Ticarət Şəbəkələrinin İnkişafı İB / Retail Networks Development Union

  • Home
  • Azerbaijan
  • Baku
  • Ticarət Şəbəkələrinin İnkişafı İB / Retail Networks Development Union

Ticarət Şəbəkələrinin İnkişafı İB / Retail Networks Development Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ticarət Şəbəkələrinin İnkişafı İB / Retail Networks Development Union, Non-Governmental Organization (NGO), 27 Alibayov Gardashlari Street, Baku.

23/06/2026

Ticarət Şəbəkələri arasında futbol çempionatının final mərhələsindən görüntülər

16/06/2026

Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində POS-terminal və ekvayrinq xidmətləri, kart ödənişləri, QR əsaslı ödəniş mexanizmləri, rəqəmsal maliyyə alətləri və digər bank xidmətləri üzrə praktiki məsələlərin müzakirəsi planlaşdırılır.

Bu əməkdaşlıq bank və pərakəndə ticarət sektorları arasında davamlı dialoq platformasının formalaşdırılmasına və qarşılıqlı faydalı təşəbbüslərin inkişafına xidmət edəcək.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
14/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

11/06/2026

📌 Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

➡️ https://lnkd.in/d9d-jZBj

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə “Too Far Logistics and Consulting” MMC arasında Anlaşma Memorandumu...
10/06/2026

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə “Too Far Logistics and Consulting” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum 2026-cı ilin yanvar ayından etibarən tərəflər arasında aparılan müzakirələrin və pərakəndə ticarət sektorunda müqavilə proseslərinin rəqəmsallaşdırılması istiqamətində başlanmış əməkdaşlığın rəsmiləşdirilməsi məqsədi daşıyır.

Yanvar ayında TŞİİB hüquqi şəxslər, kommersiya təşkilatları və fərdi sahibkarlar arasında müqavilə münasibətlərinin elektron qaydada idarə edilməsi, imzalanması və arxivləşdirilməsi üçün rəqəmsal həllin yaradılması təşəbbüsü ilə çıxış edib.

Aparılmış müzakirələr nəticəsində müqavilələrin onlayn hazırlanması, elektron imza vasitəsilə imzalanması, sənədlərin izlənilməsi və elektron arxivləşdirilməsi imkanlarını özündə birləşdirən e-muqavile.az platforma modelinin formalaşdırılması üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib.

Bu əməkdaşlıq Birliyə üzv şirkətlərin sənəd dövriyyəsinin sadələşdirilməsinə, müqavilə proseslərinə sərf olunan vaxtın azaldılmasına və pərakəndə ticarət sektorunda rəqəmsallaşmanın təşviqinə xidmət edəcək.

Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzal...
09/06/2026

Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində POS-terminal və ekvayrinq xidmətləri, kart ödənişləri, QR əsaslı ödəniş mexanizmləri, rəqəmsal maliyyə alətləri və digər bank xidmətləri üzrə praktiki məsələlərin müzakirəsi planlaşdırılır.

Bu əməkdaşlıq bank və pərakəndə ticarət sektorları arasında davamlı dialoq platformasının formalaşdırılmasına və qarşılıqlı faydalı təşəbbüslərin inkişafına xidmət edəcək.

https://pazl.az/index.php?newsid=5157
08/06/2026

https://pazl.az/index.php?newsid=5157

В очередном выпуске проекта «Araz Talks» была обсуждена текущая ситуация в секторе розничной торговли и ключевые факторы, влияющие на рынок. Гостем проекта стал предсе...

07/06/2026

Araz İmanov: Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb

“Araz Talks” layihəsinin növbəti buraxılışında pərakəndə ticarət sektorunun mövcud vəziyyəti və bazara təsir edən əsas amillər müzakirə olunub. Layihənin qonağı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov olub.

Araz İmanov bildirib ki, hazırda Azərbaycanda pərakəndə ticarət sektorunun xalis mənfəət marjası 1 faizdən aşağıdır və bu göstərici narahatlıq doğurur.

Onun sözlərinə görə, qonşu Türkiyədə pərakəndə ticarət sektorunda xalis mənfəət marjası 3 faizdən, hətta 3,5 faizdən yuxarıdır, inkişaf etmiş ölkələrdə isə bu rəqəm 5 faizi keçir.

“Bu sektorun əsas qırmızı xətti ondan ibarətdir ki, mövcud mənfəətlilik səviyyəsi daha da aşağı düşməməlidir. Müxtəlif qanunvericilik təşəbbüsləri, tənzimləyici qurumların qərarları və əlavə maliyyə yükü pərakəndə ticarətə ciddi təsir göstərir”, – deyə o vurğulayıb.

A. İmanov aşağı mənfəət marjalarına baxmayaraq, iri supermarket şəbəkələrinin sürətlə genişlənməsinin də səbəblərinə toxunub. O qeyd edib ki, bazarda hələ də böyümə potensialı mövcuddur və şirkətlər rəqabətdə geri qalmamaq üçün yeni mağazalar açmağa məcburdurlar.

“Bu bazarda böyüməməyi seçən şirkət rəqibləri tərəfindən geridə qoyula bilər. Buna görə də həm mövcud şəbəkələr, həm də bazara yeni daxil olan iştirakçılar eyni inkişaf tempini qorumağa çalışırlar”, – deyə İctimai Birliyin sədri əlavə edib.

Address

27 Alibayov Gardashlari Street
Baku
AZ1003

Opening Hours

Monday 09:00 - 13:00
14:00 - 18:00
Tuesday 09:00 - 13:00
14:00 - 18:00
Wednesday 09:00 - 13:00
14:00 - 18:00
Thursday 09:00 - 13:00
14:00 - 18:00
Friday 09:00 - 13:00
14:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ticarət Şəbəkələrinin İnkişafı İB / Retail Networks Development Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share