Our Vision:
As a trans-feminist initiative, the vision of AZAD LGBTI is committed to people's equality and unity regardless of their s*x, s*xuality, gender, bodies, dis/ability, and class. Our Mission:
The mission of AZAD LGBTI is to support, empower, educate, unify, celebrate, and facilitate the LGBTI community in Azerbaijan. Our Core Values:
The values of AZAD LGBTI are respect and equality for
all, compassion for its mission, excellence, and integrity. VIZYONUMUZ: Trans feminist təşəbbüs olaraq AZAD LGBTİ cinsindən, seksuallığından, genderindən, bədən quruluşundan, əlilliyindən, sinifindən və s. asılı olmayaraq insanların bərabərliyi və birliyinə sadiqdir. Biz LGBTİ icmasına xoşbəxt, ümidli, üzrsüz və məhsuldar həyat sürməyə, dəstəkləyici və qayğıkeş mühitdə inkişaf etməyə kömək edirik. MİSSİYAMIZ: AZAD LGBT-nin missiyası Azərbaycanda LGBTQ icmasını dəstəkləmək, gücləndirmək, maarifləndirmək, birləşdirmək, görünən etmək və həyatlarını asanlaşdırmaqdır. DƏYƏRLƏRİMİZ: AZAD LGBTİ-nin dəyərləri hamıya hörmət, bərabərlik və ədalət, missiyamıza şəfqətlə yanaşmaq, mükəmməllik və dürüstlükdür. TARİXÇƏMİZ: Azərbaycan Azad LGBT Təşkilatı 2013-cü ilin mart ayından öz fəaliyyətinə başladı. Başladığı ilk gündən LGBT insanların hüquqlarının qorunması uğrunda bir sıra işlərə imza atdı. Mərhum yaradıcısı İsa Şahmarlı olan Azad LGBTİ Azərbaycan təşkilatı məhz onun birbaşa başçılığı ilə günü-gündən artan və bir-birindən maraqlı aksiyalara start verdi. Azad LGBTI olaraq ən geniş təbəqəni əhatə edən layihələrindən biri İsa Şahmarlının Azərbaycanda ilk dəfə mediaya açıq şəkildə LGBTİ hüquqlarından müsahibələr verənlərdən biri olması idi. O bu müsahibələrdə Azərbaycanda yaşayan lezbiyan, g*y, trans və biseksualların problemlərindən, onların bu cəmiyyətdə necə və hansı şəkildə yaşaya bilmələrindən söz açırdı. LGBTİ insanların həyati problemlərini öz timsalında bütün insanlara çatdırır, onların hüquqlarının tanınması üçün fəal şəkildə çağırışlar edirdi. LGBTİ icmasının Azərbaycanda digər insanlar kimi seksuallığının sorğulanmamış şəkildə rahat yaşamaq haqqının tanınması yolunda Azad LGBTİ Azərbaycan təşkilatının növbəti maarifləndirmə işi isə, xüsusilə gənc nəslin bu sahədə biliklərinin artırılması məqsədilə təşkil olunmuş "LGBT Film Gecələri" layihəsi oldu. Bu film gecələrində xüsusi gün olaraq LGBTİ film gününü təşkil etmiş İsa Şahmarlı bu mövzuda göstəriləcək hər bir filmdən əvvəl dəvət olunmuş psixoloq nitqindən istifadə edərək, məsələyə daha elmi yanaşmaya nail olmağa çalışırdı.
İsa Şahmarlı bu sahədə çox yaradıcı və daimi axtarışın bəhrəsi olan biliyə malik olduğu üçün, maarifləndirmə yolunda atdığı növbəti layihə isə qısa film layihəsi oldu. Ssenari, musiqi, quruluş və tərtibati işlərinin hər birinin özü tərəfindən yerinə yetirən İsa Şahmarlı, hətta bu filmdə baş rolu özü oynadı. Filmin adı isə eşidəndə insanlarda sual hissləri yaradan sadəcə bir hərfdən ibarət idi - “Ğ”. Buna öz açıqlamasını gətirən İsa filmin bu şəkildə adlanmasını Azərbaycan dilinin söz quruluşunda ğ hərfinin heç bir zaman başda gəlmədiyini göstərmiş və filmin bu cür adlandırılmasının onun mövzusu və qeyri - adiliyi kimi fərqli olduğunu vurğulamışdır.
İsa Şahmarlının yerinə yetiriləcək ideyaları bunlarla bitmirdi. Onun vaxtsız intiharı ilə bütün bu ideyalar yarıda qaldı. Lakin İsa Şahmarlının gələcəyinə böyük ümidlər bəslədiyi Azad LGBTİ Azərbaycan təşkilatı onun ölümündən sonra da LGBTİ insanların hüquqlarının qorunması və tanınması uğrunda işlərini davam etdirdi və bu gün də etdirir. AZAD LGBTİ İsanın ən məhşur və sevdiyi “Sevgi elə Sevgidir” sözlərini lahiyənin adı seçərək növbəti maarifləndirmə məqsədli foto kampaniyasına start verdi. Azərbaycan da daxil olmaqla bu layihəyə dəstək məqsədilə bütün dünyadan 400-ə yaxın insan öz dəstək fotolarını göndərdi. Bu da onu göstərir ki, Azərbaycanda və dünyada LGBTİ insanları dəstəkləyənlər çoxdur. Biz tək deyilik və biz bütün bu insanlarla güclüyük!