Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi

  • Home
  • Azerbaijan
  • Baku
  • Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi

Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi XİDMƏT VƏ SƏNAYE İŞÇİLƏRİ
HƏMKARLAR İTTİFAQI RESPUBLİKA BİRLİYİ

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 35 illiyi münasibətilə tədbir keçirilib.Müxtəl...
26/05/2026

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 35 illiyi münasibətilə tədbir keçirilib.

Müxtəlif ölkələrin həmkarlar ittifaqları təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.

Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Kol Nikolay çıxış edərək rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və son 35 il ərzində əldə olunan nailiyyətlərdən danışıb.

Bildirilib ki, Konfederasiya fəaliyyət göstərdiyi dövr ərzində işçilərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sosial dialoqun təşviqi və əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib, təşkilatın ötən dövrdə həmkarlar ittifaqları hərəkatının inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.

Çıxışda Azərbaycan və Albaniya dövlətləri arasında münasibətlərin siyasi, iqtisadi və humanitar sahələr üzrə dinamik inkişaf etdiyi vurğulanıb, həmkarlar ittifaqları sahəsində də əməkdaşlığın genişləndiyi qeyd olunub. Bildirilib ki, qarşılıqlı səfərlər, təcrübə və fikir mübadilələri həmkarlar ittifaqları arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbir çərçivəsində müasir dövrdə əmək bazarında baş verən dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, layiqli əməyin təşviqi, sosial dialoqun inkişafı, gender bərabərliyi, sosial inklüzivlik və rəqəmsallaşmanın əmək münasibətlərinə təsiri mövzuları ətrafında müzakirələr aparılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndələri...
21/05/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Konfederasiya sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman institutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Görüşdə həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinın təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), AHİK-in Layiqli Əmək Səfiri Səbinə Əliyeva iki qurum arasında imzalanacaq Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Səbinə Əliyeva Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsinə, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, sənəd həmçinin iki qurum arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə yanaşı, mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sonra AHİK ilə Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumda AHİK və Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsi, əmək və sosial hüquqların müdafiəsi, birgə təlimlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Görüş çərçivəsində AHİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilər...
21/05/2026

Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) birgə təşkilatçılığı ilə seminar təşkil edilib.

“BƏT-in standartların müəyyənləşdirilməsi və həmkarlar ittifaqlarının nəzarət mexanizmindən effektiv istifadə” mövzusuna həsr olunmuş tədbirin məqsədi beynəlxalq əmək standartlarının tətbiqi və bu sahədə həmkarlar ittifaqlarının rolunun gücləndirilməsi istiqamətində bilik və bacarıqların artırılmasıdır.

Tədbirin açılış mərasimində çıxış edən AHİK-in Aparat rəhbəri Ayaz Əliyev BƏT-lə əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən söz açıb, seminarın həmkarlar ittifaqı üzvləri üçün əhəmiyyətini vurğulayıb.

Seminarın moderatoru BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin İşçilərin Fəaliyyəti Bürosunun baş mütəxəssisi Qoça Aleksandria iştirakçılara BƏT-in missiyası, mandatı və idarəetmə sistemi barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası BƏT-in çoxsaylı konvensiyalarına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul edib. Tədbirdə ratifikasiya olunmuş konvensiyalara əməl olunmasına nəzarət mexanizmləri, o cümlədən BƏT-in CEACR (Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsi) və CAS (Standartların Tətbiqi üzrə Komitəsi) kimi qurumlarının tətbiq etdiyi müvafiq prosedurlardan bəhs olunub.

Seminarda həmkarlar ittifaqlarının nəzarət mexanizmlərində iştirakı və beynəlxalq həmkarlar ittifaqı şəbəkələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, BƏT-in NORMLEX məlumat bazasından istifadə qaydaları üzrə praktiki təqdimat keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

17/05/2026

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib

17/05/2026

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM)...
13/05/2026

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl keçid” prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib.
Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. “Ədalətli keçid” prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, “yaşıl iqtisadiyyat”a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.

İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT “ədalətli keçid” yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.

Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria “Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu” mövzusunda təqdimatla çıxış edib.

Sonra “İqlim dəyişikliyi və əmək dünyası” mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.Azərbaycan Həmkarlar İttifaql...
13/05/2026

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.

Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin “Günəşli” və “Abşeron” sağlamlıq mərkəzlərində, eləcə də “Miras” istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar.

Ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin ə...
10/05/2026

Ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lide...
09/05/2026

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər Gülüstan Əliyeva, Təyyar Bayramov, İlham Nəzərov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) sədri Sahib Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəli...
07/05/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) sədri Sahib Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibi Qoşqar Daşdıyevlə görüşüb.

Görüşdə “Yüksəliş” müsabiqəsinin ölkədə insan kapitalının inkişafına xidmət edən mühüm təşəbbüslərdən biri olduğu vurğulanıb. Qeyd olunub ki, bu layihə kadrların idarəçilik bacarıqlarının təkmilləşdirilməsinə, liderlik keyfiyyətlərinin formalaşmasına, gənc mütəxəssislərin karyera inkişafına önəmli töhfə verir.

Konfederasiya sədri həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin inkişafında rolu, AHİK-də son illər həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, idarəetmədə tətbiq olunan innovativ yanaşmalar, elektron xidmətlərin tətbiqi barədə geniş məlumat verib.

Qoşqar Daşdiyev qalibi olduğu “Yüksəliş” müsabiqəsinin onun şəxsi və peşəkar inkişafında rolundan danışıb, müsabiqənin idarəçilik bacarıqlarının formalaşmasına və liderlik keyfiyyətlərinə mühüm təsirini, Mentorluq Proqramının təcrübə mübadiləsinin aparılması, idarəçilikdə yeni yanaşmaların mənimsənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə əmək bazarında mövcud tendensiyalar, rəqəmsal transformasiya prosesləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənirAzərbaycan Həmkarlar İttifaqları Konfederasiya...
07/05/2026

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.
Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.
Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Address

Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi:

Share