NSK

NSK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NSK, Non-Governmental Organization (NGO), Baku.

Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşların işt...
03/06/2026

Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.

Sözügedən tədbirdə Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov iştirak ediblər.

Sessiyada BƏT-in Baş direktorunun və İdarə Heyəti sədrinin məruzələri, konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların dinlənilməsi, platforma iqtisadiyyatında layiqli iş üzrə standartların müəyyən edilməsi, iş yerində gender bərabərliyinin təmin edilməsi ilə bağlı ümumi müzakirələrin aparılması, eləcə də konfransın gündəliyinə daxil olan digər məsələlərə baxılması nəzərdə tutulub.

#🇦🇿

1 iyun – sevginin, qayğının və ümidin günüdür. Gələcəyimiz olan uşaqları birlikdə qoruyaq!    ’sDay
01/06/2026

1 iyun – sevginin, qayğının və ümidin günüdür. Gələcəyimiz olan uşaqları birlikdə qoruyaq!

’sDay

Bu gün 28 May - Müstəqillik Günüdür.Müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuri...
27/05/2026

Bu gün 28 May - Müstəqillik Günüdür.
Müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

Müqəddəs Qurban Bayramınız mübarək olsun.Qoy bu əziz bayram evinizə xoşbəxtlik, qəlbinizə rahatlıq gətirsin!
26/05/2026

Müqəddəs Qurban Bayramınız mübarək olsun.
Qoy bu əziz bayram evinizə xoşbəxtlik, qəlbinizə rahatlıq gətirsin!

10 may müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Ümummilli Lider Hey...
09/05/2026

10 may müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik.

9 May – Faşizm üzərində Qələbə Gününüz mübarək!
09/05/2026

9 May – Faşizm üzərində Qələbə Gününüz mübarək!

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahi...
29/04/2026

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar Günü"nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, dövlət qurumlarının rəhbərləri, sahibkar birliklərinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Çıxışlarda özəl sektorun ölkə iqtisadiyyatının davamlı inkişafında, yeni iş yerlərinin yaradılmasında və məşğulluğun təminində mühüm rolu xüsusi vurğulanıb.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, NSK-nın prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan MR Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri .z.abbasov Vüqar Abbasov iştirak ediblər.

Sonda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilib, proqram bədii hissə ilə yekunlaşıb.

25 Aprel ölkəmizdə Sahibkarlar Günü kimi qeyd olunur.Bu münasibətlə bütün sahibkarları təbrik edir, fəaliyyətlərində dav...
25/04/2026

25 Aprel ölkəmizdə Sahibkarlar Günü kimi qeyd olunur.
Bu münasibətlə bütün sahibkarları təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!

#2026

Aprelin 24-də Naxçıvan Sarayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası ...
24/04/2026

Aprelin 24-də Naxçıvan Sarayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sahibkarlar Günü münasibətilə biznes nümayəndələrini təbrik edib, qeyri-neft sektorunda müşahidə olunan müsbət inkişaf dinamikasını və ixrac potensialının artdığını qeyd edib.

Digər çıxış edənlər – kənd təsərrüfatı naziri Rəfail Quliyev və Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasov sahibkarlığın inkişafında dövlət dəstəyinin və dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Tədbirdə sahibkarlardan “Reges Tikinti Materialları MMC”nin icraçı direktoru Kamal Kərimov və “Badamlı Mineral Sular MMC”nin icraçı direktoru Azad Həsənov çıxış ediblər.

Tədbirin sonunda sahibkarlıq fəaliyyətində fərqlənən bir qrup sahibkara Konfederasiya tərəfindən təşəkkürnamələr təqdim olunub.

Hörmətli Vüqar Abbasov,Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxt...
11/04/2026

Hörmətli Vüqar Abbasov,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq. Həyatınızın hər mərhələsinin sevinc, rifah və nailiyyətlərlə zəngin olmasını diləyirik. Peşəkar fəaliyyətinizdə qazandığınız uğurların davamlı olacağına inanırıq.

Doğum gününüz mübarək olsun! .z.abbasov

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when NSK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share