Azərbaycan Fotoqrafları Birliyinin İsmayıllı Bürosu AFBİB

Azərbaycan Fotoqrafları Birliyinin İsmayıllı Bürosu AFBİB Birlik AR-nin konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il n Sərgilərdən 30-u xaricdə baş tutmuşdur.

Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır.Birlik AR-nin konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır.
1990-cı ilin əvvəlində-SSRİ-nin dağ

ıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində “Azərbaycan fotoqrafları” sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi.Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir.Bu gün AFB inkişafının yeni mərhələsinə qədəm qoyur. Həm təşkilati, həm də birliyin simasını formalaşdirmaq baxımından hələ çox işlər görülməlidir. Bütün maraqlı tərəflərdə münasibətlər qurulmalı, birlik üzvlərinin yaradıcılıq fəaliyyətləri üçün maddi zəmin və şərait yaradilmalıdır.AFB-nin yaranmasından 13 il keçir. Yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər. (AFB, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Belçika, Ukrayna, Yunanıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qazaxstan, Gürcüstan və s..)

“İpək Yolu boyunca Yaşayan İrs”: UNESCO beynəlxalq foto müsabiqəsinə start verib.
17/06/2026

“İpək Yolu boyunca Yaşayan İrs”: UNESCO beynəlxalq foto müsabiqəsinə start verib.

UNESCO tərəfindən “Youth Eyes on the Silk Roads” (“İpək Yoluna Gənc Baxışlar”) beynəlxalq fotoqrafiya müsabiqəsinin səkkizinci bura...

Diqqət! Müsabiqə!Ekoloji böhranı şərh edən işlərini təqdim etmək üçün 14-30 yaş arası bütün fotoqraflar ÖDƏNİŞSİZ müsabi...
13/06/2026

Diqqət! Müsabiqə!

Ekoloji böhranı şərh edən işlərini təqdim etmək üçün 14-30 yaş arası bütün fotoqraflar ÖDƏNİŞSİZ müsabiqədə iştiraka dəvət olunur.

Səkkiz finalistə 10 000$, 5000$ və ya 2000$ məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə olaraq, qlobal miqyasda tanınmış münsiflər heyəti tərəfindən 20 yaradıcı şəxs fəxri fərmanla (fərqlənmə diplomu) təltif ediləcək.
https://photographer.az/news/earth-partner-prize-2026-musabiqesi

10/06/2026

Mədəniyyət TVdə Səhərçağı verilişində Aydin Mehdiyev və Aykhan Ahmadov . Mövzu Aydın müəllimin Romadakı fərdi sərgisi, Türkmənistanda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində AFB-nin sərgisi və ümumiyyətlə fotoqrafiya sənətinin tarixi və əhəmiyyətli barədə.
Azərbaycan Fotoqrafları Birliyi - AFB

Fotoqrafsınız? Öz yerinizi AFB-nin "Müasir fotoqraflar" bazasında alın!Fotoqrafiya ilə məşğul olan hər kəs AFB-nin "Müas...
10/06/2026

Fotoqrafsınız? Öz yerinizi AFB-nin "Müasir fotoqraflar" bazasında alın!
Fotoqrafiya ilə məşğul olan hər kəs AFB-nin "Müasir fotoqraflar" bölməsinə qoşula bilər.
Profilinizi təqdim edin, fəaliyyətinizi daha geniş auditoriyaya tanıdın və Azərbaycan fotoqraflarının vahid məlumat bazasında yerinizi alın.
Qoşulmaq üçün sadəcə bölmədəki müraciət formasını doldurun (https://photographer.az/new_photographer).
Sən də fotoqrafiya icmasının bir parçası ol!

10/06/2026
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağ Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Azərba...
07/06/2026

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağ Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan – obyektivdən tarixə” adlı fotosərginin açılışı olub.

Azərbaycan Fotoqrafları Birliyi - AFB sədri Amira Suleyman (Amira Suleyman) sərgi haqqında məlumat verərək bildirib ki, ekspozisiyada Azərbaycanın müasir memarlıq nümunələri, işğaldan azad olunmuş ərazilərin tarixi-mədəni irsi, eləcə də həmin bölgələrdə həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən fotolar nümayiş olunur.

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağ Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Azər...

06/06/2026
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Aşqabad şəhərində yerləşən Böyük Saparm...
06/06/2026

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.

Sərgi çərçivəsində Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilmiş, ölkəmizin zəngin memarlıq irsini və tarixi abidələrini əks etdirən fotosərgi də təqdim olunub. Azərbaycan Fotoqrafları Birliyinin təşkilati dəstəyi ilə ərsəyə gələn ekspozisiyada Azərbaycanın müxtəlif bölgələrində yerləşən tarixi-mədəni abidələrin fotoları nümayiş etdirilib.

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Aşqabad şəhərində yerləşən Böyük Sapar...

Address

Mətbuat Prospekti 529 (3cu Mərtəbə) Otaq 91, Azerbaijan, AZE1100
Baku
AZ1100

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Fotoqrafları Birliyinin İsmayıllı Bürosu AFBİB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Fotoqrafları Birliyinin İsmayıllı Bürosu AFBİB:

Share