Bizim Gənclik İctimai Birliyi

Bizim Gənclik İctimai Birliyi “Bizim Gənclik” İctimai Birliyi 2006-cı il may ayının 26-da dövlət qeydiyyatına alınmış və hazırda 1106-Q11-2114 nömrəli şəhadətnamə ilə fəaliyyət göstərir.

Şəhidlərin xatirəsi Zəfər Abidəsində ehtiramla yad olundu.🇦🇿
10/11/2025

Şəhidlərin xatirəsi Zəfər Abidəsində ehtiramla yad olundu.🇦🇿

9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿

8 Noyabr - Zəfər Günü 🇦🇿
07/11/2025

8 Noyabr - Zəfər Günü 🇦🇿

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Kommersiya hüquqi şəxsləri: təsisdən ləğvə” adlı təlimə dəvət edir!👨‍🏫 Təlimçimi...
26/10/2025

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Kommersiya hüquqi şəxsləri: təsisdən ləğvə” adlı təlimə dəvət edir!

👨‍🏫 Təlimçimiz — Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Qasım Şaliyev bizimlə öz zəngin peşəkar təcrübəsini və praktiki biliklərini bölüşəcək.

Bu təlimdə siz kommersiya hüquqi şəxslərinin təsisindən ləğvinə qədər olan prosesləri təcrübəli hüquqşünasın baxış bucağından real nümunələr əsasında öyrənəcək və praktiki hüquqi biliklərə yiyələnəcəksiniz.

📅 Tarix: 01.11.2025
🕑 Vaxt: 14:00
📍 Məkan: Globus Center, 13-cü mərtəbə

🔗 Qeydiyyat linki bio-dadır.

📌 Qeyd:
1. İştirak ödənişsizdir
2. Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

🗓️ Son qeydiyyat tarixi: 30.10.2025, 23:59.

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Kommersiya hüquqi şəxsləri: Təsisdən ləğvə” adlı təlimə dəvət edir!👨‍🏫 Təlimçimi...
26/10/2025

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Kommersiya hüquqi şəxsləri: Təsisdən ləğvə” adlı təlimə dəvət edir!

👨‍🏫 Təlimçimiz — Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Qasım Şaliyev bizimlə öz zəngin peşəkar təcrübəsini və praktiki biliklərini bölüşəcək.

Bu təlimdə siz kommersiya hüquqi şəxslərinin təsisindən ləğvinə qədər olan prosesləri təcrübəli hüquqşünasın baxış bucağından real nümunələr əsasında öyrənəcək və praktiki hüquqi biliklərə yiyələnəcəksiniz.

📅 Tarix: 01.11.2025
🕑 Vaxt: 14:00
📍 Məkan: Globus Center, 13-cü mərtəbə

🔗 Qeydiyyat linki bio-dadır.

📌 Qeyd:
1. İştirak ödənişsizdir
2. Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

🗓️ Son qeydiyyat tarixi: 30.10.2025, 23:59.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin ro...
14/10/2025

5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin rolu və töhfəsi” adlı seminar keçirilmişdir. 🤩

Tədbirin əsas məqsədi gənc müəllimlərin təhsilin inkişafında oynadığı rolu vurğulamaq, insan mərkəzli və inteqral yanaşmanın əhəmiyyətini müzakirə etmək olmuşdur.

Spikerimiz George Washington Universitetində Təhsil və İnsan İnkişafı ixtisası üzrə təhsil almış, hazırda Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərən və eyni zamanda mentorluq fəaliyyəti ilə məşğul olan təcrübəli mütəxəssis Fəridə Orucova olmuşdur. Fəridə xanım çıxışı zamanı insan mərkəzli təhsil yanaşmasının mahiyyəti, müasir pedaqoji metodların tətbiqi, təhsildə inkişafın müxtəlif aspektlərinin bir-biri ilə əlaqələndirilməsi və gənc müəllimlərin bu prosesdəki rolu haqqında dəyərli fikirlərini bölüşmüşdür.

Tədbir interaktiv şəkildə keçirilmiş, iştirakçılar təhsil prosesində tətbiq olunan innovativ yanaşmalar barədə spikerlə fikir mübadiləsi aparıblar. Fəridə xanım həm yerli, həm də beynəlxalq təhsil təcrübəsinə əsaslanaraq iştirakçılara tədrisdə motivasiyanın artırılması, fərdi yanaşmanın önəmi və müəllim-şagird münasibətlərində qarşılıqlı hörmətin əhəmiyyəti barədə tövsiyələr vermişdir.

Seminar gənc müəllimlər, tələbələr və təhsil sahəsinə maraq göstərən gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.

“Karyera və şəxsi inkişafın yol xəritəsi” adlı seminarımız baş tutdu!🤩Spikerimiz Rəhim Abasov özünün hüquq sahəsində və ...
12/10/2025

“Karyera və şəxsi inkişafın yol xəritəsi” adlı seminarımız baş tutdu!🤩

Spikerimiz Rəhim Abasov özünün hüquq sahəsində və şəxsi inkişafında qazandığı təcrübələri, keçdiyi yol xəritəsini real nümunələri ilə birgə iştirakçılarımızla paylaşaraq karyera planlaması perspektivlərini paylaşdı.

Seminarımız iştirakçıların fəal iştirakı nəticəsində interaktiv şəkildə həyata keçdi.

Növbəti seminar və layihələrimizdən xəbərdar olmaq üçün bizi izləmədə qalın!💜

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Xəbərdən Söhbətə” adlı təlimə dəvət edir!📺 9 illik televiziya, yüzlərlə hadisə r...
30/09/2025

🎯 “Bizim Gənclik” İctimai Birliyi sizi “Xəbərdən Söhbətə” adlı təlimə dəvət edir!

📺 9 illik televiziya, yüzlərlə hadisə reportajı təcrübəsinə malik İlkin Abbas gənclərlə öz təcrübəsini paylaşacaqdır!

Bu təlimdə siz • Ani vəziyyətdə soyuqqanlı qalmaq və idarəetmə bacarığı • Hadisə yerindən dəqiq və təsirli məlumat ötürmək • Auditoriya qarşısında sərbəst və inandırıcı danışmaq • Reportyorluğun gizli çətinlikləri və real hekayələr öyrənəcəksiniz.

Tarix: 04.10.2025
Vaxt: 10:00
Məkan: Globus Center, 13-cü mərtəbə

Qeyd:
1. İştirak ödənişsizdir.
2. İştirakçılar sertifikatla təmin olunacaqlar.
3. Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

Son qeydiyyat tarixi: 02.10.23;59, 23:59

📩 Qeydiyyat üçün link bio-dadır.

“Gənclər təşkilatları üçün imkanlar və ideyalar üzrə müzakirələr” mövzusunda Çay Məclisi keçirilib. Görüş zamanı gənclər...
30/09/2025

“Gənclər təşkilatları üçün imkanlar və ideyalar üzrə müzakirələr” mövzusunda Çay Məclisi keçirilib.

Görüş zamanı gənclər təşkilatlarının cari məsələləri, 44 günlük Vətən müharibəsi və Zəfər tarixinə həsr olunmuş fəaliyyətlər, üzv təşkilatların əldə etdiyi dəstək resursları və gələcək addımlar müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb və yeni ideyalar irəli sürülüb.

Dəyərli gənclər,“Bizim Gənclik” İctimai Birliyi sizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə İns...
29/09/2025

Dəyərli gənclər,

“Bizim Gənclik” İctimai Birliyi sizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Təhsildə İnsan Mərkəzli və İnteqral Yanaşma: Gənc müəllimlərin rolu və töhfəsi” adlı seminara dəvət edir!🤩

Spikerimiz Fəridə Orucova George Washington Universitetində Təhsil və İnsan İnkişafı ixtisası üzrə təhsil almış, hazırda Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərən və eyni zamanda Təhsil və İnsan İnkişafı sahəsində mentorluq edən təcrübəli mütəxəssisdir. O, həm gənclərin, həm də müəllimlərin öyrənmə və öyrətmə prosesinə dəstək göstərərək bu sahədə əhəmiyyətli töhfələr verir. Seminar çərçivəsində Fəridə xanım şəxsi pedaqoji təcrübəsinə və beynəlxalq təhsil sahəsində qazandığı bilik və bacarıqlara əsaslanaraq, insan mərkəzli təhsil yanaşması və təhsildə inkişafın bütün aspektlərinin bir-biri ilə vəhdətdə tətbiqi ilə bağlı iştirakçılara dəyərli perspektivlər təqdim edəcək.

🔗Qeydiyyat linki “bio” hissəsində yerləşdirilmişdir.

📅 Tarix: 5 oktyabr, 2025-ci il
🕑 Vaxt: 14:00
📍 Məkan: Globus Center, 13-cü mərtəbə

Qeyd:
1. İştirak ödənişsizdir.
2. Seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

📌 Son qeydiyyat tarixi: 3 oktyabr 2025, 23:59.

Şəhidlərimizi qürurla anırıq!
27/09/2025

Şəhidlərimizi qürurla anırıq!

20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!
19/09/2025

20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bizim Gənclik İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bizim Gənclik İctimai Birliyi:

Share