Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB

Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB Analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə islahatlara dəstək PSİAM İB Azərbaycan Açıq Hökumət Platformasının fəal üzvüdür.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB (bundna sonra PSİAM İB) 15.03.2006-cı il tarixdən dövlət qeydiyyatına alınıb. Təşkilatın missiyası analiz, ekspertiza, tədqiqatlar və konusltasiya ilə yaxşı idarəetmə, iqtisadi və sosial islahatların həyata keçirilməsinə dəstək verlməsi, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlı və cavabdeh saxlanılması, vətəndaş cəmiyyətinin antikorrups

iya potensialının gücləndirilməsidir. Təşkilat bütün maraqlı tərəflərlə əməkdaşlıq edərək islahatlar üçün mühitin yaxşılaşdırılması, mövcud problemlərin obyektiv analiz edilməsi və həlli üçün səylərin birləşdirilməsi, müsbət dəyişikliklər üçün zəminlər və motivasiya yaradılmasına başlıca vəzifəsi kimi görür. Təşkilat yaxşı idarəetmə, iqtisadi, sosial sahədə mövcud problemlərin başa düşülməsi, həll edilməsi, vətəndaş iştirakçılığının genişləndirilməsi üçün hökumətlə konstuktiv və substantiv dialoqu ən
səmərli yollardan biri hesab edir. Təşkilat beynəlxalq təşkilatlar və layihələrin hökumətlə vətəndaş cəmiyyətinin səylərinin əlaqləndirilməsi, kommunikasiyanın yaxşılaşdırılması, dövlət orqanlarının səmərli fəaliyyəti üçün
motivasiya yaradılması, müsbət dəyişikliklər üçün mövcud potensialın gücləndirilməsi üçün real imkan kimi dəyərləndirir. Təşkilat hesab edir ki, ictimai vəkillik fəaliyyətlərinin əsas məqsədi islahat ehtiyaclarıı
hökumətə daha yaxşı izah etmək, islahat güdnəliyi formalaşdırmaq və islahatlar üçün ictimai tələbin formalaşmasına nail olmaq olmalıdır.

06/08/2025

Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasıyası nternet resurslarında geniş şəkildə fəaliyyət göstərən və reklam olunan tanışlıq proqramları və tətbiqləri ilə bağlı dövlət orqanlarına müraciət edib:
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində məsul qurumlara
Biz, Azərbaycanda fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzv təşkilatları olaraq, internet resurslarında geniş şəkildə fəaliyyət göstərən və reklam olunan tanışlıq proqramları və tətbiqləri ilə bağlı ciddi narahatlığımızı bildiririk.
Söhbət ənənəvi sosial şəbəkələrdən deyil, yalnız tanışlıq məqsədilə yaradılmış və anonim ünsiyyətə şərait yaradan rəqəmsal platformalardan gedir. Araşdırmalar və ilkin monitorinqlərimiz göstərir ki, bu tip tətbiq və platformalar əxlaqsızlıq halları, cinsi istismar, hədə-qorxu, şəxsi məlumatların oğurlanması və daha da təhlükəlisi - insan alverinin rəqəmsal müstəvidə yeni formalarının yayılması üçün münbit zəmin yaradır.
Bu platformalarda, xüsusilə yeniyetmə və gənclərin iştirakı ilə ciddi təhlükəli davranış modelləri formalaşmaqdadır və bu, Azərbaycan Respublikasının milli təhlükəsizliyi, ictimai əxlaqı və insan hüquqları baxımından ciddi risklər daşıyır.
Biz , bu tətbiqlər vasitəsilə:
• Cinsi istismar hallarının təşviqi,
• Yalan və manipulyativ məlumatlar əsasında tələyə salınma,
• Məcburi fahişəliyə və ya insan alverinə cəlbetmə,
• Gənclərin və qadınların psixoloji və fiziki təhlükə ilə qarşılaşması hallarına rast gəlinməsindən narahatıq.
Qeyd olunan təhlükələri nəzərə alaraq İnformasiya və kommunikasiya texnologiyaları sahəsində səlahiyyətli dövlət orqanlarını və platformaları tənzimləyən qurumları bu çağırışa cavab verməyə və aşağıdakı tədbirləri həyata keçirməyə çağırırıq:
1. Tanışlıq məqsədilə fəaliyyət göstərən, lakin təhlükə mənbəyi olan tətbiqlərin milli qanunvericilik əsasında qiymətləndirilməsi və risk analizi aparılsın;
2. İnsan alverinin rəqəmsal müstəvidə aşkarlanması və qarşısının alınması məqsədilə bu platformalarda monitorinq gücləndirilsin;
3. Mütəxəssislərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə təhlükə mənbəyi hesab edilən platformaların fəaliyyətinə hüquqi qiymət verilsin və zərurət yaranarsa, bu tətbiqlərə ölkə daxilində məhdudiyyət qoyulsun və ya bloklansın.
Sizi bu sahədə məsuliyyətli qərarlar verməyə və insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin səsinə səs verməyə çağırırıq.
Hörmətlə,
Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası

Özəl sektorun KSM siyasətində QHT-lərin rolu gücləndirilməsinə yardım göstəriləcək “Prioritet” Sosial İqtisadi Araşdırma...
04/08/2025

Özəl sektorun KSM siyasətində QHT-lərin rolu gücləndirilməsinə yardım göstəriləcək

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) təcrübəsində QHT-lərin rolunun gücləndirilməsi ilə əlaqədar yeni layihənin icrasına başlayıb.
“Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Layihə özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqda boşluğu aradan qaldırmağı hədəfləyib. Azərbaycanda bir çox şirkətlər KSM fəaliyyətləri ilə getdikcə daha çox məşğul olsalar da, bu təcrübənin formalaşdırılmasında QHT-lərlə real məsləhətləşmələrin və onların iştirakının miqyası əsasən öyrənilməmiş olaraq qalır. Bu layihə, korporativ social fəaliyyətlərinin daha təsirli olmasını və cəmiyyətin ehtiyaclarına uyğun olmasını təmin edərək, şirkətlərin KSM siyasətinin formalaşmasında çoxtərəfli əməkdaşlıq və strateji yanaşmanı təşviq etməklə bu boşluğu aradan qaldırmağa çalışır.
Layihənin tədqiqat qrupu Azərbaycanda müxtəlif sektorları təmsil edən və müvafiq təcürbəyə malik, seçilmiş 20 şirkətin mövcud siyasət və təcrübələrini başa düşmək üçün 2023-2024-cü illər üzrə KSM fəaliyyətini, hesabatlarını təhlil edəcək. Əsas diqqət QHT-lərin bu proseslərdə iştirak səviyyəsi və roluna yönəldiləcək. Layihə, həmçinin şirkət nümayəndələri ilə bu əməkdaşlığa dair perspektivlərini və gələcəyə baxışlarını anlamaq üçün müzakirələr aparacaq.
Qlobal kontekst təmin etmək və icra edilə bilən tövsiyələri müəyyən etmək üçün layihə qabaqcıl xarici təcrübələrin nəzərdən keçirilməsini həyata keçirəcək. Tədqiqat QHT-lərin KSM siyasətlərinin formalaşdırılmasında necə effektiv iştirak etdiyinə dair qabaqcıl nümunələri müəyyən etmək üçün Türkiyə, Gürcüstan və digər ölkələrdən, o cümlədən Qlobal Cənubda Malayziya və İndoneziyadan olan uğurlu modelləri araşdıracaq.
Layihə tədqiqat hesabatının hazırlanması ilə yekunlaşacaq. Bu hesabat korporativ təhlil və ən yaxşı beynəlxalq təcrübələrin icmalının nəticələrini sintez edəcəkdir. O, həm şirkətlər, həm də QHT-lər üçün KSM siyasətinin strateji inkişafına QHT təcrübəsinin inteqrasiyasına diqqət yetirməklə, tərəfdaşlıqlarını necə gücləndirmək barədə konkret tövsiyələri ehtiva edəcək.
Bunlarla yanaçı Türk Dövlətləri Təşkilatının üzvlərinin bu sahədə təcrübəsi öyrəniləcək və əməkdaşlıq imkanları araşdırılacaq. Özbəkistan, Qazaxıstan, Türkiyə QHT-ləri KSM fəaliyyətlərində iştirakı ilə əlaqədar onlyan formatda azərbaycanlı həmkarlarına təqdimatlar edəcəklər və mövzu ilə bağlı müzakirələr aparılacaq.
Nəticələrin geniş auditoriyaya çatmasını və töhfə verməsini təmin etmək üçün layihə komandası iki ekspert müzakirəsi təşkil edəcək. Bu tədbirlər zamanı layihə komandası tədqiqat nəticələrini təqdim edəcək və hesabatın tövsiyələrinin qəbulunu təşviq etmək üçün hökumət, biznes icması və vətəndaş cəmiyyətinin maraqlı tərəfləri ilə dialoq aparacaq.
Layihə rəhbəri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri layihənin icrası ilə əlaqədar bildirib ki, effektiv KSM təkcə xeyriyyəçiliklə bağlı deyil, həm də müsbət sosial dəyişikliyə səbəb olan strateji tərəfdaşlıqdır: “Azərbaycanda hazırkı KSM təcrübəsni təhlil edərək və uğurlu beynəlxalq modellərdən öyrənməklə biz şirkətlərin və QHT-lərin bu sahədə daha effektiv nəticələr üçün necə birgə işləyə biləcəyinə dair aydın yol xəritəsi təqdim etməyi hədəfləyirik”.
Layihənin nəticələrinin öz KSM strategiyalarını təkmilləşdirmək istəyən şirkətlər, özəl sektorla daha effektiv əlaqə qurmaq istəyən QHT-lər və bu tərəfdaşlıqlar üçün əlverişli mühit yaratmaqda maraqlı olan dövlət orqanları üçün əhəmiyyətli ekspertiza və mənbə olacağı gözlənilir.

10/06/2025

Qlobal təklənməyə qarşı birləşmə texnikası:

Prezident: İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək
10/06/2025

Prezident: İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

10/06/2025

QHT.AZ

31/03/2025

Son xəbərlər, ən son xəbərlər, yeni xəbərlər, Azərbaycandan və dünyadan xəbərlər, yeni xəbərlər, ən son xəbərlər, operativ xəbər.

Address

Azərbaycan, Bakı şəhəri, M. Əfəndiyev 7/24
Baku
AZ1001

Telephone

+994124925729

Alerts

Be the first to know and let us send you an email when Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB:

Share