Azərbaycan Respublikası Təhsil Cəmiyyəti

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti "Azərbaycan Respublikası Təhsil Cəmiyyəti" İctimai Birliyi

1986-ci ildən qeyr-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir.

“Təhsil” Cəmiyyətinin əsas fəaliyyəti təhsil və elmin inkişafına ictimai dəstək və qayğı göstərməkdir.

19/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyət...
17/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində növbəti ustad dərsi baş tutub.
16 may 2026-cı il tarixində keçirilən ustad dərsinin qonağı ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə olub. Millət vəkili iştirakçılar qarşısında “Azərbaycan üçün çağırışlar: Təhsil və milli inkişaf” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyət...
17/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində növbəti təlim baş tutub.
16 may 2026-cı il tarixində keçirilən təlimdə təlimçi Sevda İbrahimova iştirakçılarla “Keyfiyyətin idarə olunması və monitorinq, Təhsil Keyfiyyətinin ölçülməsi və izlənməsi alətləri” mövzusu ətrafında fikir mübadiləsi aparıb.
Təlim zamanı təhsildə keyfiyyət təminatı mexanizmləri, monitorinq proseslərinin effektiv təşkili, ölçmə və qiymətləndirmə alətlərinin tətbiqi, həmçinin təhsil müəssisələrində davamlı inkişafın təmin olunması istiqamətində praktiki yanaşmalar müzakirə edilib.
İştirakçılar keyfiyyətin idarə olunması sahəsində müasir yanaşmalarla tanış olub, təhsil prosesində məlumat əsaslı qərarvermənin əhəmiyyəti barədə geniş məlumat əldə ediblər.

14 May 2026-cı il tarixində, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Azərbaycan Respubli...
15/05/2026

14 May 2026-cı il tarixində, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı”nın iştirakçıları üçün Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Şahin Seyidzadə tərəfindən növbəti ustad dərsi keçirilib.
“Debat klublarının təkamülü: debat və bənzər dərsdənkənar fəaliyyətlərin şagirdlərin inkişafına təsiri, üstünlükləri və dövlətin dərsdənkənar fəaliyyətlərə dəstəyi” mövzusuna həsr olunan ustad dərsində proqram iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan təşkilatçılar “Təhsil liderləri üçün Mini MBA Proqramı”nın əsas məqsədinin təhsil sahəsində çalışan idarəçilərin strateji idarəetmə, liderlik, kommunikasiya və innovativ düşüncə bacarıqlarının inkişafına dəstək vermək olduğunu vurğulayıblar. Bildirilib ki, proqram çərçivəsində təşkil olunan ustad dərsləri iştirakçılar üçün həm peşəkar inkişaf, həm də təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı Şahin Seyidzadə debat fəaliyyətlərinin şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, debat klubları gənclərdə tənqidi düşüncə, analitik yanaşma, arqumentasiya, ictimai nitq və komanda işi bacarıqlarının inkişafına ciddi töhfə verir. Millət vəkili vurğulayıb ki, müasir təhsil yanaşmaları yalnız akademik nəticələrə deyil, eyni zamanda şagirdlərin sosial və liderlik bacarıqlarının inkişafına da fokuslanmalıdır.
Azərbaycanda debat hərəkatının inkişaf mərhələləri, məktəblərdə debat mədəniyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər və beynəlxalq təcrübələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, debat və digər dərsdənkənar fəaliyyətlər şagirdlərin özünəinamının artırılması, düzgün qərarvermə, problem həll etmə və effektiv ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm rol oynayır.
Millət vəkili daha sonra dövlət tərəfindən dərsdənkənar fəaliyyətlərə göstərilən dəstək məsələlərinə də toxunub. Q qeyd edib ki, gənclərin hərtərəfli inkişafını təmin edən layihələrin təşviqi və bu istiqamətdə yaradılan imkanlar təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan debat klubları və qeyri-formal təhsil təşəbbüsləri şagirdlərin potensialının üzə çıxarılması və aktiv vətəndaş mövqeyinin formalaşdırılması üçün vacib platformalar hesab olunur.
İnteraktiv formatda davam edən görüş zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib, məktəblərdə debat mühitinin inkişafı, şagird fəallığının artırılması və liderlik bacarıqlarının formalaşdırılması istiqamətində fikir və təkliflər müzakirə olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyət...
12/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı”nda növbəti təlim günü iştirakçılar üçün nəzəri biliklərlə yanaşı praktik idarəetmə bacarıqlarının inkişafı baxımından da əhəmiyyətli olub.

11 may 2026-cı il tarixində keçirilən proqram çərçivəsində Qarabağ Universitetinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elxan Qurbanlı tərəfindən “Kommunikasiya kanalları və münaqişələrin idarə edilməsi” mövzusunda təqdimat keçirilib. Təlim zamanı effektiv kommunikasiya mexanizmləri, təşkilati münasibətlərin idarə olunması, münaqişələrin yaranma səbəbləri və onların konstruktiv həlli yolları ətrafında geniş müzakirələr aparılıb.
Daha sonra iştirakçılar üçün simulyasiya tapşırıqları və idarəetmə ssenariləri təşkil olunub. Praktik fəaliyyətlər vasitəsilə iştirakçılar müxtəlif idarəetmə situasiyalarında qərarvermə, komanda daxili kommunikasiya və liderlik bacarıqlarını tətbiq etmək imkanı əldə ediblər.
Təlim gününün sonunda isə Fibonacci Games şirkətinin təsisçisi və direktoru Sənan Mahmudov tərəfindən “Oyun Əsaslı Öyrənmə” mövzusunda interaktiv təlim keçirilib. Sessiya çərçivəsində oyunlaşdırma metodlarının tədris prosesində tətbiqi, şagird motivasiyasının artırılması və öyrənmə mühitində innovativ yanaşmaların əhəmiyyəti iştirakçılarla müzakirə olunub.

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüd...
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.
Dərin hörmət hissi ilə Ulu öndəri yad edirik!


Bugün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində icra etdiyimiz "Təhsil liderləri ...
07/05/2026

Bugün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində icra etdiyimiz "Təhsil liderləri üçün mini MBA Proqramı" adlı layihə daxilində növbəti ustad dərsi keçirilib.
ARTİ direktor müavini hörmətli Fuad Qarayevin "Təhsildə dəyərlər" mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhs...
04/05/2026

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən Təhsil Liderləri üçün Mini MBA Proqramı uğurla icra olunmaqdadır.
Növbəti təlim günündə ADPU–George Washington Universiteti ikili diplom proqramının rəhbəri Tofiq Əhmədovun təqdimatında təşkil olunan “Strateji planlaşdırma və innovativ idarəetmə” mövzusunda təlimdə məktəbdaxili strategiyaların hazırlanması və innovativ yanaşmalar geniş şəkildə izah edilib.
Proqramın növbəti mərhələlərində iştirakçılar təhsil müəssisələrinin effektiv idarə olunması, resursların planlaşdırılması, keyfiyyətin monitorinqi və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.
Təhsil Liderləri üçün Mini MBA Proqramı ölkədə təhsil idarəçiliyinin peşəkar səviyyəsinin yüksəldilməsinə və lider kadr potensialının gücləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.

“Təhsil liderləri üçün mini MBA Proqramı” layihəsi icra olunurAzərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi E...
27/04/2026

“Təhsil liderləri üçün mini MBA Proqramı” layihəsi icra olunur
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Təhsil liderləri üçün mini MBA Proqramı” adlı layihənin icrası davam edir.
25 aprel 2026 tarixində “İnsan Resurslarının idarə olunması” mövzusunda Təhsil liderləri üçün mini MBA proqramının üçüncü modulu uğurla keçirilib. Təlimçi Azadə Hacıyevanın təqdimatında iştirakçılara rəhbərlik bacarıqları, məsuliyyət bölgüsü, heyətin motivasiyası barədə biliklər təqdim olunub.
Layihənin əsas məqsədi dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil idarəçilərinin peşəkar inkişafına dəstək vermək, müasir idarəetmə bacarıqlarına malik, innovativ düşüncəli və liderlik keyfiyyətləri formalaşmış kadrların hazırlanmasına töhfə verməkdir.
Xatırladaq ki, layihə 6 ay müddətində Azərbaycan Respublikası Təhsil Cəmiyytəti İctimai Birliyi tərəfindən icra ediləcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Bugün Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata ke...
25/04/2026

Bugün Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Təhsil Liderləri üçün mini MBA Proqramı”nda ADNSU rektoru hörmətli Rüfət Əzizov iştirakçılar üçün "Səmərəlilik və İnnovasiya" mövzusunda ustad dərsi keçdi.

“Təhsil liderləri üçün mini MBA Proqramı” layihəsi icra olunurAzərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi E...
20/04/2026

“Təhsil liderləri üçün mini MBA Proqramı” layihəsi icra olunur
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Təhsil liderləri üçün mini MBA Proqramı” adlı layihənin icrasına başlayıb.
18 aprel 2026 tarixində “Məktəb İdarəetmə Sistemləri” mövzusunda Təhsil liderləri üçün mini MBA proqramının ikinci təlimi uğurla keçirilib. Təlimçi Müzəffər İsmayılovun təqdimatında iştirakçılara idarəetmə strukturları, qərarvermə prosesləri, daxili nəzarət mexanizmləri barədə biliklər təqdim olunub.
Layihənin əsas məqsədi dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil idarəçilərinin peşəkar inkişafına dəstək vermək, müasir idarəetmə bacarıqlarına malik, innovativ düşüncəli və liderlik keyfiyyətləri formalaşmış kadrların hazırlanmasına töhfə verməkdir.
Xatırladaq ki, layihə 6 ay müddətində Azərbaycan Respublikası Təhsil Cəmiyytəti İctimai Birliyi tərəfindən icra ediləcək.

Address

Nəsimi
Baku
1014

Telephone

+994702026230

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Təhsil Cəmiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Təhsil Cəmiyyəti:

Share