13/03/2026
“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri mükafatlandırılıblar
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təcrübə proqramını uğurla başa vuran üzvləri ilə görüş keçirilib.
Tədbirdə sağlam və təhlükəsiz qida mədəniyyətinin təşviqində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolu yüksək qiymətləndirilib, gənclərin bu istiqamətdə fəal iştirakının vacibliyi vurğulanıb. Bildirilib ki, ölkəmizdə gənclərin şəxsi və karyera inkişafı üçün geniş imkanlar yaradılır, könüllülük hərəkatının əhəmiyyəti artır və bu sahə dövlət tərəfindən daim dəstəklənir.
Qeyd olunub ki, təcrübə proqramı müddətində könüllülər qida təhlükəsizliyi sahəsində mühüm nəzəri və praktiki biliklər əldə ediblər. Bu bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağı, müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssis kimi formalaşmalarına töhfə verəcəyi vurğulanıb.
Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim olunub.
Bu arada qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzvlərin qeydiyyatına start verilib.
Qeydiyyatdan üçün link: Səhifənin bio hissəsindədir.
https://shorturl.at/1hcvP