24/03/2023
MİL Akademik Tədqiqat Emalatxanası MİL Şəbəkəsi tərəfindən təşkil edilmiş, gənclərin sosial elmlər sahəsində həyata keçirilən akademik tədqiqat və yazı barədə bilik və bacarıqlarını inkişaf etdirə biləcəkləri online platformadır. Burada gənc tədqiqatçılar sosial araşdırma mərhələləri, tədqiqat metodları və akademik yazı qaydaları ilə əlaqədar müxtəlif online təlim və məşğələlərdə iştirak edərək öz araşdırma layihələrini müstəqil şəkildə həyata keçirə biləcəklər.
Tədqiqat Emalatxanasının ilk layihəsi bir çox hallarda akademik tədqiqat və yazının ilkin mərhələsi kimi ortaya çıxan Ədəbiyyat İcmalının öyrənilməsinə həsr edilib. Təlim çərçivəsində tədqiqata həvəsli gənclər özlərinin əvvəlcədən müəyyən etdikləri mövzu nümunələrində ədəbiyyat icmalı ilə əlaqədar ilkin anlayışlarla tanış olacaq, icmalın hazırlanması qaydalarını öyrənib onları addım-addım tətbiq edəcək və nəhayət, layihənin sonunda öz icmallarını yazmaq üçün ilkin bilik və bacarıqlar əldə edəcəklər.
Təlimçi haqqında:
MİL Şəbəkəsi həmtəsisçisi, Xəyyam Namazov hazırda Humboldt Universiteti Berlində sosiologiya sahəsi üzrə doktorantura tədqiqat işi ilə məşğuldur. Bakalavr təhsilini Qafqaz Universitetində siyasi elmlər üzrə, magistratura təhsilini isə ODTÜ (Ankara) və Humboldt Universitetlərində ictimai-siyasi elmlər üzrə tamamlamışdır. "Monoloq" romanın, iki tərcümə kiabının və bir çox məqalənin müəllifidir.
Müraciət üçün keçid: https://bit.ly/milicmal
Qeyd edək ki, təlim başlanğıc səviyyəsi üçün nəzərdə tutulmuşdur. Bu mənada özünün ilk ədəbiyyat icmalını tədqiq edib yazmaq istəyən 18-29 yaş arası şəxslər müraciət edə bilər. İştirakçılar müraciət anketi və müsahibə ilə seçiləcəklər. Proqram online formada Zoom platforması vasitəsiylə həyata keçirələcək. Layihədə iştirak ödənişsizdir.
Müraciət üçün son tarix: 22 Aprel 2023, saat: 23:00
Təlim həftə sonları - 29, 30 Aprel, 7, 8, 14, 21, 27, 28 May hər gün maksimum 2 saat olmaqla təşkil ediləcək.
Əlaqə: [email protected]