Qoru Volunteers

Qoru Volunteers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qoru Volunteers, Nonprofit Organization, İçərişəhər, Baku.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində idarəetmənin daha səmərəli təşkili və mövcud vəziyyətin düzgün qiym...
23/05/2026

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində idarəetmənin daha səmərəli təşkili və mövcud vəziyyətin düzgün qiymətləndirilməsi məqsədilə sakinlərin uçotu aparılır.

Bu proses Qoru Gənclər Təşəbbüs qrupunun könüllüləri tərəfindən həyata keçirilir. Könüllülərimiz sakinlərlə ünsiyyət quraraq məlumatların toplanmasına dəstək olurlar 🤝

Uçot zamanı əməkdaşlıq göstərilməsi və təqdim etdiyiniz məlumatların düzgünlüyünə və dəqiqliyinə diqqət yetirilməsi xahiş olunur.

Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik 🤎

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Onun anadan olmasından 103 il ötür.Azərbaycanın müasir dövlətçilik...
09/05/2026

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Onun anadan olmasından 103 il ötür.

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm rol oynamış Heydər Əliyevi dərin ehtiramla yad edir, onun zəngin siyasi irsini və dövlətimizə verdiyi misilsiz töhfələri minnətdarlıqla anırıq.

Beynəlxalq Xalça Festivalından anlar ✨Qoru könüllüləri ilə birlikdə unudulmaz günlər.
08/05/2026

Beynəlxalq Xalça Festivalından anlar ✨
Qoru könüllüləri ilə birlikdə unudulmaz günlər.

Keçmişin izləri, bu günün gözəlliyi 🤎Xalça festivalından unudulmaz anlar
06/05/2026

Keçmişin izləri, bu günün gözəlliyi 🤎
Xalça festivalından unudulmaz anlar

1–3 may tarixlərində Bakıda III Beynəlxalq Xalça Festivalı uğurla keçirildi.Festival çərçivəsində zəngin proqramlar, sər...
04/05/2026

1–3 may tarixlərində Bakıda III Beynəlxalq Xalça Festivalı uğurla keçirildi.

Festival çərçivəsində zəngin proqramlar, sərgilər və mədəni tədbirlər təşkil olundu. Könüllülər isə bu prosesdə fəal iştirak edərək həm təşkilati işlərdə dəstək göstərdilər, həm də yerli və xarici turistlərə köməklik edərək tədbirin daha səmərəli və rahat keçməsinə töhfə verdilər.

Milli irsimizin təbliğinə xidmət edən bu möhtəşəm festival iştirakçıların və qonaqların yaddaşında xoş və unudulmaz təəssüratlar buraxdı. ✨

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəst...
23/04/2026

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “WED – World Environment Day” çərçivəsində Müşfiqabad ərazisində ağacəkmə aksiyası həyata keçirildi. 🌱
Müxtəlif dövlət qurumlarının rəhbər və əməkdaşlarının iştirak etdiyi bu ekoloji təşəbbüsdə Qoru Gənclər Təşəbbüs Qrupu da fəal şəkildə iştirak edib.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılmasıdır.

🧵✨ Beynəlxalq Xalça Festivalında Könüllü Ol! ✨🧵1–3 may tarixlərində baş tutacaq möhtəşəm tədbirdə yer məhduddur! ⏳💛Sən d...
09/04/2026

🧵✨ Beynəlxalq Xalça Festivalında Könüllü Ol! ✨🧵
1–3 may tarixlərində baş tutacaq möhtəşəm tədbirdə yer məhduddur! ⏳💛
Sən də könüllü olaraq festivalın bir parçası ol, təcrübə qazanın və yeni dostlar tapın.
Qeydiyyat linki bio-da 🔗

Qoru Gənclər Təşəbbüs Qrupu olaraq 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qurbanlarını dərin hüzurla yad edirik.Unut...
30/03/2026

Qoru Gənclər Təşəbbüs Qrupu olaraq 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qurbanlarını dərin hüzurla yad edirik.
Unutmuruq və unutdurmayacağıq!

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bahar Qalası” festivalında könüllülər...
23/03/2026

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bahar Qalası” festivalında könüllülərimiz fəal iştirak edərək uğurla başa vurdular🤩

İştirak edən Könüllülərimizə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!🤎

Baharın gəlişi münasibətilə keçirilən “Bahar Qalası” festivalı çərçivəsində könüllülərimiz fəal iştirak edərək bayram ru...
22/03/2026

Baharın gəlişi münasibətilə keçirilən “Bahar Qalası” festivalı çərçivəsində könüllülərimiz fəal iştirak edərək bayram ruhuna öz töhfələrini verdilər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə bu gözəl ab-hava yaşandı

Festival boyunca könüllülər ziyarətçilərin qarşılanmasında, istiqamətləndirilməsində və tədbirin daha səmərəli təşkilində aktiv rol aldılar

şənliyi yalnız qonaqlara deyil, eyni zamanda könüllülərimiz üçün də unudulmaz təcrübə və dəyərli xatirələr bəxş etdi 🤎

Address

İçərişəhər
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Qoru Volunteers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share