Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı NHMT İB Azərbaycanın hasilat sənayesində insan haqlarının qorunması uğrunda mübarizə aparır.

05/02/2026

Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

05/02/2026

İşçilərin əməyin mühafizəsi mütəxəssisləri hazırlanması və işçilərin təlimi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
1. Dövlət müvafiq təhsil müəssisələrində ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir.
2. İşəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi və əlavə təhsili sistemini təşkil etməli və qanunvericiliyə müvafiq həyata keçirməlidirlər.
3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.
5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur.

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, ...
04/02/2026

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlanmışdır. Hesabat 2025-cü ili əhatə edir.Daha ətraflı:

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2025-cü il üzrə İllik Hesabat   Mündəricat   1. Giriş 2. Qiymətləndirmə 2.1. Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur 2.2. Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyəti...

31/01/2026

İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi və mənəvi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən, onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülür.

29/01/2026

Ölkənin neft sənayesində çalışan işçilərin diqqətinə!
Sizin Əmək Məcəlləsinin bu maddəsini bilməyiniz vacibdir. Bu maddə (ARƏM 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.)✅dövlət büdcəsindən maliyyələşən müəssisələrə aiddir. SOCAR dövlət büdcəsindən maliyyələşmədiyindən işçilər üçün yaş həddi yoxdur,Yəni təqaüd yaşına çatmağınızla əlaqədar heç kim sizi işdən azad edə bilməz!
Əmək müqavilənizə olunan Əlavədəki bu bənd isə qeyr-qanunidir.
-İşçi Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1(bir) ay müddətində xitam verilə bilər.
✅Özünüz istəmədiyiniz halda heç kim sizi bu müqaviləyə qol çəkməyə məcbur edə bilməz
Əmək Müqaviləsinə qol çəkməmişdən əvvəl hər bəndi diqqətlə oxuyun!

24/01/2026

Oxuyun ki,hüquqlarınızı biləsiniz!
"İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi - Əmək münasibətlərində ən mühüm və ağrılı əmək münasibətlərindın biridir. İxtisar- ilk növbədə öz iş yerini və ya əmək haqqını itirən işçinin gözləmədiyi halda işsiz və çətin vəziyyətdə qalmasıdır.
,"İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" əsası ilə işçi bağlanmış əmək müqaviləsinin- qanunla nəzərdə tutulan qaydada ləğvetmək kimi İşəgötürənin hüquq və səlahiyyəti var. Lakin, bu əsasla Əmək müqaviləsini ləğv edərkən bütün hallarda İşəgötürən AR Əmək Məcəlləsinin: 70, 71, 77, 78, 79, 80 və digər maddələrinin tələblərinə əməl etməlidir. İşçilərin sayı və ya ştatları ixtisarı üçün-ən əsası bunun üçün hüquqi əsasların olmasıdır.
Ştatların ixtisarı zərurəti aşağıdakı səbəb və əsaslardan yarana bilər: müəssisədə iş və xidmətlər azadlıqda vəya qurtardıqda,həmin ştatlara ehtiyac qalmadıqda, yeni texnika və texnologiyaların tədbiqi ilə əlaqədar həmin ştatlara ehtiyac qalmadıqda, idarə və ya müəssisənin maliyyə vəziyyətinin ağır olması və sair hallarda. Qeyd olunan əsaslarla İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvinin zərurəti-bütün hallarda İşəgötürənin əmri və ya sərəncamı ilə əsaslandırılmalı və rəsmiləşdirilməlidir. Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan digər işçi vəya işçilər qəbul edilisə, bu həmin müəssisələrdə - ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir.
✅ Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan "başqa ad və ya ştat adı" altında digər işçi və ya işçilər qəbul edilisə, bu fakt da həmin müəssisələrdə - ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir.
İşçilərin sayının azaldılması və ya ştatların ixtisarını - formal və qərəzli aparan, işçilərin əmək müqaviləsini ləğv edən işəgötürənlər - AR Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İşçilərin sayının azaldılmasının və ştatların qanunsuz ixtisarının həyata keçirilməsinin - qarşısı, həmkarlar ittifaqı təşkilatı tərəfindən də alına bilər. Belə ki, işçi ilə bu əsasla əmək müqaviləsinin ləğvi edilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır. Qeyd olunan halda isə Həmkarlar ittifaqı təşkilatı- qanunsuz həyata keçirilən bu ixtisarların qarşısını almaq üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyə bilər.
İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı AR-nın Əmək Məcəlləsinə (78-ci maddəsi) uyğun olaraq və nəzərdə tutulan qaydada işçilərin peşəkarlığı xüsusi olaraq qiymətləndirilməlidir. Bu zaman işçinin peşəkarllğı, peşə üzrə ixtisası, əmək funksiyası və vəzifələrinin yerinə yetirmə bacarığı, işə davamiyyəti, bilik və təhsili, kollektivdə nüfuzu, təltif olunması, sertifikatı, mükafatları, intizam məsuliyyətinə cəlb olunması və sair hallar üzrə müqayisə aparılmalı və bütün işçilər üçün ümumi kriteriyalar müəyyən olunmalıdır. İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı: AR-nın Əmək Məcəlləsində (78 və 79-cu maddə) nəzərdə tutulan qaydada işçilərin işdə saxlanılması üçün qanunla nəzərdə tutulan güzəşt və ya təminatları, bu zaman işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsini qadağan edən hallar nəzərə alınmalıdır.
AR-nın Əmək Məcəlləsinə uyğun olmayan qanunsuz ixtisarlarla bağlı, əlbəttə işçilərin - məhkəməyə müraciət etmək hüququ var. Lakin bu qanunsuzluğun aradan qaldırılmasını işəgötürəndən tələb etmək ilk növbədə əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini həyata keçirməli olan: ✅Həmkarlar İttifaqları təşkilatlarının və ✅Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsidir.İşçilərin sayının azaldılması və ya ştatların ixtisatı" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı və qanuni olmalıdır. AR-nln Əmək Məcəlləsinin bu tələblərini pozanlar isə müvafiq məsuliyyətə cəlb olunmalıdırl

07/01/2026

Bir neçə dəfə bu barədə sual verildiyi üçün qanunu yenidən diqqətinizə çatdırıram

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
Azərbaycan Respublikası Vergi Məcəlləsində işçilərin bir çox gəlirləri - vergi tutulmadan azaddır və ya vergi güzəştləri tədbir olunur.
Praktikada daha çox işlənən,istifadə olunan , Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutuılan və gəlir vergisindən azad olunan bu gəlirlərdən bir neçəsi haqqında qısa məlumat:
1Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla:
dövlət müavinətləri,dövlət pensiyaları,dövlət təqaüdləri, əvəzsiz dövlət köçürmələri.
2.Hüquqi şəxsin, filialı və nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və "işçilərin sayının və ştatların ixtisar edilməsi" ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən müavinət.
3. İşçinin vəfat etməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə AR Əmək Məcəlləsinə müvafiq ödənilən müavinətlər və təminatlar.
4.Dalğıc işləri üçün ödənilən pul mükafatları
5. Alimentlərdən.
6.Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlar-n qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr, maddi yardımlar.
7. Növbə və ya içş vaxtı - daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin (gündəlik ödənilən - 20 manat pul) əvəzində verilən əlavə vəsaitdən.
8. Dəniz nəqliyyatında - ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə ödənilən sutkalıq ödənişlərin məbləğindən.
9. Ezamiyyə xərclərinin məbləğlərindən.
10. Ağır, zərərli və ya təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçməsi üçün işəgötürənlərin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğlərindən.
11. Əmək şəraiti: zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə və profilaktik yeməklər, süd, ona bərabər tutulan digər məhsulların dəyərindən.
12. İşçilərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı, digər fərdi mühafizə vasitələrinin dəyərindən.
Azər Quliyev,

29/12/2025

Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən bu qaydada tənzimlənir:

1. Əmək müqaviləsinə AR Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənlərin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə gecikdirilmiş hər gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Azər Quliyev.

09/12/2025

Növbə üsulu ilə işləyən işçilərdə iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcludur.

Növbə üsulu ilə işləyən işçilərdə iş vaxtının rejimi qaydaları barədə razılaşdırılmış şərt və qaydalar işçi ilə bağlanan Əmək müqaviləsində dəqiq,konkret göstərilməlidir.

Əmək Məcəlləsinə əsasən, qeydiyyat (uçot) dövründə, növbəli iş vaxtının müddəti Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi ilə əl bu qaydalar, yəni, növbə üsulu ilə işləyən müəssisələrdə bu Qaydalar 3 əsas sənədlə müəyyən edilir:

1. Kollektiv müqavilə ilə.
2. Əmək müqavilələri ilə.
3. Müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya normativ xarakterli sənədlərlə. Həmkarlar ittifaqları təşkilatları və ya əmək kollektivi ilə razılaşdırmaqla.

İş növbəsi (günü) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.

Növbə ərzində işçilərə: fasilələrin verilməsi vaxtı, davamiyyəti müəssisə daxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Növbə ərzində işçilərə iş və əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.

İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.

Növbəli iş vaxtı rejimində işçilərin - istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

Növbə ərzində: işçilərə verilən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir və ödənilmir. Ödəniş yalnız bir halda işəgötürənin könüllü razılığı əsasında həyata keçirilə bilər.

İstirahət və nahar fasilələrindən işçi öz istək və mülahizəsi əsasında istifadə edə bilər.
Azər Quliyev.

05/12/2025

У меня уже 13 165 подписчиков, 17 публикаций и 61 реакций за последние 90 дней! Это стало возможным благодаря вашей поддержке. Спасибо всем! 🙏🤗🎉

02/12/2025

Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən işçilərin əmək haqqlarının ödənilməsi normaları hansı norma, qaydada həyata keçirilir?
1Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü iş və xidmətlərə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. AR Əmək Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulmuş diskriminasiya halina yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
3.İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
4. Kollektiv müqavilələrdə, Sazişlərdə, Əmək müqavilələrində və qanunvericilikləmüəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.
5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan: mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr, digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

01/12/2025

Diqqətlə oxuyun və hüquqlarınızı müdafiə edin❗️
Əmək münasibətləri sahəsində işəgötürənin işçilərə qarşı əsas vəzifələri aşağıdakılardır:

1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.

2. AR-nın Əmək Məcəlləsinə və digər əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək.

3. Əmək müqavilələrini yalnız AR-nın Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq.

4. Kollektiv müqavilə və sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.

5. Fərdi və kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.

6. İşçilərin müraciətlərinə - qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə və qaydada baxmaq və cavab vermək.

7. İşçilərin: əmək, maddi, sosial və məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün nizamnaməsinə və ya kollektiv müqavilələrə müvafiq olaraq zəruri tədbirlər görmək.

8. ✅İşə qəbul, işdə irəli çəkilmək, ixtisas və ya peşə hazırlığını artırmaq, əmək haqqı təyin edərkən, işdən azad edərkən bütün işçilərə eyni yanaşmaq, bərabər imkanlar yaratmaq.

9. Əmək münasibətlərində işçilər arasında ayrı-seçkilik hallarına yol verməmək, işçilərə bərabər imkanlar yaratmaq.

10. AR-nın “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanununa müvafiq olaraq əlilliyi olanişçilərin digər işçilərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək, güzəşt və imtiyazlar tədbiq etmək.

11. ✅İşçilərin əmək hüquqlarını pozan, əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirməyən işəgötürənlər: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Address

15, Kamil Balakishiyev Str. , Apt 6
Baku
1060

Alerts

Be the first to know and let us send you an email when Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı:

Share