

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 🇦🇿

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanmışdır. Tədbirdə Ulu Öndərə həsr olunmuş şeirlər, rəqs kompozisiyaları və videoçarxlar təqdim olunmuşdur.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilmişdir.

Bu gün millətimizin qəhrəmanlıq tarixinin parlaq səhifəsidir!🇦🇿Babalarımızın cəsarəti sayəsində biz bu gün azad və müstə...
08/05/2026

Bu gün millətimizin qəhrəmanlıq tarixinin parlaq səhifəsidir!🇦🇿
Babalarımızın cəsarəti sayəsində biz bu gün azad və müstəqil ölkədə yaşayırıq.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatı olaraq bildiririk ki, tarixi unudan millətin gələcəyi olmaz.

Bütün veteranlarımızın qarşısında baş əyir, onların qəhrəmanlığını gənc nəslə ötürməyi özümüzə borc bilirik.
Qələbən mübarək, Azərbaycan!

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş kollecdaxili mini futbol yarışı böyük maraq və rəqabət şəraitində ba...
08/05/2026

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş kollecdaxili mini futbol yarışı böyük maraq və rəqabət şəraitində baş tutmuşdur. ⚽🏆

Yarışın sonunda Tələbə Gənclər Təşkilatının “Staff” komandası yüksək oyun nümayiş etdirərək bütün komandalar arasında I yerə layiq görülmüşdür. 🥇👏

Qalib komandamızı təbrik edir, yeni uğurlar arzulayırıq! 🇦🇿

"Regional İnkişaf İctimai Birliyi Bakı və regionlarda könüllüləri üçün RiİB Könüllülük proqramı çərçivəsində Dağlıq Şirv...
08/05/2026

"Regional İnkişaf İctimai Birliyi Bakı və regionlarda könüllüləri üçün RiİB Könüllülük proqramı çərçivəsində Dağlıq Şirvan regionun könüllülər üçün bugün aktual olan sünii intellektlə əlaqəli olaraq "Rəqəmsal dövrdə karyera planlaması, Aİ əsasları ilə CV yazılması"mövzusunda təlim təşkil etmişdir.

💙

Address

Ismayıllı
Ismayıllı
3100

Telephone

+994772740129

Website

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Tələbə Gənclər Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Tələbə Gənclər Təşkilatı:

Share