KİTABSEVERLER KLUBU

KİTABSEVERLER KLUBU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KİTABSEVERLER KLUBU, Nonprofit Organization, Azerbaijan, Baku.

👇Kitabsevər hər kəs, səhifəyə dəvətlidir!
‼️Dəyişiklik etdik! Əvvəllər çoxlu kitab linkləri paylaşırdıqsa, indisə artıq kitabların, necə deyərlər, içinə daxil olacağıq!
Əlbəttə, aradabir linklər də paylaşacağıq :)

‼️İNANILMAZ TEST: 3 XEYİRXAHI TAP!✔️Yəqin ki, belə bir tapşırıqla, ilk dəfədir ki qarşılaşırsız! Qeyd edim ki, bu, hansı...
11/04/2026

‼️İNANILMAZ TEST: 3 XEYİRXAHI TAP!

✔️Yəqin ki, belə bir tapşırıqla, ilk dəfədir ki qarşılaşırsız! Qeyd edim ki, bu, hansısa psixoloji test deyil! Bu, bəsirət, intuisiya, təqva testidir! Kim tapsa, deməli o, BƏSİRƏTLİ VƏ TƏQVALIDIR!
_______
📌Deməli belə; şəkillərdə gördüyünüz 20 nəfər-tanınmış və müxtəlif peşə sahibi olan şəxsləri, təsadüfi formada seçmişəm. Bu şəxslərin, ortaq xüsusiyyəti, demək olar ki, hamsının mədəni və xoş rəftarlı olmalarıdır. Lakin, əlbəttə, bu, hələ ləyaqətli, səmimi olmağı göstərmir! Çünki, davranışlar, ALDADICI VƏ QEYRİ-SƏMİMİ OLA BİLƏR! Bəli, bir var-XARİC, bir də var-DAXİL! Daxillə xaric, heç də hər zaman üst-üstə düşmür!

Bu 20 nəfərdən cəmi-cümlətanı 3 nəfərinin, daxili ilə xarici üst-üstə düşür! Yəni, saf və xeyirxah qəlblidirlər.

Hardan bilirəm? Təbii ki, ÜZ İFADƏSİndən!
Boşuna deyilməyib: GÖZLƏR, QƏLBİN AYNASIDIR! İnsan, nə qədər özünü gizlətsə də, gözləri və üz ifadəsi, onu ələ verir!
______
Bəli, əgər siz də bəsirətlisinizsə, təqvalısınızsa, intuisiyanız varsa, onda zatən çətinlik çəkmədən, həmin 3 nəfəri tapacaqsınız!
Çünki, insanı tanımaq; dünyanı, varlığı çözməyin müqəddiməsi və yarısıdır!

20 nəfərdən 1 nəfəri təsadüfən tapmaq olar, hətta bəlkə də 2 nəfəri də mümkündür, amma 3 nəfəri mümkün deyil!
_________
⬆️Bəli, düzdür, bu, heç də asan məsələ deyil və fövqaladə bir şeydir! İnsanları, ünsiyyətdə olmadan tanımağı, bu ölkədə çox olsa 2-3 nəfər bacarır! Biri mənəmsə, bəs digəri kimdir?
Həmin şəxsi tanımağı, hər şeydən çox arzulayıram! Dua edirəm ki, belə bir şəxs, tezliklə tapılsın, ortaya çıxsın!

Buyurun, meydan sizindir!
------
P.S. Testin məqsədi, bəsirətli dostu tapmaqdır.

‼️😃SÜNİ İNTELLEKTLİ MER ✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə...
08/04/2026

‼️😃SÜNİ İNTELLEKTLİ MER

✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdə verib! Belə ki, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı, ictimaiyyətə təqdim edib. Sitat: “Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna, ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində, belə hallar, subasmalar, davam edəcək.”

Sujeti təqdim edirəm! izləyin və gülün!
Rəydə👇

‼️😃SÜNİ İNTELLEKTLİ MER✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə ...
29/03/2026

‼️😃SÜNİ İNTELLEKTLİ MER

✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdə verib!

Belə ki, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı, ictimaiyyətə təqdim edib.

Sitat: “Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna, ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində, belə hallar, subasmalar, davam edəcək.”

Yəni; ikicə il dözün, ondan sonraya isə... Allah kərimdi, kim ölər, kim qalar... Ölmə eşşəyim ölmə....

Merin sözündən belə çıxır ki, sel, nəqliyyatın dayanması, ictimai fəaliyyətin bloklanması... bunlar, xırda məsələdir; əsas odur ki, bu dəfə ölüm-itim olmadı!

O, hətta unikal və möhtəşəm bir təklif də verib: tunelleri su basan kimi, giriş-çıxışlar bağlansın!

Vəssəlam, beləcə, su, lap 2 metrə də qalxsa, boğulan olmayacaq! Necə ki çirkli su hövzələrinə, kanallara yaxın durmuruqsa, eləcə də tunellərdən də uzaq durmalıyıq!

Həə, indi, burda sual yaranır: axı tunellər olmadan, şəhərdaxili hərəkət etmək olmaz, necə edək, harasa getməyəkmi?

Hörmətli mer, bax, bu suala, cavab verməyib!

Eybi yox, mediamızdan xahiş edək ki, yenidən Eldar müəllimə müraciət etsin və bu sualın da cavabını alsın ki, açıqlama, tamamlansın!
________________
Mən şəxsən, müdrik merin cavabını təxmin edirəm. “Harasa getməyəkmi?” sualına, yəqin ki bu cür cavab verəcək: "Elə bilin ki sərt karantin gəlib! Hər kəs, dar günə hazırlıq görsün, azuqə toplasın!"
________________
________________
Bu arada, Eldar müəllim, küləkli havada, köhnə ağacların yıxılması probleminə də toxunub. O, yenə də təmkinli və soyuqqanlı cavab verərək, bir narahatçılığa əsas olmadığını bildirib. Sitat: "Ağac yıxılar, eybi yox, yenisini əkərik."

Amma... ağac yıxılanda, bəzən maşınlara, hətta evlərə də zərər verir; bəs, bu, necə olacaq?

Müdrik merimiz, görünür ki, ya ChatGPT-nin cavabını sonacan kopyalamayıb, ya da əzbərlədiyi sözlərin davamını yaddan çıxarıb!
____
💢Bəli, merimiz, görünür ki, texnologiyanı, elmi, innovasiyanı səhv anlayıb! O, deyəsən, elə zənn edir ki, intellektli olmaq, süni intellektə cavab yazdırmaq deməkdir...

Müəllif: Yunis Dürüst Filosof

‼️"BAYRAM PSİXOLOGİYASI"; İNSANLAR, BAYRAMLARA NİYƏ SEVİNİRLƏR?✍️ Biz, həyata, yaşama, daha çox, bilirsizmi, necə baxırı...
20/03/2026

‼️"BAYRAM PSİXOLOGİYASI"; İNSANLAR, BAYRAMLARA NİYƏ SEVİNİRLƏR?

✍️ Biz, həyata, yaşama, daha çox, bilirsizmi, necə baxırıq; eynilə, uşaqların qara baxdığı kimi! Hansı ki, uşaqlar, əlbəttə, qarı çox sevirlər, az qala hər kəs, uşaqlıqda, daim, qarın yağmasını arzulayır, qar yağanda sevinir. Lakin, böyüdükcə, yaşa dolduqca isə, insanlar, qarı sevməməyə, hətta nifrət etməyə başlayır.
Uşaqların, demək olar ki, hamsı qarı sevdiyi halda, böyüklərin isə qarı sevməməsinin səbəbi nədir? Ümumiyyətlə, uşaqlar, qarı niyə sevirlər, sizcə?

Deyə bilərsiz, ona görə ki, həyətə düşüb qartopu oynayırlar, yəni oynamağa, sevinməyə bir səbəbləri yaranır.

Bəli, amma məsələ, heç də bundan ibarət deyil, çünki qartopu oynamayanlar da qarı bəzən sevirlər, bəzi gənclər də qarı sevirlər, hansı ki, heç qartopu oynamırlar!
Bəs, onda, bunu necə açıqlayaq?

Demək ki, məsələ, təkcə, sevinc bəhanəsi ilə bağlı deyil!
Məsələ budur: qar, hər şeydən öncə, insanların, xüsusən də uşaqların fikrində, bir ortaqlıq deməkdir, yəni qar yağanda təbii ki, hər yerə yağır, bütün şəhərə, hətta bütün ölkəyə yağır, odur ki, insanlar üçün bu, bir mənada, müştərəklik yaradır, ortaq bir tel yaradır. İnsanlar, qarın, hər yerə yağdığını bildikləri üçün, qar vasitəsilə başqaları ilə ortaq hisslər keçirdiklərini düşünürlər. Necə ki, məsələn, hansısa tədbirə, konsertə yığışanlar, heç də oraya, təkcə buna görə yığışmırlar ki, kiminsə ifasına və ya əsərinə tamaşa etsinlər, daha çox ona görə yığışırlar ki, başqalarıyla eyni hissləri bölüşsünlər, ortaq bir prosesdə iştirak etsinlər.

Elə bir çox bayramları, xüsusən də Yeni ili, yaxud Novruz bayramını, insanların belə çox sevməsinin səbəbi, elə bilirsiz, təkcə bayramın özüdürmü? Xeyr! İnsanları sevindirən, təkcə bayramın özü deyil, yalnız hansısa təqvim dəyişikliyi deyil, daha çox elə bu amildir; başqaları ilə ortaq hisslər keçirmək.
Biz, bilsək ki, bayramı, bizdən başqa heç kim qeyd etmir, ya da qeyd edirsə də, az adam qeyd edir, bu halda bayramı, biz də qeyd etmərik... Eləcə də qar, əgər sadəcə bizə, bizim həyətə yağsaydı və ya sadəcə bir küçəyə yağsaydı, o halda uşaqlar, qarı çox da sevməzdilər, heç, bəlkə, qartopu da oynamazdılar....

Elə qaradamını, şaxtababanı, insanlar, daha çox, bu səbəbdən düzəldirlər ki, qar, insana, insanı xatırladır. Şaxtababa və qarqız, özü, elə bir mənada, ortaq duyğuların, müştərək hisslərin simvoludur. Yoxsa, məsələ, saqqalın ağ olmasında, yaxud heç, hədiyyələrdə də deyil. Hədiyyəni, adi adam gətirsə, uşaqlar, heç bu qədər sevinməzlər; sırf, bir ortaq duyğu adamı gətirdiyi üçün, “bəşəriyyətin ağsaqqalı” gətirdiyi üçün sevinirlər.

Bəli, həm də bir ümumi lider, ortaq rəhbər arayışının nəticəsidir, şaxtababa...

Bəli, uşaqlar, qarı sevirlər, amma böyüdükdən sonra sevməməyə başlayırlar, çünki böyüklər üçün müştərəklik, daha çox, başqa şeylərlə, fərqli vasitələrlə olur; böyüklər üçün ortaq duyğu, məsələn, hansısa ideologiyada həmfikir olmaqdır və ya eyni peşəyə sahib olmaqdır. Amma, uşaqlar, uşaq olduqları üçün hansısa dünyagörüşləri, peşələri təbii ki, olmur və məhz belə sadə şeylər-qar ya da hansısa oyuncaqlar, onlar üçün, ortaq dil rolunu oynayır.
Üstəlik də, axı qarın və p*s hava şəraitinin nəticələrini, xəstələnmək qorxusunu, gündəlik qayğıları, uşaqlar hiss etmirlər, böyüklər isə hiss edirlər. Uşaqlar üçün qar, sadəcə oyun, sevinc və romantikadır.

Bax, bizim, çoxumuzun həyata olan münasibəti, elə uşaqların qara olan münasibəti kimidir; biz, həyatı, bir sevinc, oyun, romantika kimi görürük, ancaq, sonra, qarın gətirdiyi problemlər kimi, həyatın gətirdiyi problemlərlə qarşılaşdıqda isə “nə baş verir?”, “niyə belə oldu?” deyə, şok keçirib p*s vəziyyətə düşürük!
Halbuki, həyat da, eynilə qar kimi ikitərəfli, ikiyönlü bir məsələdir; romantika da, sevinc də var, amma problemlər də, çətinliklər də mütləq var.
Lakin, çoxumuz, buna hazır olmuruq, romantikaya qapılıb, həyatdan ancaq rahatlıq gözləyirik və beləliklə də, həyatın digər üzü ilə-çətinliklər və problemlərlə qarşılaşdıqda, hazırlıqsız yaxalanır və depressiyaya giririk...

Həyata düzgün baxışa sahib olmaq-bax, əsas məsələ, ən mühüm mövzu, budur! Həyata, “sevinc dolu, romantik bir yer” kimi baxırıqsa, o halda, mütləq ki, şoklarla qarşılacağıq, hazırlıqsız yaxalanıb, stresə girəcəyik və büdrəyəcəyik.

Müəllif: Yunis Dürüst Filosof

‼️ƏN VACİB ŞEY-ÜMİD!📌Həyat, əslində labirintdir və labirintdən çıxış üçün, daha çox məhz ağıla, məntiqə ehtiyaclıyıq.Amm...
17/02/2026

‼️ƏN VACİB ŞEY-ÜMİD!

📌Həyat, əslində labirintdir və labirintdən çıxış üçün, daha çox məhz ağıla, məntiqə ehtiyaclıyıq.
Amma, məntiq, hər kəsdə varmı? Yaxud da; məntiq, hər zaman aktiv bir şeydirmi?

Bu sualın cavabı, təbii ki "Xeyr!"dir.
Əgər düşüncə, hər kəsdə işlək olsaydı, dünya, bu qədər bərbad duruma düşməzdi və insanlar, özlərini, bədbəxt etməzdilər.
Deməli, düşüncə, nə qədər önəmli və kritik amil olsa da, hər şey demək deyil! Bəli, düşüncə, özbaşına işə düşən bir şey deyil!

Bəs yaxşı, düşüncəni hərəkətə gətirmək üçün nə lazımdır? Ağılı, hansı faktor aktivləşdirir?

Baxın, dünyada, insanlar, minillərdir ki, var-dövlət, şan-şöhrət və güc axtarışında idilər. Son əsrə qədər, bəşəriyyət, kompleks şəkildə gücə, var-dövlətə ulaşa bilmirdi və buna görə də, güc və var-dövlət, xoşbəxtlik məqsədi zənn edilirdi. Amma, artıq, bu günkü gündə, texnika və informasiya əsrində, insanlar üçün gücün bütün faktorlarına ulaşmaq, çox daha asandır. Bu gün qərbdə, məşhur olmaqdan tutmuş, savadlı olmağa qədər, gücün bütün növləri, artıq əlçatandır.

Lakin, hamıdan çox şeyə sahib olsa da, ən bədbəxt də elə Qərb cəmiyyətlərindən başqası deyil! Qərb insanının xoşbəxtlik hissiyatı, hətta Afrika cəmiyyətlərindən daha aşağı durumdadır. Ən çox intiharlar, elə ən inkişaf etmiş-Norveç, İsveçdə baş verir.

Bir sözlə desək, gücün heç bir növünün, insanı xoşbəxt etməyə yetmədiyi, aşkarca ortaya çıxmışdır.

İnsanlar, bir şeyə həsrətdirlər!

Bəs, o şey nədir? ÜMİD!
Əlində, hər şeyi olduğu halda, özünü bədbəxt bilən insanların, əlində heç nəyi olmadığı halda özünü xoşbəxt bilənlərdən yeganə əksiyi məhz ÜMİDdir!
İnsanlar, bəşəriyyət, bunun fərqində olmasa da əslində hər şeyin təməli, əsası, əvvəli məhz ÜMİDdir!
Bəli, düşüncə olmadan, heç nə olmaz. Amma, ÜMİD OLMADAN DA DÜŞÜNCƏ OLMAZ! DÜŞÜNCƏ, MAŞINDIR, ÜMİD İSƏ BENZİNDİR! Ən yaxşı bir maşın da, ucuz da olsa benzinə möhtacdır! Maşının qiyməti 1 milyon dollar da olsa, 1 manat dəyəri olan benzinə ehtiyaclıdır! İnsanların da əlində nə qədər güc, var-dövlət, şan-şöhrət olsa da, adi bir şey olan-ÜMİDə ehtiyaclıdırlar!

Bəli, Ümid, adi və ucuz bir şeydir, amma bir o qədər də vacib, və az tapılan bir şeydir.
ƏSLİNDƏ İNSAN, ÖZÜNÜ DEYİL, ÜMİDLƏRİNİ İRƏLİ APARMALIDIR! Bəli, biz bu dünyaya, əslində özümüzü deyil, ümidimizi gəlişdirmək üçün gəlmişik. Bizim gedə biləcəyimiz yol, edə biləcəyimiz şeylər, bu aləmdə məhduddur, lakin ümidimizin önü isə tam açıqdır, sonsuzdur! Biz bir marafondayıq, lakin özümüz deyil, ÜMİDİMİZ YARIŞMAQDADIR! Özümüz də qaçırıq, amma yarışan məhz ümidimizdir. Ümid, fənərdir, işıqdır.
Hər kəs qaçır və əlində bir silah vardır; ümid, işıq silahı. Məqsəd, o silahın işığını maksimum gücləndirməkdir. Bəli, bizim, bu dünyada YEGANƏ məqsədimiz əslində budur: əlimizdəki ÜMİD Silahının İşığını gücləndirmək!
Bildiyiniz kimi, fənərlər, müxtəlif cürdür və uzağı işıqlandırma mənzilləri fərqlidir: 10 metr, 100 metr, 1 km və daha artıq... Bax bizim hər birimizin əlindəki ışıq silahının mənzilləri də fərqlidir. Kimsi 10 metri, kimsi 10 km-i, kimsi də 1000 km-i işıqlandıra bilir. Kimin işığı daha güclü olsa, o daha xoşbəxt olacaq və son aqibəti də xeyirli olacaqdır!

Bəli, özümüz də qaçırıq, amma mühüm olan, sürətli və ya ləng getməyimiz deyil, ışığımızı daha güclü etmək və daha uzaqlara tuta bilməkdir. Hər əməlimiz, hər anımız, hər qərarımız, bu ışığı ya gücləndirir ya da zəiflədir. Bütün həyatımız və varlığımız, işığımızın mənzilini daha uzaq etmək üçündür!

❓ƏN MÜHÜM SUAL📌Sual: Sizcə həyatda insan üçün ən mühüm, həlledici amil nədir? O nədir ki, həmin şey olmasa, heç nəyin an...
15/02/2026

❓ƏN MÜHÜM SUAL

📌Sual: Sizcə həyatda insan üçün ən mühüm, həlledici amil nədir? O nədir ki, həmin şey olmasa, heç nəyin anlamı olmaz? İnsanların qərarlarını, həyatını, aqibətini təyin edən həmin faktor hansıdır?

Yəni, həyatda insanın sahib olacaqlarını, yalnız 1 şeylə məhdudlaşdırsalar; əvəzedilməz və hər şeydən daha mühüm olan həmin özəllik hansıdır?

📌Gəlin sizə ipucu da verim: bilgi, ağıl, düşüncə, ümid, şans, cəsarət, səbr, ləyaqət, çalışqanlıq, məsuliyyət, kamillik, xoşbəxtlik....
Həyatda, bunlardan hansı, daha həlledici, əvəzedilməz və universaldır?
_______
‼️Kim bunu tapsa və özü düşünərək tapsa, deməli həmin insan, KAMİLLİK, İNKİŞAF yolundadır! O insan, həyatı çözməyə namizəddir!
_______
Qeyd: 2 gün vaxtınız var. Sonda, düzgün cavabı və izahını açıqlayacam.

‼️13 Əsr Əvvəlki Dəhşətli Proqnoz-Azərbaycan Barədə!    📌679-736-ci illərdə yaşamış İmam Baqirin oğlu İmam Sadiq deyir k...
11/02/2026

‼️13 Əsr Əvvəlki Dəhşətli Proqnoz-Azərbaycan Barədə!

📌679-736-ci illərdə yaşamış İmam Baqirin oğlu İmam Sadiq deyir ki atam mənə söylədi: "Qiyamətə yaxın, Azərbiycan adlı yerdə, böyük bir od qopacaq. Bunun qarşısını heç bir şəkildə almaq mümkün deyil.”
_______________
LİNK RƏYDƏ👇

‼️❌Xəyalpərəst Filmlərin Zərərləri və "Həmişə Təmizlikdə" Filminin Təhlükəsi📌Hər il, yeni il vaxtı, tv-lərdə bir film ve...
09/01/2026

‼️❌Xəyalpərəst Filmlərin Zərərləri və "Həmişə Təmizlikdə" Filminin Təhlükəsi

📌Hər il, yeni il vaxtı, tv-lərdə bir film verilir: "Həmişə Təmizlikdə Və Ya Qəribə Qəsadüf".
3 saatlıq bu dram filmi, çox maraqlı senarili və yüksək səviyyədə çəkilmiş kinodur. Filmə baxdıqdan sonra, insan, istər-istəməz kövrəlir, hətta film, ilk saatından etibarən insanı dərin təsiri altına alır....
Amma... Amması budur ki bu film, eynilə "Titanik" filmi kimi, insanların beyninə yeridir ki sevgi, təsadüfi bir şeydir, şüursuz bir şeydir, insanın özündən asılı deyil!....
________
P.S. Bu film barədə illər əvvəl yazmışam və düşünürəm ki, hər zaman aktualdır və filmə yox, amma sujetə baxmağa dəyər👇

https://www.youtube.com/watch?v=c09lZ9-JDx8

‼️GERÇƏK SANTA KLAUS✍️Böyüklər, şaxta babaya inanmadıqlarını deyirlər, lakin yeni ili, şaxta babasız təsəvvvür etməmələr...
02/01/2026

‼️GERÇƏK SANTA KLAUS

✍️Böyüklər, şaxta babaya inanmadıqlarını deyirlər, lakin yeni ili, şaxta babasız təsəvvvür etməmələri, onu göstərir ki, şaxta babaya elə uşaqlardan çox, böyüklər inanırlar. Çox dərinə getməyək: o boyda ABŞ-də, camaat, Şaxta Babaya çox oxşayan Trampı seçdi. Çünki Tramp da, eynilə Santa Klaus kimi, pafosu və fantastikanı təmsil edir, nəfəsi də yalanla gedib gəlir. O qədər gopa basıb ki, artıq nəinki sözləri, öz varlığı belə, şübhəlidir. İlk dəfə seçiləndə, verdiyi vədlərin çoxunu yerinə yetirməyən bu fırıldağa, camaat, zatən şaxta babalığına görə, yəni əyləndirmə bacarığına görə yenidən səs verdi....

Gülməli sujeti izləmək tövsiyyə olunur.
Rəydə👇

‼️😀EMİN BABA (GÜLMƏLİ SUJET)✍️Belə bir xəbər yayıldı ki, Bakıda, heç kəs, şaxta baba olmaq üçün müraciət etməyib.Səbəb i...
01/01/2026

‼️😀EMİN BABA (GÜLMƏLİ SUJET)
✍️Belə bir xəbər yayıldı ki, Bakıda, heç kəs, şaxta baba olmaq üçün müraciət etməyib.
Səbəb isə sadədir: artıq orijinal, həqiqi şaxta baba tapılıbdır deyə, başqasına ehtiyac yoxdur! Bəli, bəli! Artıq filmlərdə, əfsanələrdə gördüyümüz- pafosla danışan, vədlər verən “bomba kişi” nəhayət, gəlibdir! Bəli, Şaxta baba, şimal qütbündə ya da Avropada yox, məhz Azərbaycanda peyda olubdur! Bəs, nə! Elə bilirsiz, onun, 30 dekabrda doğulması, təsadüfdür? Əsla!

Hazırladığımız növbəti gülməli sujeti təqdim edirəm👇

https://www.youtube.com/watch?v=lKPxoZZm5Sg

‼️😀MÜASİR SANTA KLAUS: EMİN BABA✍️Belə bir xəbər yayıldı ki, Bakıda, heç kəs, şaxta baba olmaq üçün müraciət etməyib.Səb...
29/12/2025

‼️😀MÜASİR SANTA KLAUS: EMİN BABA

✍️Belə bir xəbər yayıldı ki, Bakıda, heç kəs, şaxta baba olmaq üçün müraciət etməyib.

Səbəbi nədir?

Səbəb budur ki, artıq orijinal, həqiqi şaxta baba tapılıb! Bəli, bəli! Artıq filmlərdə, əfsanələrdə gördüyümüz- pafosla danışan, vədlər verən, “bomba kişi”, nəhayət, gəlibdir, reallığa çevrilibdir! Bəli, Şaxta baba, şimal qütbündə ya da Avropada yox, məhz Azərbaycanda peyda olubdur! Sadəcə bir fərqlə ki, onun saçı-saqqalı yoxdur, üstəlik də qırmızı yox, qara kostyumludur! O, necə deyərlər, müasir, “sovremenni” şaxta babadır!
Bizim santa klaus, hətta filmlərdəkindən daha heyrətamiz və daha fırıldaqçıdır.

📌Belə ki, digər santa klauslar, insanlara, daim nəsə verirsə, bizimkisi isə, əksinə, daim nəsə alır! Belə ki, o, “qar qızlar” vasitəsilə, “süpürgə pulu”, “fond pulu” kimi adlarla rüşvət qoparır!...

📌Digər ölkələrdə şaxta baba, uşaqlara sevinc bəxş edirsə, bizim şaxta baba isə əksinə, onların çantalarını, mənasız vəsaitlərlə doldurub, əzab verir!...

📌Üstəlik də bizim şaxta baba, çox arsız və utanmazdır; insanları, daim imtahan edir, işdən çıxarır, acılayır, özü isə nə imtahan verir, nə də ki, hesabat!...

📌Əslində, o, bir biznesmendir, şaxta babalılığı qətiyyən sevmir, sırf pul üçün bu işi görür.

📌Mel Gibsonun baş rolda oynadığı “Fatman” adlı filmin santa klausu, sanki Əmrullayevi xatırladır: belə ki, şaxta baba “Fatman”, bu işə elə nifrət edir ki, onu, filmdə, bircə dəfə belə, santa paltarında görmürük. O, hədiyyəni, görüntü xatirinə verib, dərhal aradan çıxır.
Eynilə Emin baba da bu yaxınlarda, Naxçıvana gedib, orda şikayətçilərlə şəkil çəkdirən kimi, aradan çıxmışdı...

📌Uşaqları sevindirmək üçün dövlətdən maaş alan simic “Fatman”, bu işi, biznesə çevirib və oyuncaq fabriki belə, açıbdır. Lakin, buna baxmayaraq, uşaqlara, tam dəyərsiz şeylər, məsələn, kömür göndərib, məyus edir.
Elə Emin baba da məktəblərə və istiliyə ayrılan pulları məniməyərək, uşaqları, odun sobasının və kömürün ümidinə qoyur...

📌Əlbəttə, zamanla, “Fatman”, daha da acgözləşir və oyuncaq fabrikini, tam başqa bir obyektə çevirir. Elə Əmrullayev də artıq təhsil müəssələrini, tam başqa bir şeyə-ticarət obyektinə çeviribdir...

📌 “Fatman”, uşaqlara, motivasiya əvəzinə, neqativlik və p*s şeylər versə də, həmişə də onlardan şikayətlənir.
Eynilə Emin baba da uşaqlara normal təhsil, motivasiya vermək əvəzinə, daim şagird nəticələrindən şikayətlənir...

📌Hər ikisi də boş-boş danışıb, naqqaldamaqdan və başqalarını suçlamaqdan başqa bir şey bacarmırlar...

📌Sonda, nəhayət, qəzəbli uşaqlardan birinin yaxını tərəfindən, “Fatman”a, “şaxta” deyil, “saxta” baba olduğu başa salınır, lakin o, qəbul etmir. Elə Emin babaya da ictimaiyyət, saxta olduğunu, dəfələrlə başa salsa da, əsla qəbul etmir...

Müəllif: Yunis Dürüst Filosof

‼️😀FIRLANAN ADAM-KAMRAN ƏSƏDOV✍️Düzdür, yüngül atletikada, fırlanma üzrə müxtəlif növlər var və idmançılar, qısa müddətd...
13/12/2025

‼️😀FIRLANAN ADAM-KAMRAN ƏSƏDOV

✍️Düzdür, yüngül atletikada, fırlanma üzrə müxtəlif növlər var və idmançılar, qısa müddətdə, dəfələrlə fırlanırlar. Lakin, mövzumuz olan fırlanma, BAŞQA fırlanmadır! Burda, insanın, bədəni yox, şəxsiyyəti, dünyagörüşü, mənliyi fırlanır! Sən bu gün qatığın ağ, sabah isə qara, birisigün təzədən ağ, o birisigün təzədən qara olduğunu deyirsən və daşdankeçən dəlillərlə sübut edirsən!
Bax, Kamranın fırlanması, belə çətin və unikal fırlanmadır! Hətta yer kürəsi, günəş ətrafında 1 ilə fırlandığı halda, Kamran 1 ilə azı 3 dəfə fırlana bilir!

📌Bəli, o, uzun illərdir ki, unikal şəkildə fırlanırdı, lakin münsiflər heyətinin diqqətini heç cür cəlb edə bilmirdi... Ta ki, bu yaxınlara qədər....
Budur, nəhayət, münsiflərin başları, Kamranın fırlanmasından o qədər gicələnir ki, candərdi ona məqbul yazırlar və “Di, əl çək!” deyirlər...

📌Amma və lakin.... Cəmi bir neçə gün sonra məlum olur ki, sən demə Kamranın əsas peşəsi, heç də idman deyilmiş! Başqa sözlə desək, onun fırlanması, SAXTA imiş!
Necə yəni?
İzah edim.
______________
📌Haşiyə
Onu adı, ilk dəfə məhz dələduzluq, yəni “maşenniklik” üzrə, 2014-cü ildə cinayət başında tutulması ilə gündəmə gəlmişdi. Nə oldusa, məhz bundan sonra oldu: həbsdən çıxıb, İDMANÇIya çevrildi! O vaxtdan bəri, fırlan ki fırlanasan; elə hey fırlanır!.. Sanki dayansa, p*s nəsə şey baş verəcək!...

📌Məsələn: əvvəlki təhsil naziri Ceyhun Bayramovun 1 ili tamam olmamış, çıxıb onu mediada kəskin tənqid etmişdi, “yıxıb-sürümüşdü”... Bir neçə ay sonra isə, tam əksinə-kəskin tərifləmişdi!...
Bu, Kamranın ilk sərt manevri, yəni fırlanışı idi...
_____________
📌Daha sonra Əmrullayev gəldi; yeni nazirin, atletikaya laqeyd münasibəti, Kamranı, PEŞƏKAR idmançıya çevirdi! O, daha tez-tez və daha sərt manevrlər etməyə məcbur qalırdı və bəzən az qala aşırdı....

📌Məsələn, 2022-ci ildə Əmrullayevi, açıq şəkildə “korrupsioner” adlandırmışdı və Regional İdarələri “korrupsiya mexanizmi” elan etmişdi... Lakin, qısa müddət sonra, mövqeyini dəyişərək, naziri, bərk təriflədi...

📌Nəysə, çox uzatmayaq, Kamranın sonuncu fırlanışına gələk: bu ilin iyununda, qalmaqallı sertifikasiyadan sonra, imtahanlara “bazar”, Əmrullayevə isə “xəyanət” damğası vurdu... Açıq şəkildə yazdı ki, nazir və onun adamları, təhsili, bazara çevirməklə, millətin gələcəyinə xəyanət edirlər!

Və sonra... yenə sərt fırlandı və Əmrullayevi, peşəkar və çox uğurlu məmur adlandırdı!
O, bu dəfə elə fırlandı ki, hətta soyuq Əmrullayev belə, riqqətə gəldi...
Və nəticədə, Kamran, münsiflərdən yetərli bal alaraq, nəhayət, istədiyinə çatdı!
______________
📌Lakin, bir neçə həftə sonra məlum oldu ki, onun idmançı karyerası, saxta imiş və məqsəd, məhz dələduzluğu örtmək imiş! Bir tərəfdən fırlanmaqla məşğul imiş, o biri tərəfdən isə dələduzluqla... “Yaxşı fırlanmağıma görə dələduzluğumu keçərlər” deyə zənn edirmiş...

Belə... Bu da, daha bir saxta idmançının aqibəti...
________________
📌Tövsiyyə: Gimnastika, p*s deyil, amma siz siz olun, çalışın, sadəcə bədəniniz fırlansın!

Address

Azerbaijan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when KİTABSEVERLER KLUBU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share