Qərbi Azərbaycan Tarixini Yaşadan Gənclər

Qərbi Azərbaycan Tarixini Yaşadan Gənclər Səhifənin yaradılmasında məqsəd tarixi Qərbi Azərbaycanımızı unutdurmamaq və tanıtdırmaqdır. Daimi dövlətimizin və xalqımızın yanındayıq!

“Hər qarışı Vətəndir” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıbBakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan...
19/10/2025

“Hər qarışı Vətəndir” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri”nin dəstəyi ilə ali məktəb tələbələri arasında keçirilən “Hər qarışı Vətəndir” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Elçin Babayev Qərbi Azərbaycanın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq, bu mövzuda elmi araşdırmaların və milli-mənəvi yaddaşın gücləndirilməsinin vacibliyini bildirib. Qərbi Azərbaycan İcmasının və BDU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin bu sahədə məqsədyönlü fəaliyyət göstərdiyi qeyd olunub.

Qərbi Azərbaycan İcmasının və Gənclər Şurasının nümayəndələri müsabiqənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və tarixi yaddaşın qorunmasına töhfə verdiyini vurğulayıblar.

Müsabiqənin qalibləri belə müəyyənləşib:

I yer – Qasım Xəlilov (BDU)

II yer – Hümbət Bədəlov (BDU)

III yer – Nigar Xanəliyeva (Sumqayıt Dövlət Universiteti)

Həvəsləndirici yerləri Aygün Fərzəliyeva (Azərbaycan Dövlət İqtisad Universiteti), Yasin Salehov (Odlar Yurdu Universiteti) və Rahilə Məmmədova (Azərbaycan Dillər Universiteti) qazanıblar.

İstinad: https://westaz.org/az/xeber/ali-mekteb-telebeleri-arasinda-her-qarisi-vetendir-adli-meqale-musabiqesinin-qalibleri-mukafatlandirilib

“Bir Elin Manifesti” hekayə müsabiqəsinin yekun müzakirəsi keçirilib15 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcm...
19/10/2025

“Bir Elin Manifesti” hekayə müsabiqəsinin yekun müzakirəsi keçirilib

15 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə “Bir Elin Manifesti” I Ümumrespublika hekayə müsabiqəsinin yekun müzakirəsi İcmanın inzibati binasında keçirilib. Müsabiqə Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizlikləri və erməni vandallarının vəhşiliklərini əks etdirən əsərləri əhatə edib.

Layihəyə təqdim olunan 50-dən çox hekayə Modern.az saytında ictimai müzakirəyə təqdim olunub. Yekun müzakirədə tanınmış ədəbiyyatçılar, alimlər və Milli Məclisin deputatları iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən I, II, III və həvəsləndirici yerlər müəyyənləşdirilib. Qaliblərin mükafatlandırılması və müsabiqəyə təqdim olunan hekayələrdən ibarət kitabın nəşri planlaşdırılır.

İstinad: https://westaz.org/az/xeber/bir-elin-manifesti-qerbi-azerbaycan-icmasinda-i-umumrespublika-hekaye-musabiqesinin-yekun-muzakiresi-kecirilib

"Qərbi Azərbaycan irsi” kitabı RETK fonduna daxil edilib“Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəb...
19/10/2025

"Qərbi Azərbaycan irsi” kitabı RETK fonduna daxil edilib

“Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması və beynəlxalq hüquqi məsuliyyət” kitabının I cildi Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fonduna təqdim edilib. Kitabı RETK-ya Qərbi Azərbaycan İcmasının üzvü, professor Firudin Ağasıoğlu verib.

Nəşrin müəllifləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı Səbuhi Hüseynovdur. Hesabat Qərbi Azərbaycanda — indiki Ermənistan ərazisində — azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasını sənədləşdirir.

Kitab iki hissədən ibarətdir: birinci hissədə tədqiqatın məqsədi və metodologiyası, ikinci hissədə isə qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi, demoqrafik göstəriciləri və abidələrin indiki vəziyyəti təqdim olunur. I cilddə 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və indiki vəziyyəti əks olunub.

Seriya beş cilddən ibarət olacaq: I-III cildlərdə dağıdılmış qəbiristanlıqlar, IV cilddə məscidlər, V cilddə isə pirlər və türbələr haqqında məlumatlar yer alacaq.

İstinad:
https://westaz.org/az/xeber/qerbi-azerbaycan-irsi-kitabi-respublika-elmi-texniki-kitabxanasinin-retk-fondunda-yer-alib

, , , ,

🗓️ Xudafərin körpüsünün azad olunmasından 5 il keçir!2020-ci ilin bu günü Müzəffər Azərbaycan Ordusu qədim tariximizin r...
18/10/2025

🗓️ Xudafərin körpüsünün azad olunmasından 5 il keçir!
2020-ci ilin bu günü Müzəffər Azərbaycan Ordusu qədim tariximizin rəmzi olan Xudafərin körpüsünü düşmən işğalından azad etdi.
Bu Zəfər xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın sarsılmaz iradəsinin nəticəsi idi.
🇦🇿 Beş ildir ki, Xudafərin azaddır!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, veteranlarımıza minnətdarıq.Allah dövlətimizi və ordumuzu qorusun!
Qarabağ Azərbaycandır!

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!Bu gün azadlığımızın, milli birliyimizin və qürurumuzun təntən...
18/10/2025

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
Bu gün azadlığımızın, milli birliyimizin və qürurumuzun təntənəsidir.
Qoy üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın!

Hörmətli  elillərim, səhifəmizi bəyənib paylaşaraq daha çox insana çatmağımıza dəstək ola bilərsiniz. 🙏@топовые поклонни...
28/09/2025

Hörmətli elillərim, səhifəmizi bəyənib paylaşaraq daha çox insana çatmağımıza dəstək ola bilərsiniz. 🙏

@топовые поклонники
https://www.facebook.com/share/1BZ6UJkdLB/

Hörmətli   ELLİLƏRİM! Səhifəmizi bəyənib paylaşaraq daha çox insana çatmağımıza dəstək ola bilərsiniz. 🙏@топовые поклонн...
28/09/2025

Hörmətli ELLİLƏRİM! Səhifəmizi bəyənib paylaşaraq daha çox insana çatmağımıza dəstək ola bilərsiniz. 🙏

@топовые поклонники
https://www.facebook.com/share/1BZ6UJkdLB/

24/04/2025

© RESPUBLİKA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdı ...

07/04/2025

Address

Baku
AZ1016

Website

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan Tarixini Yaşadan Gənclər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qərbi Azərbaycan Tarixini Yaşadan Gənclər:

Share