15/06/2024
🌟 Sabirabad orta məktəbindən sonra proqramımız üçün növbəti məktəbimiz Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəb oldu. Burada bir çox potensiallı gənclərlə tanış olduq, onlar bizim layihəmizə böyük maraq göstərdilər. 👩🎓👨🎓 Onların arasından ən çox diqqətimizi çəkənlərdən biri də Fərhad oldu. 🌟
📚 Fərhad 8-ci sinifdə oxumağına baxmayaraq, YouTube vasitəsilə Python kodlaşdırma dilini öyrənib, özünə dostlar taparaq müxtəlif oyunlar kodlaşdırmağa çalışır. 🎮👨💻
Bu layihə vasitəsilə Fərhad özünü daha da inkişaf etdirə, hətta gələcəkdə bir gün informatika olimpiadasında ölkəmizi xaricdə təmsil edə bilər. 🌐🏅