Qadın Haqları Mərkəzi

Qadın Haqları Mərkəzi QADIN HAQLARI MƏRKƏZI. Bütün dünyada qadınlar hüquqi bərabərsizlik və digər problemlərlə qarşılaşırlar.

Qadın Haqları Mərkəzi 4 dekabr 2011 ci ildə fəaliyyətə başlayıb.
Əsas məqsəd gənc xanımlar arasında maarifləndirmə işini həyata keçirmək olan QHM sırf bu istiqamətdə yönəlmişdir. Mərkəz tərəfindən təşkil olunan interaktiv mühazirələr, debatlar, elmi-siyasi və digər istiqamətdə aparılan araşdırmalar və başqa fəaliyyətlər gənc xanımların potensial savadlarının artmasına onların dünya görüşlərini

n formalaşmasına dəstək vermək məqsədi daşıyır. Bu problemlər qadının yaşadığı dövlətin qanunlarından asılı olaraq müxtəlifdir. Son 40 ildə dünyada qadın hərakatlarının fəallaşması ilə qadınlar hüquqi bərabərlik yolunda müəyyən uğurlar əldə etsələr də, kişilərlə qadınların tam hüquqi bərabərliyinə hələ tam nail olmayiblar. Çünki qadınlara qarşı məişətdə ,ailədə,cəmiyyətdə zorakılıq hələ də bir çox cəmiyyətlərdə mövcuddur. QHM eyni zamanda ölkəmizdə də bu cür hadisələrin gələcəkdə çoxalmasının qarşısını almaq məqsədi ilə yaranmışdır.QHM yalnız Azərbaycanda qadın haqlarını deyil eyni zamanda güneydəki xanımlarımızın da haqlarını qaldıracaqdır. QHM-in bu və ya digər fəaliyyətində iştirak edən gənc xanımlar burada tanınmış ictimai-siyasi xanımların, elm adamlarının iştirakı ilə müxtəlif mövzularda təşkil olunan interaktiv mühazirələrdə iştirak etmək, mühazirəçi və iştirakçılarla fikir mübadiləsi aparmaq, öz fikirlərini və düşüncələrini sərbəst şəkildə ifadə etmək, onları maraqlandıran suallara cavab tapmaq və başqalarının fikirləri ilə tanış olmaq imkanı əldə edə bilərlər.
İnanırıq ki, xanımlarımız hər biri bu mərkəzin fəaliyyətində yaxından iştirak edəcəklər.

Address

Nesimi Rayonu, Fuzuli Dongesi3, M8
Baku
[email protected]

Website

Alerts

Be the first to know and let us send you an email when Qadın Haqları Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qadın Haqları Mərkəzi:

Share