15/05/2026
JOY təşkilatı və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Bilik Dəyişməyin Açarıdır” təlimi Şuşa Humanitar Kollecinin Ailə Ev Təhsili ixtisasının tələbələrinə də keçirilib. Təlim peşəkarlara, tələbələrə və mütəxəssislərə öyrənmə çətinliyi olan uşaqlar üçün mənalı fəaliyyətləri necə asanlaşdırmaq barədə nəzəri və təcrübi biliklər öyrətmək məqsədi daşıyır.
Təlimdə tələbələr öyrənmə çətinliyi və onun müxtəlif səviyyələri barədə məlumat almaqla yanaşı aşağıda qeyd olunan mövzular barəsində də biıiklər əldə etmişdir:
✔️Motor bacarıqları nədir və onları necə inkişaf etdirmək olar
✔️Ünsiyyət nədir və onu necə inkişaf etdirmək olar
✔️Sosial bacarıqlar nədir və onu necə inkişaf etdirmək olar