Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Labor Union, Moskva pr 67, Baku.

Su Təsərrüfatı İşçiləri HİRK öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar birliyidir.

04/03/2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.Özə...
03/03/2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Caspian Energy Club”un nümayəndələri ilə görüş keçirilib.

Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.

Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib.

Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.

26/02/2025

Erməni təcavüzkarlarının Xocalıda törətdiyi soyqırımından 33 il ötür. Faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik.
26/02/2025

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komit...
19/02/2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında TİKA-nın Bakı Ofisinin koordinatoru ilə görüş olub.Türk Əməkdaşlıq və...
17/02/2025

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında TİKA-nın Bakı Ofisinin koordinatoru ilə görüş olub.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Hayrettin Özçelik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) olub.

AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, ali təhsil müəssisəsinin imkanları, burada həyata keçirilən yeniliklər barədə məlumat verib, AHİK-in həyata keçirdiyi rəqəmsal yenilikləri diqqətə çatdırıb.

11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür.Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci ...
13/02/2025

11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

Gəlin, bütün qadın və qızlarımızın təhsil almalarına dəstək olaq və onların dayanıqlı gələcəyə töhfə vermələrini təmin etmək üçün birləşək!

Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanmışdır.Azərbaycan Həmkarlar İttifaqları K...
13/02/2025

Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Somali Həmkarlar İttifaqları Konqresi arasında Anlaşma Memorandumu imzalanıb.

Çox az qaldı!!!!!Qaliblərdən biri elə Siz ola bilərsiniz !Fotolar 2025-ci il fevralın 25-dək  gcarcp.union.az@gmail.com ...
11/02/2025

Çox az qaldı!!!!!
Qaliblərdən biri elə Siz ola bilərsiniz !

Fotolar 2025-ci il fevralın 25-dək [email protected]
ünvanına göndərilməlidir. Müsabiqə barədə ətraflı məlumatı https://www.astirk.az/musabiqe saytından, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və kommunikasiya şöbəsindən əldə etmək mümkündür.

04/02/2025

"Duzdag" Treatment Center of Azerbaijan Trade Unions Confederation
For purchasing the vouchers you can contact the “Kurort” Tourism Information Center:
+99450 3283811
+99450 3283877
+99412 4925010
+99412 4927553

Abonent məlumatlarının dəyişdirilməsini "Elektron Su Portalı" vasitəsi ilə elektron qaydada həyata keçirə bilərsiniz.“Ab...
28/01/2025

Abonent məlumatlarının dəyişdirilməsini "Elektron Su Portalı" vasitəsi ilə elektron qaydada həyata keçirə bilərsiniz.

“Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir.

🌐 Elektron Su Portalı: www.e-su.az
•••
📞 “955” Çağrı Mərkəzi (7/24)

Address

Moskva Pr 67
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi:

Share

Category