14/03/2026
Mədəni kimliyi ilə qürur duyan bir ölkənin Avroviziya kimi platformada süni intellektdən istifadəsi ilə bağlı iddialarla gündəmə gəlməsi milli musiqi yaradıcılığımızın vəziyyəti haqqında nə deyir? Biz doğrudanmı öz musiqi potensialımız barədə müəyyən bir illüziya içində yaşayırıq? Avroviziya mahnımız ətrafında yaranmış müzakirələr bəziləri üçün mədəni kimliyimizin tənəzzül mərhələsinə yaxınlaşdığını xəbər verən bir təbil kimi səslənir. Lakin bu təbilin həqiqətən real bir problemin siqnalı olduğu, yoxsa süni şəkildə formalaşdırılmış bir məsələ olduğu sualı açıq qalır.