26/11/2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “EntreComp təcrübəsinə istinad edərək gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılması” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi Layihənin məqsədi gənclərin EntreComp təcrübəsinə istinad edərək bilik və bacarıqlarını artırmaq və onların məşğulluq imkanlarının yaradılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində seçilmiş 30 nəfər gəncə peşəkar ekspertlər tərəfindən istiqamətə uyğun təlimlər keçiriləcək, şəxsi səriştələrinin artırılması və gənclərin məşğulluq imkanlarının artırılması üçün onlara uğurlu gənclərin təcrübəsi bölüşüləcək, sahibkarlıq imkanları, prinsipləri və metodları ilə bağlı təlimlər keçiriləcək və maarifləndirici materiallar paylanacaq.
Layihədə iştirak etməkdə maraqlı olan gənclər qeyd olunmuş linkə daxil olub seçim formasını doldura bilərlər.
Son qeydiyyat tarixi: 03 dekabr 2024
Qeydiyyat linki: https://shorturl.at/z6MIw
̧ıldünyanaminə
Hörmətli Göyçay və Qəbələ rayonlarının gəncləri! Sizi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “EntreComp” təcrübəsinə əsaslanan gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının inkişafı" adlı layihədə iştirak etməyə də...