"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service"

  • Home
  • Azerbaijan
  • Baku
  • "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service"

"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" Siz bizə zəng edərkən özünüz barəsində heç bir şəxsi məlumat verməyə bilərsiniz. Sizin telefon nömrələriniz qeyd olunmur və söhbətin audio yazılışı aparılmır.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edərək nə ilə bağlı danışmaq olar?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng etdiyiniz zaman sizi dost kimi dinləyən, problemlərinizi aydınlaşdırmaqda sizə yardımçı olan və sizə hörmətlə yanaşan məsləhətçi ilə danışmaq imkanı əldə edirsiniz.
Əgər Siz ruh düşkünlüyü hiss edirsinizsə, qorxursunuzsa, öz problemlərinizi aydınlaşdırmaqda çətinlik çəkirsi

nizsə, təzyiqə və zorakılığa məruz qalmısınızsa, çıxılmaz vəziyyətə düşmüsünüzsə, psixoloji sarsıntı keçirmisinizsə bizimlə əlaqə saxlayın. “Azərbaycan Uşaq Qaynar” xidmətinin məsləhətçiləri mümkün olan kömək və yardımı Sizə göstərəcəklər. Əgər siz telefonda öz problemlərinizi danışmaqdan qorxur və ya danışmaqdan çəkinirsinizsə, sizin icazəniz və istəyinizlə sizə yaxın şəxs (rəfiqəniz, dostunuz, valideyniniz, qəyyumunuz və s.) bunu edə bilər.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloq, hüquqşünas və sosial işçilərdən ibarətdir.


“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə hüquq pozuntusu ilə bağlı zəng edə bilərəmmi?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində hüquq pozuntusu ilə bağlı müraciət edə bilərsiziniz. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinədə çalışan hüquqşünas qanunvericilik çərçivəsində sizi və sizin valideynlərinizi maraqlandıran məsələlərlə bağlı telefon vasitəsilə hüquqi məsləhət verə bilər.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə edilən zənglər məxfidirmi və mənim anonimliyim qorunurmu?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin ən vacib prinsiplərindən biri məxfilikdir. Yalnız uşağın və valideynin icazəsi olduqda problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırıla bilər. Mən Rus dilində danışa bilərəmmi? Bəli. Bizim məsləhətçilər rus dilində də danışır və sizə yardım etməyə hər an hazırdırlar.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edərkən mənimlə aparılan söhbət necə olacaq?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət etdiyiniz zaman siz keçirdiyiniz hislərdən və üzləşdiyiniz problemdən asılı olaraq sizi narahat edən istənilən mövzu haqqında danışa bilərsiniz. İlk olaraq zəng edənin problemi dinlənilir, ətraflı təhlil olunur və onun həlli yolları müəyyən olunur. Problemin həlli yolunu siz özünüz seçirsiniz. İstənilən halda söhbətin idarə olunması sizin ixtiyarınızdadır.

Əməkdaşlarımız:

-Etibar edə biləcəyiniz; Probleminizdən asılı olmayaraq sizə ittiham etməyən;
- Probleminizi qəbul etməyi bacaran;
- Problemi dərk edən;
- Kömək və yardım etmək üçün ixtisaslaşan;
- Qaynar xəttə daxil olan zənglərə nəzarət edən şəxslərdir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service":

Share