Göygöl DAİM

Göygöl DAİM Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi

29/12/2025
1-noyabr Kənd Təsərrüfatı işçilərinin Peşə bayramı münasibətilə Göygöl rayonunda tədbir keçirilmişdir. Rayon İcra Hakimi...
01/11/2025

1-noyabr Kənd Təsərrüfatı işçilərinin Peşə bayramı münasibətilə Göygöl rayonunda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Elvin Paşayevin və Göygöl DAİM-in direktoru Azər Hacıyevin həmçinin digər aidiyyəti şəxslərin iştirakı ilə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin İnzibati binasında tədbir davam etdirilmişdir.Bununla əlaqədar bir neçə fərqlənən əməkdaş "Fəxri Fərman"la təltif olunmuşdur

1-noyabr Kənd Təsərrüfatı işçilərinin Peşə bayramı münasibətilə Göygöl rayonunda tədbir keçirilmişdir. Rayon İcra Hakimi...
01/11/2025

1-noyabr Kənd Təsərrüfatı işçilərinin Peşə bayramı münasibətilə Göygöl rayonunda tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Elvin Paşayevin və Göygöl DAİM-in direktoru Azər Hacıyevin həmçinin digər aidiyyəti şəxslərin iştirakı ilə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin İnzibati binasında tədbir davam etdirilmişdir.Bununla əlaqədar bir neçə fərqlənən əməkdaş "Fəxri Fərman"la təltif olunmuşdur

Göygöl rayonunda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakilər keçirilib.
04/09/2025

Göygöl rayonunda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakilər keçirilib.

Göygöl rayonunda 30-31 avqust 2025-ci il tarixlərində 2-ci moruq festivalı keçirilmişdir.
01/09/2025

Göygöl rayonunda 30-31 avqust 2025-ci il tarixlərində 2-ci moruq festivalı keçirilmişdir.

Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilibAzərbaycanın zəngin yaylaq mədəniyyətini...
18/08/2025

Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə 15-17 avqust tarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub.

Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, , Göygöl rayin icra hakimiyyətinin, digər dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam edib. Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub.

Tədbir zamanı Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə dövlət dəstəkli aqrar sığorta mexanimzi barədə təqdimat keçirib, iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Qeyd edək ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

25 iyul 2025-ci il tarixdə Göygöl rayonu ərazisində yerləşən Respublika Süni Mayalanma Mərkəzində "Qarabağ atlarının gen...
28/07/2025

25 iyul 2025-ci il tarixdə Göygöl rayonu ərazisində yerləşən Respublika Süni Mayalanma Mərkəzində "Qarabağ atlarının genetik potensialının qorunması və artırılması" istiqamətində tədbir keçirilmişdir.

Göygöl DAİM-də "Dövlət Qulluqçuları"nın peşə bayramı qeyd edilmişdir. Bununla bağlı tədbir keçirilmiş, bir sıra əməkdaşl...
25/06/2025

Göygöl DAİM-də "Dövlət Qulluqçuları"nın peşə bayramı qeyd edilmişdir. Bununla bağlı tədbir keçirilmiş, bir sıra əməkdaşlar "Fəxri Fərman"la təltif olunmuşdur.

26.05.2025-ci il tarixdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Cəfərov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi...
29/05/2025

26.05.2025-ci il tarixdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Cəfərov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, "AzerGold"-un məsul əməkdaşları və fəaliyyəti əlaqələndirilən qurumların rəhbərləri həmçinin əməkdaşları Göygöl rayon Pənahlılar kəndində və Zurnabad kəndində açıq havada fermerlərlə görüş keçirmişlər.Fermerlərin rəyləri, təklifləri və qarşılaşdıqları çətinlikləri barədə geniş müzakirə aparılmışdır.

27.05.2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar Təşkilatı şöbəsinin...
29/05/2025

27.05.2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar Təşkilatı şöbəsinin müdiri Şəhriyar Alxanov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev və Fəaliyyəti əlaqələndirilən qurumların rəhbərləri həmçinin əməkdaşları tərfindən Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşı olan Paşa Verdiyev və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşı Qalina Həsənova yubileyləri münasibəti təbrik edilmişlər. Daha sonra Şəhriyar Alxanov Həmkarlar təşkilatının fəaliyyəti barədə geniş çıxış etmişdir.

10.04.2025-ci il tarixdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı yanında hesabat-müşavirə keçirilib.
14/04/2025

10.04.2025-ci il tarixdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı yanında hesabat-müşavirə keçirilib.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin bir sıra əməkdaşları Mərkəzin iş fəaliyyətinə aid olan "Bəyan" və "Monitorinq" iş...
14/03/2025

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin bir sıra əməkdaşları Mərkəzin iş fəaliyyətinə aid olan "Bəyan" və "Monitorinq" işlərində yüksək nəticə göstərdiklərinə görə təltif edilmişdir.

Address

Azərbaycan Respublikası, Göygöl Rayonu, Heydər Əliyev Pr. 142
Göygöl
AZ2500

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl DAİM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share