03/10/2023
“Gənclər seçimi təmiz şəhərdir” layihəsi uğurla başa çatmışdır
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi (ATB) tərəfindən həyata keçirilən “Gənclər seçimi təmiz şəhərdir” adlı layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində Mingəçevir Gənclər Evində keçirilən ümumilikdə 4 seminarda 200-dən çox gəncin iştirakı təmin edilmişdir.
Layihənin məqsədi gənclərə ekoloji məsələlərin diqqət mərkəzində saxlanması, cəmiyyətin sağlamlaşdırılması, ətraf mühitin qorunması və bu məsələdə gənclərin iştirakçılığının təmin edilməsi istiqamətində bilik və bacarıqların ötürülməsidir. Seminarlar teorik bilik və praktiki bacarıqların birləşdirilməsi prinsipi əsasında keçirilmiş və iştirakçılar ekoloji məsələlər haqqında ətraflı biliklərlə təmin olunmuşdur.
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.