Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurа (28 iyul 2025-ci il)

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzv təşkilatı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Miqr...
26/04/2026

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzv təşkilatı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Miqrasiya üzrə Beynəlxalq QHT Komitəsinə üzv seçilmişdir.
'NGO Committee on Migration' 2006-cı ildə Nyu-Yorkda, BMT yanında məşvərətçi statusa malik qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə yaradılmışdır.
Hazırda 50-dən çox QHT-ni birləşdirən bu platforma miqrantların, qaçqınların, vətəndaşlığı olmayan şəxslərin, məcburi köçkünlərin və insan alveri qurbanlarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Komitənin əsas missiyası BMT Nizamnaməsinə uyğun olaraq miqrantların hüquqlarının təşviqi və qorunmasını dəstəkləmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və bu sahədə birgə fəaliyyət platforması yaratmaqdır.
Bu üzvlük beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarımızın genişlənməsi, miqrasiya sahəsində qlobal müzakirələrdə daha fəal iştirakımız və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura

DMX yanında İctimai Şuranın təşkilatçılığı ilə “Gələcəyin memarları Azərbaycanda yetişir” adlı tədbir keçirilibAzərbayca...
26/04/2026

DMX yanında İctimai Şuranın təşkilatçılığı ilə “Gələcəyin memarları Azərbaycanda yetişir” adlı tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşü çərçivəsində “Gələcəyin memarları Azərbaycanda yetişir” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş görüş keçirilib.

AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva açılış nitqi ilə çıxış edərək universitetdə təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, onların elmi potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, Şura üzvləri Vidadi Fətullayev və Nədimə Rəhimli çıxış edərək əcnəbi tələbələrin miqrasiya hüquqları, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat veriblər.

Tədbirdə həmçinin Əməliyyat Şirkətinin substantiv məzmun meneceri Cəmilə İsmayılzadə çıxış edərək Ümumdünya Forumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq imkanları barədə danışıb.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin nümayəndələri – Hüquqi təminat idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Xəyalə Abbasova, Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Nihad Kazımov və Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru, miqrasiya xidməti müşaviri Xəyalə İsmayılova də çıxış edərək əcnəbi tələbələrin miqrasiya məsələləri, ölkədə qalma və qeydiyyat qaydaları, eləcə də mövcud qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.

Görüşün sonunda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, sahəsi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri dinlənilib. Azərbaycanda təhsil alan gənc memarların beynəlxalq peşəkar trendlərə inteqrasiyası, gələcəyin şəhərlərinin formalaşmasında onların rolu və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, AzMİU-da təhsil alan əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyası, WUF13 çərçivəsində həyata keçiriləcək tədbirlərdə fəal iştirakı üçün universitet tərəfindən müvafiq dəstək göstəriləcək.
https://www.azmiu.edu.az/az/news/5234

13/02/2026
31/12/2025
17 dekabr 2025-ci il tarixində Ukrayna icmasının Ukrayna Mərkəzində Azərbaycan Respublikasının ərazisində yaşayan ukrayn...
19/12/2025

17 dekabr 2025-ci il tarixində Ukrayna icmasının Ukrayna Mərkəzində Azərbaycan Respublikasının ərazisində yaşayan ukraynalı miqrantlarla görüş keçirilmişdir.
Görüş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyəti çərçivəsində təşkil olunmuşdur. Tədbirdə İctimai Şuranın üzvləri — İctimai Şuranın sədr müavini Kamalə Məmmədova və Şura üzvü Nadimə Rəhimli iştirak etmişlər.
Görüş zamanı miqrant qadınların müraciətləri dinlənilmiş, onların hüquqi statusu, yaşayış və əmək münasibətləri, habelə sosial və ailə məsələləri ilə bağlı sualları üzrə məsləhətlər verilmişdir.
Bu cür görüşlər miqrantların hüquqi maarifləndirilməsi, mövcud problemlərin müəyyən edilməsi və qanunvericiliyə uyğun həll yollarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

DMX yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib. İclas zamanı 2025-ci il ərzində həyata keçirilmiş fəali...
14/12/2025

DMX yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib. İclas zamanı 2025-ci il ərzində həyata keçirilmiş fəaliyyətlərə dair ətraflı məlumat təqdim olunub, görülən işlər təhlil edilib və əldə olunan nəticələr müzakirə edilib.

Görüşdə 2026-cı il üçün nəzərdə tutulan tədbirlər planı ətrafında fəal və konstruktiv müzakirələr aparılıb, prioritet istiqamətlər müəyyənləşdirilib. İctimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə konkret təkliflər irəli sürülüb. İclasın sonunda İctimai Şuranın fəaliyyət planına dair üzvlərin rəy və təklifləri nəzərə alınaraq müvafiq tövsiyələr formalaşdırılıb və gələcək dövr üçün birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə F...
12/12/2025

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Fəxri Xiyabana gedərək onun məzarını ziyarət ediblər. Şura üzvləri Ümummilli Liderin ölkənin inkişafı, dövlət quruculuğu və miqrasiya sahəsinin formalaşmasındakı əvəzsiz xidmətlərini böyük hörmət və ehtiramla xatırlayıblar. Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

27/11/2025

🇦🇿Beynəlxalq Miqrantlar Günü – 18 dekabr münasibətilə miqrantlar və xarici vətəndaşlar üçün AÇIQ QAPI GÜNÜ!
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura ilə birgə
miqrasiya məsələləri üzrə ödənişsiz hüquqi məsləhətlər təqdim ediləcək.
Tarix: 13 dekabr
Saat: 10:00 – 15:00
İştirak: yalnız öncədən qeydiyyat: www.injuria.az

🇷🇺День открытых дверей для мигрантов,
посвящённый Международному дню мигранта — 18 декабря

Совместно с Общественным советом при Государственной миграционной службе Азербайджанской Республики будут проводиться бесплатные юридические консультации по миграционным вопросам.
Дата: 13 декабря
Время: с 10:00 до 15:00
Участие: только по предварительной записи через сайт: www.injuria.az

🇬🇧 Open Day for Migrants
dedicated to International Migrants Day — 18 December

In cooperation with the Public Council under the State Migration Service of the Republic of Azerbaijan, we will provide free legal consultations on migration-related issues.

Date: 13 December
Time: 10:00 AM – 3:00 PM
Participation: only with prior registration via our website: www.injuria.az

“Əmək miqrasiyası” mövzusunda işçi qrupunun ilk görüşü keçirilibBu gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ...
04/11/2025

“Əmək miqrasiyası” mövzusunda işçi qrupunun ilk görüşü keçirilib
Bu gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Əmək miqrasiyası” mövzusunda işçi qrupunun ilk iclası baş tutub. Görüşün əsas məqsədi əmək miqrasiyası sahəsində mövcud vəziyyətin təhlili, qanunvericiliyin tələblərinin icrası, həmçinin sahibkarların bu istiqamətdə qarşılaşdığı praktiki məsələlərin müzakirəsi olub.
Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Sima Yaqubova, sədr müavini Kəmalə Məmmədova, Dövlət Miqrasiya Xidmətinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, İş icazələrinin verilməsi şöbəsinin baş inspektoru İlyas Hüseynov, vəkillər, eləcə də bir sıra yerli sahibkarlar və şirkət nümayəndələri iştirak ediblər.
Görüş zamanı iştirakçılar əmək miqrasiyası prosesində ortaya çıxan çətinliklər, iş icazələrinin verilməsi prosedurları, əmək müqavilələrinin bağlanması, sığorta və digər hüquqi tənzimləmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.
İctimai Şura üzvləri bu sahədə sahibkarlarla dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığın və maarifləndirmə fəaliyyətlərinin davamlı şəkildə gücləndirilməsinin vacibliyini vurğulayıblar.

18/10/2025

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34 ili tamam olur.

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share