09/04/2026
07 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi qrant müsabiqələrinin nəticələrinə əsasən, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi tərəfindən yerinə yetirilən “Mədəni irsin qorunması sahəsində qanunvericilik və tədris” adlı layihə üzrə növbəti müzakirə görüşü təşkil edilmişdir.
07 aprel 2026-cı il tarixində “Mədəni irsin qorunması sahəsində qanunvericilik və tədris” adlı layihə çərçivəsində təşkil olunmuş növbəti onlayn müzakirə görüşündə ətraflı fikir mübadiləsi aparılmışdır.
Məruzəçi “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru Gülnaz Rzayeva “Mədəni irsin qorunması sahəsində qanunvericilik və tədris” adlı layihə barədə məlumat vermiş və əsas müddəalar ilə bağlı müxtəlif məsələlər müzakirəyə çıxarılmışdır.
Hazırkı vaxtadək keçirilmiş onlayn müzakirə görüşlərinə hüquq sahəsində fəaliyyət göstərən alimlər, hüquqşünaslar və mütəxəssislər kimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev, həmin Birliyin İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru Gülnaz Rzayeva, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Turqay Hüseynov, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov və Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimləri – hüquq üzrə fəlsəfə doktoru Günay Hacıyeva, hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı, Hikmət Babayev, Mələkxanım Rəhimova, Aydan Məmmədova, Sona Xəlilli, həmçinin könüllülər – Zeynalabidin Hüseynov, Pəri Əliyeva və Xanım Xudaverdiyeva dəvət edilmiş və sahə üzrə mövcud qanunvericiliyin, müxtəlif xarici ölkələrin qanunvericilik sənədlərinin geniş müzakirəsi təşkil edilmişdir.