Nazlı Ana Fondu

Nazlı Ana Fondu Mərhəmət və sabaha qayğı ilə...

27/05/2026

Bu gün Azərbaycan xalqının azadlıq iradəsinin, milli kimliyinin və dövlətçilik tarixinin qürur səhifəsidir.
Müstəqillik bizə yalnız azadlıq yox, həm də gələcəyi qurmağa güc verdi. Bu güc təhsilli gənclərdə, öz yolunu inamla davam etdirən qızlarımızda da özünü ehtiva edir. 💗

Müstəqillik günümüz mübarək!

27/05/2026

Qurban bayramı paylaşmağın, birliyin və qayğının simvoludur. 💗
“Nazlı Ana” Təqaüd Proqramının qalibləri üçün hazırladığımız xüsusi sovqatların hər biri ünvanına çatdırıldı.
Birlikdə başladığımız uzun və şərəfli yola davam edirik.

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

Bizi bir araya gətirən dəyərlərin, paylaşmağın və xeyirxahlığın mənası bu bayramda daha dərindən hiss olunur. 💗Qurban ba...
26/05/2026

Bizi bir araya gətirən dəyərlərin, paylaşmağın və xeyirxahlığın mənası bu bayramda daha dərindən hiss olunur. 💗

Qurban bayramının hər evə sevinc, hər ailəyə bərəkət gətirməsini arzulayırıq.
Bayramınız mübarək!

22/05/2026

Hər arzunun arxasında ona inanan bir ürək, ona dəstək olan bir əl var.

📚 Oxumaq, öyrənmək və öz yolunu qurmaq istəyən qızlarımızın yanında olmaq onların gələcəyinə verilən ən dəyərli dəstəkdir.

Çünki təhsil alan bir qız təkcə öz həyatını deyil, ətrafındakı dünyanı da dəyişir.

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

14/05/2026

İnsan həyatda hansı rolda olacağını, necə yaşayıb-yaradacağını özü müəyyən edir. Bəzən, kiminsə həyatında rol oynamaq kimi də bir missiyası olur. Çətinlikləri görmək, həyatlarda iz buraxmaq, bir addım yaxınlaşmaq belə böyük fərq yaradır.
Bir diqqət, bir dinləyən insan, bir uzanan əl kiminsə yenidən həyata inanmasına səbəb olur. İnsan yalnız öz uğurları ilə deyil, başqalarının yoluna nə qədər işıq sala bildiyi ilə də xatırlanır. Ən uğurlu rol da məhz budur.
Nazlı Ana Fondunun Fəxri üzvü, hazırda Türkiyədə çalışan Aysel xanım Quliyevanın hekayəsini təqdim edirik.

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

09/05/2026

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ulu öndər hər zaman qızların təhsilinə xüsusi diqqət ayırmışdır.

9 May –  Faşizm üzərində Qələbə Günüdür.Ümumi əhalisi 3,4 milyon olan Azərbaycandan 600 mindən çox vətəndaş cəbhəyə gönd...
08/05/2026

9 May – Faşizm üzərində Qələbə Günüdür.
Ümumi əhalisi 3,4 milyon olan Azərbaycandan 600 mindən çox vətəndaş cəbhəyə göndərilmişdir ki, onlardan 10 mini qadın idi. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Ön cəbhədə Ziba Qəniyeva, Sara Qədirova, Hökumə Əliyeva, Şövkət Səlimova, Aliyə Rüstəmbəyova, Mədinə Qiyasbəyli kimi yüzlərlə qadın fədakarlıq göstərmişlər.

08/05/2026

Ən gözəl sərvət paylaşa bildiyindir.

Xeyriyyəçilik insanları millətinə, yaşına və statusuna görə deyil, mərhəmətinə, insanlara sevgisinə görə birləşdirir. Çünki, yaxşılığın mənası hər yerdə eynidir.

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

06/05/2026

Bir vaxtlar bu torpaqdan çıxan enerji dünyaya yön verdi, tarix yazdı.
İllər keçdi, amma o ruh dəyişmədi. Neft kapitalı insan kapitalına çevrildi.

Bu gün həmin güc kitabların səhifələrində, gənclərin arzularında, təhsil yolundadır. 📖 Təhsilə yönələn hər bir dəstək bu dəyəri daha da gücləndirir və gələcəyə daşıyır.

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

29/04/2026

2026-cı ilin "Nazlı Ana Təqaüd Proqramı-2" layihəsinə müraciətlər açıq elan olunur!
Ödənişli əsaslarla ali təhsil alan, akademik nəticələri və motivasiyası ilə seçilən, eyni zamanda təhsil yolunda dəstəyə ehtiyacı olan tələbə qızlar müraciət edə bilərlər. Təqaüd proqramı qaliblərinin təhsil haqqı ödənişləri Nazlı Ana Xeyriyyə təşkilatı tərəfindən qarşılanacaq.
Məqsəd qızların təhsilə çıxış imkanlarını genişləndirmək və onların inkişafına töhfə verməkdir.

Təhsilli qız — sabahın güclü qadınıdır.
📥 Müraciət üçün linkə keçid et və ya şərhlərdə bizə yaz ⤵️
🔗 https://nazliana.az/az/muraciet-et/tehsil/

💗 Nazlı Ana Xeyriyyə təşkilatı – Mərhəmət və sabaha qayğı ilə


27/04/2026

“Nazlı Ana” Təqaüd Proqramının qalibi Süleymanova Gülər Dövlət Gömrük Komitəsinin Akademiyasında hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsidir. Onun hekayəsində həm narahatlıq, həm sevinc, həm də “mən bacararam” deyə biləcək güc var.
Bu gücün arxasında isə zamanında verilən bir dəstək dayanır. ✨

💗 Nazlı Ana Xeyriyyə Təşkilatı
Mərhəmət və sabaha qayğı ilə

Address

Ələsgər Qayıbov
Baku
1222

Alerts

Be the first to know and let us send you an email when Nazlı Ana Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share