AEI Gənc Alim Və Mütəxəssislər Şurası

AEI  Gənc Alim Və Mütəxəssislər Şurası AEI GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ RƏSMİ SƏHİFƏSİ

13/07/2025
05/06/2025

Bu gün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin anadan olmasının 70 ili tamam olur.
Professor Vəli Baxşəliyev Azərbaycan arxeologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimdir. O, uzun illər ərzində Naxçıvan diyarının qədim tarixi və arxeoloji abidələrinin öyrənilməsində mühüm elmi nəticələr əldə etmişdir. Alimin apardığı tədqiqatlar Azərbaycanın milli arxeoloji irsinin dünya elmi ictimaiyyətinə tanıdılmasında əhəmiyyətli rol oynamışdır.
AMEA Naxçıvan Bölməsinin kollektivi olaraq professor Vəli Baxşəliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində davamlı uğurlar arzulayırıq.

15/05/2025

GƏNC ALİMLƏR ÜÇÜN TƏDBİQİ ARXEOLOGİYA YAY MƏKTƏBİ

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin A.X. Marqulan adına Arxeologiya İnstitutu, Şakarim Universiteti və Nazarbayev Universitetinin Antropologiya laboratoriyası 2025-ci il *29 iyul - 7 avqust* tarixləri arasında Abay vilayətinin Janasemey rayonu ərazisində yerləşən *Kokentau arxeoloji kompleksində* keçiriləcək *“Arxeologiyada multidissiplinar metodlar”* adlı Beynəlxalq Yay Tədbiqli Arxeologiya Məktəbini təşkil edir.

Yay məktəbində iştirak üçün bakalavr təhsilinin son kurslarında olan tələbələr, magistrantlar, doktorantlar, gənc alimlər və 40 yaşadək mütəxəssislər dəvət olunur.

Məktəb çərçivəsində mütəxəssis alimlər arxeoloji sahə işlərinin aparılması ilə bağlı biliklərini bölüşəcək və iştirakçılara sahədə aparılan arxeoloji tədqiqatların əsasları və metodları üzrə intensiv təlimlər verəcəklər.

Yay məktəbinin əsas elmi istiqamətləri:
- Arxeologiyada qeydəalma metodları;
- Geoarxeologiya;
- Lidar çəkilişi və onun arxeoloji tədqiqatlarda tətbiqi;
- Fiziki antropologiya;
- Sahədə paleoantropoloji materiallarla işin əsasları: qeydəalma, təmizləmə, qablaşdırma, şifrləmə, təsvir və skelet qalıqlarının cins və yaş üzrə təyini;
[05.05, 13:08] Chatgpg: - Arxeozoologiya;
- Ossioloji (sümük) materiallarla işin əsasları: qeydəalma, təmizləmə, heyvanların növ tərkibinin, yaşının və kəsim mövsümünün müəyyən edilməsi, şifrləmə.

İştirak şərtləri:
Maraqlı namizədlər *31 may 2025* tarixinədək müraciət etməlidirlər. Müraciətə *motivasion məktub* və *elmi rəhbərin tövsiyə məktubu* əlavə olunmalıdır.

Motivasiya məktubunda aşağıdakılar qeyd olunmalıdır:
- Niyə bu yay məktəbində iştirak etmək istəyirsiniz?
- Nə üçün məhz sizi seçməliyik?
- Arxeologiyanın hansı istiqamətləri sizi daha çox maraqlandırır?
- Bu məktəbdən gözləntiləriniz nədir?
- Bu təcrübədən hansı faydanı əldə etmək istəyirsiniz?

Əlaqə:
Koordinator: Jünisxanov Aydın
E-poçt: [[email protected]](mailto:[email protected])
Telefon: +77024124730
Qeydiyyat forması: [https://forms.gle/upnyhUfeSYoPfr9UA](https://forms.gle/upnyhUfeSYoPfr9UA)
Motivasiya və tövsiyə məktublarını *[email protected]* ünvanına göndərmək lazımdır.

İştirak tələbləri:
Yay məktəbində iştirak ödənişsizdir, iştirakçılara pulsuz yaşayış və qidalanma təmin olunur. İştirakçılar yalnız Semey şəhərinə gediş-gəliş xərclərini* özləri qarşılayırlar.

Əlavə məlumat üçün: www.archeo.kz

Journal Kazakhstan Archeology

14/04/2025

Elan

Azərbaycan Milli Elmlər Akademiyası
Arxeologiya və Antropologiya İnstitutunun
Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə
“Tədqiqatdan Nəşrə: Müasir Elmi Nəşrlərin Qaydaları və Rəqəmsal Alətləri” mövzusunda maarifləndirici seminar keçirələcəkdir.

Seminarda aşağıdakı mövzulara toxunulacaq:

✔️ORCID nədir və nə üçün vacibdir?

✔️Scopus, Web of Science, Google Scholar kimi bazalar haqqında ümumi məlumat

✔️Elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması

✔️Müasir rəqəmsal alətlərin təqdimatı və istifadəsi

Məruzəçi : Dos. Dr. Lalə Əliyeva
Tarix: 17 aprel 2025
Saat: 11:00
Məkan: AMEA, əsas bina, Kiçik akt zalı, 2ci mərtəbə

04/04/2025

ELAN

AMEA Arxeologiya və Antropologiya İnstitutu Açıq Qapı günləri keçirir.
Elm Gününə həsr olunmuş Açıq Qapı Günü aprel ayının 7-8 tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunda keçiriləcək. Tədbirin təşkilatçısı Gənc Alim və Mütəxəssislər Şurasıdır.
Bu günlərdə siz:
Arxeologiya və antropologiya sahəsində aparılan son tədqiqatlarla tanış ola bilərsiniz;
Arxeoloji tapıntıları və tədqiqat nəticələrini öz gözlərinizlə görə bilərsiniz;
İnstitutun alimləri ilə fikir mübadiləsi aparmaq imkanı qazana bilərsiniz;
Gənc tədqiqatçılar üçün akademik perspektivlər haqqında məlumat əldə edə bilərsiniz.
Arxeologiyaya və Antropologiyaya marağı olan hər kəsi bu maraqlı tədbirə dəvət edirik!

03/04/2025

ELAN

4 Aprel 2025-ci il tarixində saat 11:00 - da AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində, Elm gününə həsr edilmiş ikinci görüşü keçirələcəkdir. Layihənin əsas məqsədi gənclər arasında elmi müzakirə mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının artırılması və elmi-tənqidi düşüncənin inkişaf etdirilməsidir. Növbəti məruzə “Kollektiv qəbirlər: Kiş Doxun nekropolunun təhlili” mövzusunda (məruzəçi: Nərmin Məmmədli) olacaqdır.

24/03/2025
31/01/2025

Azərbaycan Prezidentinin arxeologiya sahəsinə diqqəti

Arxeologiya və Antropologiya İnstitutunun doktorantı olan gənc elmi işçi Gənclər üçün Prezident mükafatına layiq görüldü

Ətraflı: https://arxeologiya.az/?p=4005

Address

Azərbaycan Respublikası
Baku
AZ1143,

Alerts

Be the first to know and let us send you an email when AEI Gənc Alim Və Mütəxəssislər Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share