22/05/2026
Abşeron rayonunun Məhəmmədi qəsəbəsində sakinlər əsas yolun bərbad vəziyyətə düşdüyünü bildirirlər.
Sakinlərin sözlərinə görə, qəsəbənin mərkəzindən keçən və insanların istifadə edə biləcəyi yeganə əsas yol yararsız vəziyyətə düşüb, alternativ keçid isə yoxdur.
Bildirilir ki, ərazidə plansız şəkildə evlər tikildikdən sonra yol ilk dəfə bu qədər ağır vəziyyətə düşüb. Yağışlı havalarda problem daha da kəskinləşir və hərəkət demək olar mümkünsüz olur.
“İnsanlar avtobus dayanacağına gedə bilmək üçün çarəsizlikdən qonşuların həyətindən keçirlər”, - sakinlər qeyd edirlər.
Sakinlər aidiyyəti qurumlardan problemin təcili şəkildə həll edilməsini və əraziyə baxış keçirilməsini tələb edirlər.