Azerbaijan Stuntmen Guild

Azerbaijan Stuntmen Guild Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan Stuntmen Guild, Non-Governmental Organization (NGO), Baku.

11/05/2026

Azerbaijan Stuntmen Guild .az and
Fight Choreographer:
Action actors and stuntmen: .tahirli
Camera and editing:

06/05/2026

Azerbaijan Stuntmen Guild members
Fight choreography: .jabarov
Action actors: .jabarov

02/05/2026

Azərbaycan Kaskadyorlar Gildiyasının üzvlərinin döyüş səhnələrində istifadə etdikləri döyüş stilləri bunlardır:

1. Karate (Kyokushinkai and Kudo)
2. Jiu Jitsu
3. Krav Maga
4. Wing Chun
5. Wrestling
6. Grapling
7. Kali
8. Boxing
9. Historical Fencing
10. Judo
11. MMA
12. Capoeira
13. Combat Knife System
14. Tactical Fi****ms Shooting
15. Kenjutsu
16. Traditional Archery and Mounted Achery və s.

Azərbaycan Kaskasyorlar Gildiyasına üzv olmaq istəyənlər, bunları bilməlidirlər. Nəzərə almaq lazımdır ki, dostluq tanış...
24/04/2026

Azərbaycan Kaskasyorlar Gildiyasına üzv olmaq istəyənlər, bunları bilməlidirlər.

Nəzərə almaq lazımdır ki, dostluq tanışlıq öz yerində amma öz yararatdığımız qayda-qanunları poza bilmərik!

Dost-tanış bilməlidir ki, bir işin inkişafı üçün mütləq dissiplinli olmaq lazımdır.

Bütün atılan addımlar Azərbaycan kinosuna xidmət etməli və inkişafına dəstək olmalıdır. Yalnız öz maraqlarına xidmət edən kəslər, Gildiyanın prinsiplərinə uyğun olmayan kəslərdir. Gildiyanın yaranmasında məqsəd, Azərbaycan kinosunun keyfiyyətinin yüksəlməsinə xidmət etmək və yaradıcı insanların yanında olmaqdır!

Sayta www.azsg.az daxil olmaqla, “BİZƏ QOŞUL” bölməsində Gildiyaya üzv olmağın qaydaları ilə tanış ola bilərsiz.

Hər kəsə uğurlar!

Azərbaycan filmlərində döyüş səhnələrinin uğurlu alınması üçün nə etməliyik?İlk növbədə operator öz eqosunu kənara qoyma...
24/04/2026

Azərbaycan filmlərində döyüş səhnələrinin uğurlu alınması üçün nə etməliyik?
İlk növbədə operator öz eqosunu kənara qoymalıdır. “Mən bilirəm, mənlikdir, narahat olma” dedisə, bu iş həmişəki kimi “alınacaq”. Yəni, alınmayacaq yenə.
Döyüş səhnələrinin rejissoru əsasən döyüş stillərindən xəbərdan olan, az da olsa döyüş növlərində təcrübəsi olan, döyüş xoreoqrafiyasını bilən, döyüş səhnələrinin montajını yaxşı bilən və kaskadyor işindən xəbərdan olan olmalıdır.
Operatorun da təcrübəsi müəyyən qədər onun biliklərinə yaxın olmalıdır. Döyüş xoreoqrafı isə, həm montajı, həm operator işini, həm də rejissorluğu bilməlidir. Bu zaman onların arasında vəhdət yaranır və birlikdə eyni məqsədə qulluq edirlər.
Azərbaycan Kaskadyorlar Gildiyası olaraq, biz bi işləri həmişə öyrənirik, təcrübə edirik və özümüzdə inkişaf etdiririk.
Döyüş səhnələrinin keyfiyyətli alınması üçün, hal hazırki vəziyyətimizdə vacbibdir ki, rejissor və operatorlar bizimlə bu məsələlərdə razılaşsınlar və “mənəm-mənəmlik” etməsinlər.
Təəssüflər olsun ki, bu məsələdə hələ də problemlər yaşayırıq. Yaxşı olar ki, bu işləri bacaran döyüş xoreoqrafı ilə məsləhətləşsinlər və qulaq assınlar. Bir çox hallarda isə, döyüş səhnələrində kamera işini bu sahədə təcrübəsi olan Gildiya nümayəndələrinə həvalə etsinlər.
Bir çox xarici işlərdəki təcrübəmizdən bilirik ki, döyüş səhnələrinin çəkilişi kaskadyor komandasına tapşırılır və bu işi komandada fəaliyyət göstərən öz operatorları reallaşdırır. Azərbaycanda gördüklərimiz isə odur ki, həmişə statik kadrlar çəkən və hətta toydan çıxıb gəlib filmdə işləyən operatorlar “mənlikdir” deyib döyüşləri də çəkmək istəyirlər. Nəticədə isə, döyüş səhnələri tamaşaçıda heç bir emosional və psixoloji təsir qoymur.
Ümid edək ki, bu problemlər tezliklə öz həllini tapacaq!

Azərbaycan Kaskadyorlar Gildiyası-nın üzvlərinin iştirak etdiyi bəzi filmlərin nümaişi artıq bu il baş tutacaq. 1. Nəsrə...
23/04/2026

Azərbaycan Kaskadyorlar Gildiyası-nın üzvlərinin iştirak etdiyi bəzi filmlərin nümaişi artıq bu il baş tutacaq.
1. Nəsrəddin Hoca
2. Sözün varsa, de!
3. Mən, Lalə, bir də O

Azərbaycan Kaskadyorlar Gildiyası İctimai Birliyinin məqsədi, fəaliyyət istiqaməti və vəzifələri aşağıdakılardır:Birliyi...
15/04/2026

Azərbaycan Kaskadyorlar Gildiyası İctimai Birliyinin məqsədi, fəaliyyət istiqaməti və vəzifələri aşağıdakılardır:

Birliyin əsas məqsədi Azərbaycan Respublikasında kinoda döyüş janrının və kaskadyorların inkişafına dəstək verməkdən, gənc kaskadyor nəslin maarifləndirilməsi və onların peşəkarlaşdırılması istiqamətində işlər görməkdən və fəaliyyətinə dəstək olmaqdan ibarətdir.

Birlik məqsədlərinə çatmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı vəzifələri həyata keçirir:

1. Kaskadyorluq sahəsində kadr hazırlığı istiqamətində dünya kaskadyorluq sisteminə inteqrasiyanı həyata keçirmək və beynəlxalq standartlara cavab verən şəraitin və mühitin yaradılmasını təmin etmək;

2. Kaskadyorluq sahəsində beynəlxalq əlaqələri və mübadilələri inkişaf etdirmək;

3. Sahə üzrə müəyyən edilmiş qaydada monitorinq keçirmək və kaskadyorların biliyini qiymətləndirmək, zərurət yarandığı təqdirdə təlimlərə cəlb etmək;

4. Azərbaycan Respublikasında istehsal olunacaq audiovizual əsərlərə peşəkar kaskadyorların cəlb edilməsini təmin etmək;

5. Birlik tərəfindən yüksək qiymətləndirilən döyüş janrında olan audiovizual əsərlərin beynəlxalq festivallarda iştirakına dəstək olmaq;

6. Kaskadyorluq fəaliyyətinin və informasiya azadlığının qorunmasını təmin etmək;

7. Kino sahəsinin özünüifadə və mədəni tərbiyə formasında inkişaf etdirilməsinə töhvə vermək;

8. Bu mövzuda maarifçilik fəaliyyətini həyata keçirmək üçün ədəbiyyat nəşr etmək və yaymaq;

9. Maarifləndirici təcrübə-kursları və seminarları təşkil etmək.

Nizamnaməsində nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Gildiya aşağıdakı fəaliyyətləri həyata keçirir:

1. Qanunvericilikdə nəzərdə tutulmuş qаydаdа, kinеmаtоqrаfiyanın, ümumən mədəniyyətin və incəsənətin inkişаfı ilə bаğlı normativ-hüquqi aktların hаzırlаnmаsındа təşəbbüs göstərir və təkliflər irəli sürür;

2. Kaskadyorlar, audiovizual əsərlərin müəllifləri və bu sahədə çalışan digər şəxslər üçün konfrans və treyninqlər təşkil edir;

3. Elmi araşdırmalar aparır, kurslar, ustad dərsləri və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir;

4. Azərbaycan Respublikasında döyüş janrında istehsal olunmuş audiovizual əsərlərin beynəlxalq arenaya inteqrasiyası məqsədilə görüşlər təşkil edir və beynəlxalq festivallarda (konfrans, simpozium və s.) iştirakına dəstək verir;

5. Azərbaycan Respublikasında döyüş janrında istehsal olunmuş audiovizual əsərlərin ölkə üzrə əlçatanlığını təmin etmək məqsədilə, KİV-lərlə sıx əməkdaşlıq edir və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir;

6. Kino sahəsi üzrə görülmüş kaskadyor işlərinin ictimailəşdirilməsi və peşəkar kaskadyorların rəylərinin, bu istiqamətdə görülən digər işlərin daha böyük kütləyə çatdırılması məqsədilə jurnal, kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarını tərtib edir və yayılmasında iştirak edir;

7. Birliyin üzvləri arasında müsabiqələr təşkil edir, və qaliblərin mükafatlanmasını təmin edir;

8. Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.

“ATROPATENA” historical movie coming soon
15/04/2026

“ATROPATENA” historical movie coming soon

13/04/2026
13/04/2026

Dünən təqdimatı baş tutan Azərbaycan Kaskadyorlar Gildiyasının rəsmi saytına daxil olub, haqqımızda ətraflı məlumat ala bilərsiz www.azsg.az

Sayt, Azərbaycan və İngilis dillərindədir.

Azərbaycan kino mühitində diqqət çəkən hadisələrdən biri baş verdi — Azərbaycan Kinematoqrafçılar İttifaqı-nın dəstəyi ilə Azərbaycan Kaskadyorlar Gildiyası-nın rəsmi saytının təqdimatı keçirildi. Tədbir ölkənin tanınmış rejissorlarını, prodüserlərini və aktyorlarını bir araya gətirərək peşəkar müzakirələr və yaradıcı fikir mübadiləsi ilə yadda qaldı.

Tədbir boyunca çıxış edən qonaqlar Gildiyanın fəaliyyət istiqamətlərini yüksək qiymətləndirərək, onun Azərbaycan kinosunda döyüş səhnələrinin keyfiyyətinin artırılması və peşəkar kaskadyor məktəbinin formalaşmasında mühüm rol oynayacağını vurğuladılar. Onlar həmçinin bu təşəbbüsün beynəlxalq əməkdaşlıqlara yol açacağına inandıqlarını bildirdilər.

Tədbirdə Gildiyaya dəstək göstərən rəsmi qurumlar və fərdi şəxslər haqqında ətraflı məlumat təqdim olundu. Daha sonra Gildiyanın təsisçiləri — Sain Fərhad və Sərxan Tağıyev çıxış edərək təşkilatın məqsədləri, gələcək planları və beynəlxalq standartlara uyğun inkişaf strategiyası barədə fikirlərini bölüşdülər.

Çıxışların ardınca Gildiyanın rəsmi saytının təqdimatı keçirildi. Saytın funksionallığı, təqdim etdiyi imkanlar və kaskadyor sənətinin inkişafına verəcəyi töhfələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Rəsmi saytın təqdimatını, Millenium Creative Agency rəhbəri Salman Ələkbərzadə etdi.

Tədbir sonda açıq diskussiya formatında davam etdi — iştirakçılar arasında canlı fikir mübadiləsi aparıldı, yeni ideyalar səsləndirildi və gələcək əməkdaşlıqlar üçün ilkin addımlar atıldı.

Bu təqdimat yalnız bir saytın istifadəyə verilməsi deyil, həm də Azərbaycan kinosunda kaskadyor sənətinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisi kimi qiymətləndirildi.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Stuntmen Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Stuntmen Guild:

Share