Göyçay - Təmiz Şəhər

Göyçay - Təmiz Şəhər "Göyçay Təmiz Şəhər" kampaniyasına 2021-ci ildə Göyçay İcma İnkişaf Mərkəzi tərəfindən start verilib.

Göyçay İcma İnkişaf Mərkəzi 2021-ci ilin oktyabr ayında yaradılıb.Məqsədimiz ətrafımızda vətəndaşların qarşılaşdığı problemlərin həllinə yardım etmək, aidiyyatı qurumlarla qarşılıqlı əlaqələr yaratmaq, problemlərin həlli yollarını birlikdə axtarmaqdır.

17/02/2026

Yerə zibil atdın? 300 AZN cərimə gözləyir! 🚯

Küçələri, parkları, yol kənarlarını zibilləməmək həm mədəni davranış, həm də inzibati cərimədən qorunmaq deməkdir.

Şəhərimizin təmizliyini qorumaq hamımızın ortaq məsuliyyətidir!

🌸 11 Oktyabr – Beynəlxalq Qızlar Günü 🌸Bu gün bütün dünyada qızların hüquqları, təhsil imkanları və gələcək lider kimi r...
10/10/2025

🌸 11 Oktyabr – Beynəlxalq Qızlar Günü 🌸

Bu gün bütün dünyada qızların hüquqları, təhsil imkanları və gələcək lider kimi rolunu qeyd edirik! 💪✨

BMT, Türkiyənin təşəbbüsü ilə, 193 ölkənin səsverməsi nəticəsində 11 oktyabrı Beynəlxalq Qızlar Günü elan edib. Qərar, qız uşaqlarının qərar vermə proseslərində iştirakını dəstəkləməyi və iqtisadi inkişafda rolunu önə çıxarmağı məqsəd qoyur. 🌍💖

Gəlin bu gün yalnız qız uşaqlarını deyil, onların səsini, istedadını və arzularını da qeyd edək! 💫

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.Onların Vətənə və xalqa olan sev...
26/09/2025

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.
Onların Vətənə və xalqa olan sevgi və sədaqətlərinin bütün şərtlərdə sarsılmazlığı qarşısında şərəf, qürur və fəxarət hissi ilə baş əyirik!

🕊 Ruhunuz şad olsun!

Göyçay Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Ə.Kərim küçəsi, H.Əliyev prospekti və Şəhriyar küçəsində yerləşən çoxmərtəbə...
18/09/2025

Göyçay Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Ə.Kərim küçəsi, H.Əliyev prospekti və Şəhriyar küçəsində yerləşən çoxmərtəbəli binaların həyətlərinə 50 ədəd tullantı qutusu yerləşdirib. Qeyd edək ki, bir müddət əvvəl Göyçay İcma İnkişaf Mərkəzi tərəfindən ‘Göyçay - Təmiz Şəhər’ kampaniyası çərçivəsində əhali arasında maarifləndirici tədbirlər təşkil olunmuşdur.
Sakinlərimizi şəhərimizi təmiz saxlamağa və tullantıları yalnız qutulara atmağa çağırırıq.

Bu gün - 12 avqust Beynəlxalq Gənclər Günüdür.Əziz gənclərimiz, hər birinizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik...
14/08/2025

Bu gün - 12 avqust Beynəlxalq Gənclər Günüdür.
Əziz gənclərimiz, hər birinizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirik. Hər zaman gənc ruhlu qalmağınız diləyi ilə!

30/07/2025

Göyçay İcma İnkişaf Mərkəzinin komandası olaraq, Alpout kəndində yaşayan 3-cü qrup əlilliyi olan Fatimə və Zəhra əkiz bacılarının ad günündə yanlarında olduq.🎂
Onları sevincli görmək bizim üçün ən böyük hədiyyə oldu.
Keçən il bu günlərdə ailənin evi uçmaq təhlükəsində idi. Göyçay Rayon İcra Hakimiyyətinin və xeyirxah insanların dəstəyi ilə yeni evin tikintisi davam edir.
🙏 Dəstək göstərən hər kəsə təşəkkür edirik!

“Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandası II yerə...
28/06/2025

“Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandası II yerə layiq görülüb.
Göyçay İcma İnkişaf Mərkəzi olaraq komandamızın üzvlərini təbrik edir, daha böyük uğurlara imza atmalarını arzu edirik!

Dəyərli Göyçaylılar!Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Be...
27/06/2025

Dəyərli Göyçaylılar!
Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandasına dəstək olmağa dəvət edirik!
Bu möhtəşəm tədbirdə birgə iştirak edək, idmançılarımıza ruh verək!
📅 Tarix: 28 və 29 iyun
📍 Məkan: Dənizkənarı Bulvar, Bakı
🎟 Giriş sərbəstdir!
Join us at the 3rd Baku “Gym for All” International Challenge!
Come support the Goychay Olympic Sports Complex team on June 28 at 17:00 at Baku Boulevard.
📅 Date: June 28 & 29
📍 Venue: Baku Boulevard
🎟 Entrance is FREE!

18 iyun Azərbaycanda “Milli İnsan hüquqları günü” kimi qeyd olunur.
18/06/2025

18 iyun Azərbaycanda “Milli İnsan hüquqları günü” kimi qeyd olunur.

Address

Göyçay
AZ2300

Alerts

Be the first to know and let us send you an email when Göyçay - Təmiz Şəhər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göyçay - Təmiz Şəhər:

Share