Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 1905-ci ildə yaradılmışdır.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlarda əməyin mühafizəsi sahəsi...
15/05/2026

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlarda əməyin mühafizəsi sahəsində maarifləndirici və koordinasiya görüşləri davam etdirilir.

Bu istiqamətdə növbəti görüş Nizami Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına daxil olan tibb müəssisələrinin əməyin mühafizəsinə məsul nümayəndələrinin iştirakı ilə baş tutub.

Görüş zamanı iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təşkili, əməyin mühafizəsi üzrə mövcud yanaşmalar, risklərin idarə olunması, eləcə də sahə üzrə qarşılıqlı əməkdaşlığın və məlumatlılığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən ittifaq üzvlərinin sağlamlığının qorunması və sos...
12/05/2026

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən ittifaq üzvlərinin sağlamlığının qorunması və sosial rifahının yüksəldilməsi məqsədilə sanatoriya-kurort istiqamətində müvafiq işlər görülməkdədir.
Bu çərçivədə üzvlər sanatoriya-kurort yollayışları ilə təmin olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən müalicə və istirahət müəssisələrində dincəlmək və müalicə almaq imkanı əldə ediblər.

Aprel ayı ərzində ümumilikdə 482 nəfər bu sosial dəstək mexanizmindən yararlanıb. Onlardan 184 nəfəri İttifaq üzvü, 298 nəfəri isə ailə üzvləridir.

Bu təminatlar Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən sosial müdafiə istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir.

12 May – Beynəlxalq Tibb Bacısı Günü münasibətilə insan sağlamlığının keşiyində dayanan, peşəkarlığı, qayğıkeşliyi və fə...
12/05/2026

12 May – Beynəlxalq Tibb Bacısı Günü münasibətilə insan sağlamlığının keşiyində dayanan, peşəkarlığı, qayğıkeşliyi və fədakarlığı ilə cəmiyyətimizin sağlamlığının qorunmasına mühüm töhfə verən bütün tibb bacılarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlarda əməyin mühafizəsi sahəsi...
12/05/2026

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlarda əməyin mühafizəsi sahəsində məsul şəxslərlə keçirilən maarifləndirici görüşlər davam etdirilir.

Növbəti görüş Sabunçu Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına daxil olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Görüş zamanı tibb müəssisələrində təhlükəsiz əmək mühitinin formalaşdırılması, əməyin mühafizəsi sahəsində qarşıda duran məsələlər, iş yerlərində risklərin idarə olunması və əməkdaşlar arasında təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda iştirakçılar əməyin mühafizəsi sahəsində tətbiq olunan yeniliklər və praktik yanaşmalar barədə məlumatlandırılıblar.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiy...
11/05/2026

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi HİK sədri Fərəcova Elşadə Ağa qızını yubileyi münasibəti ilə təbrik edir, peşəkar fəaliyyətində uğurlar arzulayırıq!

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, əziz xatirəsini dai...
10/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, əziz xatirəsini daim qəlbimizdə yaşadırıq.

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənirAzərbaycan Həmkarlar İttifaqları Konfederasiya...
06/05/2026

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.
Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.
Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və kollektivi Səhiyyə Nazirliyinin Mill...
05/05/2026

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və kollektivi Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və nazirliyin C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, hə...
05/05/2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və nazirliyin C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” və I Naxçıvan Kardioloji Forumu keçirilib.

Tədbirin əsas məqsədi əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik müayinələrin genişləndirilməsidir.

Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib, daha sonra Heydər Əliyev adına muzeyi ziyarət ediblər.

Açılış mərasimində Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova da iştirak edib.

TƏBİB-in dəstəyi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi...
28/04/2026

TƏBİB-in dəstəyi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Şamaxıda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İşıqlı düşüncə, sağlam gələcək” adlı Regional Elmi-Praktik Konfrans keçirilib.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi ehtiramla yad olunub, səhiyyə sahəsində müasir yanaşmalar, təcrübə mübadiləsi və aktual tibbi mövzular ətrafında geniş müzakirələr aparılıb.

28/04/2026

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq “28 Aprel – Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Günü” münasibətilə əməyin mühafizəsi sahəsində ilk təşkilatlarla keçirilən görüş və təlimlərimizlə yanaşı, maarifləndirici video layihəsinə start veririk.

Layihənin məqsədi iş yerlərində təhlükəsiz əmək şəraitinin təşviqi, işçilərin sağlamlığının qorunması, istehsalat risklərinin qarşısının alınması və əməyin mühafizəsi sahəsində məlumatlılığın artırılmasıdır.

Silsilənin ilk videosu SƏTƏMM – Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sisteminə həsr olunub.

Bu əlamətdar gün münasibətilə bütün əmək kollektivlərinə təhlükəsiz, sağlam və uğurlu fəaliyyət arzulayırıq.

Address

Bül Bül 12
Baku
1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı:

Share