Elşad Müzəffər oğlu Abdullayev
1971-ci ilin oktyabr ayının 17-də Şəki şəhərində anadan olub. İlk və orta təhsilini Bakının 15 saylı məktəbində bitirib. Məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1 saylı Bakı Uşaq ayaqqabıları fabrikində dəzgah ustası peşəsi üzrə başlayıb və ikinci dərəcəli usta olaraq oradan 56 saylı texniki-peşə məktəbinə daxil olmuş və dördüncü dərəcəli radio-elektron cihazlar
ın tənzimləyicisi peşəsinə yiyələnmişdir.
1990-1992-ci illərdə Bakı Plan-uçot texnikumunda Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması üzrə oxumuş və iqtisadçı-texnik olaraq oradan məzun olmuşdur. 1992-ci ildə Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuş və Fəlsəfəçi peşəsi ilə oradan məzun olmuşdur. Universitet illərində və sonralar müxtəlif özəl şirkətlərdə ofis idarəçisi, tərcüməçi, direktor müavini və direktor vəzifələrində işləmiş, 2006-cı ilin sentyabrından 2012-ci ilin oktyabrına qədər Səbail rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində məsləhətçi, 2012-2014-cü illərdə Azərbaycan Gənclər Evi layihəsinin rəhbəri, 2014-2016-cı illərdə STT MMC direktoru vəzifəsində işləmişdir..
İctimai sahədə ilk təcrübəsini məktəb illərində qazanmış, Ankarada azərbaycanlı tələbələr tərəfindən qurulan “Soydaş” Elm Ocağının üzvü və rəhbəri, 1997-ci ildən etibarən 7 il Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Türkiyə təmsilçisi olmuş, hazırda Dünya Türk Gəncləri Birliyinin Baş əlaqələndiricisi (1997-2016), “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Nəzarət təftiş komissiyasının sədri (2001-2006) ictimai vəzifələrini tutmuşdur.